665) Yeni doğulmuşun gözünün təmizlənməsində nədən istifadə edilir?
A) 3% -li hidrogen peroksid məhlulu
B) Bitki yağı
C) Qaynanmış su,1%-li tetrasiklin məlhəmi
D) 96%-li spirt məhlulu
E) 5%-li yod məhlulu
Spirt,yod, 3% -li hidrogen peroksid məhlulu yağ və s. mayelərlə yumaq olmaz, əks halda gözün selikli qişası qıcıqlanaraq zədələnər.Ona görə də yenidoğulmuşun gözünün təmizlənməsində qaynanmış sudan və 1%-li tetrasiklin məlhəmindən istifadə edilir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 54.
666) Sepsis nədir?
A) Bakterial infeksiyanın qan dövranında dövr etməsi
B) Rh-konflikt
C) Qan dövranı pozğunluğu
D) Mübadilə pozğunluğu
E) Konstitusional anomaliyalar
Sepsis orqanizmdə hər hansı bir infeksiya ocağından bakteriyanın qan və limfa sisteminə düşərək orqanizmdə dövr etməsi nəticəsində baş verən xəstəlik olub, immunodefist fonunda inkişaf edir. Xəstəlik ümum əlamətlərlə yanaşı xəstədə yüksək qızdırma ilə də xarakterizə olunur.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 234.
Dostları ilə paylaş: |