383) Hansı hamilə qadınlara dölyani mayenı yoxlamaq məsləhətdir?
A) Ölü döldə
B) Bütün hamilələrə profilaktik məqsədlə
C) Hamiləliyin pozulması zamanı
D) Abortlarda
E) Döldə patologiyaya şübhə olarsa
Döldə genetik xəstəliyə, ağır forma hemolitik xəstəliyə və başqa hala şübhə olarsa, döl qişasının punksiyası və alınan dölyani mayenin müayinəsi aparılır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 280-294; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 92
384) Hipotonik qanaxmada nədən istifadə edilmir?
A) Uşaqlığı yığan preparatlar
B) Ləngimiş ciftin xaric edilməsi
C) Qarın aortasının sıxılması
D) Sidik kisəsinin boşaldılması
E) Uşaqlıq boşluğunun əllə yoxlanması
Erkən zahılıq dövründə hipotonik qanaxma uşaqlığın əzələ tonusunun zəif olması səbəbindən baş verir. Ləngimiş ciftin xaric edilməsi son dövründə aparılır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 239-332; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 276
Dostları ilə paylaş: |