677) Uşaq doğulan kimi hansı infeksiyanın profilaktikası aparılır?
A) Omfolitin
B) Dermatitin
C) Sistitin
D) Sepsisin
E) Qonoblennoreyanın
Qonoblenoreyanın profilaktikası aparılır Bu zaman 1%-li tetrasiklin,
0,5%-li eritromisin məlhəmindən istifadə edilir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 33.
678) Aşağıdakılardan hansı yenidoğulmuş üçün xarakterikdir?
A) Bükücü əzələlərin hipertoniyası
B) Bükücü əzələlərin hipotoniyası
C) Açıcı əzələlərin hipertoniyası
D) Əzələ tonusu normal olur
E) Açıcı əzələlərdə refleksin olmaması
Yenidoğulmuşda bükücü əzələlərin hipertoniyası özünü əzələ gərginliyi ilə göstərir, ayağı çətinliklə bükülür.
Ədəbiyyat: Y.P.Bisyarina.Uşaqların anatom-fizioloji xüsisiyyətləri.səh.119
Dostları ilə paylaş: |