669) Bətndaxili infeksiyalara hansı aid deyil?
A) B hepatit virusu
B) Toksoplazmoz
C) Məxmərək
D) Sitomeqalovirus
E) Herpes
Sitomeqalovirus,məxmərək,herpes virusu ,toksoplazmoz bətndaxili infeksiyaların törədiciləridir. Cift vasitəsilə və ana südündən uşağa ötürülə bilər.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 192.
670) Yenidoğulmuşlarda cinsi krizin əlamətləri hansı müddətdən sonra yox olur?
A) 3 aya
B) 2 aya
C) 5-6 günə
D) 2-3 günə
E) 2-3 həftəyə
Cinsi kriz cinsindən asılı olmayaraq yeni doğulmuş uşaqlarda:həm qızlarda,həm də oğlanlarda ola bilər. Ana bətnində hamiləliyin 4-cü ayında anadan dölə estrogen hormonu keçdiyindən, onun təsiri nəticəsində doğulandan sonra uşaqlar da ilk günlərdə cinsi kriz əmələ gəlir,2-3 həftə davam edir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 70.
Dostları ilə paylaş: |