379) Hipotonik qanaxma doğuşun hansı dövrünə təsadüf edir?
A) Son dövrü
B) Açılma dövrü
C) Qovulma dövrü
D) Erkən zahılıq dövrü
E) Zahılıq dövrü
Doğuşdan sonra ilk saatlarda uşaqlıq əzələsinin tonusunun zəifləməsi nəticəsində o, zəif yığılır və hipotonik qanaxma baş verir.
Ədəbiyyat: 239H.F.Bağırova. Mamalıq.Bakı-2007; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва 1985 səh 276
380) Sadə yastı raxitik çanaqlarda oxabənzər tikiş çanaq girəcəyinin hansı ölçüsündə olur?
A) Çanağın girəcəyinin köndələn ölçüsündə
B) Oxabənzər tikiş çanaq oxundan arxaya tərəf
C) Çanağın girəcəyinin hər hansı bir çəp ölçüsündə
D) Çanağın çıxacağının düz ölçüsündə
E) Oxabənzər tikiş çanaq oxundan önə tərəf
Belə çanaqlarda bütün düz ölçülər qısaldığı üçün başın daxildə dönməsi baş vermir, o bəzən çanaq dibinə kimi enir, ancaq oxabənzər tikiş çanağın köndələn ölçüsündə durur. Bu isə başın aşağı köndələn vəziyyəti adlanır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 209; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 262
Dostları ilə paylaş: |