49) Progesteron haradan ifraz olunur?
A) Yumurtalıqdan
B) Uşaqlıqdan
C) Hipofizdən
D) Hipotalamusdan
E) Qalxanabənzər vəzdən
Yumurtalıq tsiklinin III fazasında sarı cisim əmələ gəlir və progesteron ifraz olunur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 35; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 42
50) Hipofizdə hansı hormon ifraz olunur?
A) Androgen
B) Tireoidin
C) Estrogen
D) Prolaktin
E) Progesteron
Adı çəkilən hormonlardan yalnız prolaktin hipofizdən ifraz olunur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 35; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 42
Dostları ilə paylaş: |