704) Südəmər uşaq əmizdirdikdən sonra qusursa nə etməli?
A) vertikal vəziyyətdə tutub sonra böyrü üstə uzandırılır
B) üfüqi vəziyyətdə tutub sonra böyrü üstə uzandırılır
C) imalə edilir
D) su verilir,qarına isitqac qoyulur
E) Dərmanlar təyin edilir.
Südəmər uşaqlarda bəzən əmizdirildikdən sonra şaquli vəziyyətdə tutmaq lazımdır. Belə etdikdə uşağın südlə udduğu hava xaric olur və qusma dayanır.
Ədəbiyyat: N. Tağıyev Neonatologiya Bakı 2007 səh 135
705) 6 aylığına kimi uşağın qidalanması üçün ən optimal qidalanma üsulu hansıdır?
A) Süni,qarışıq
B) Süni
C) Təbii
D) Təbii,qarışıq
E) Qarışıq
6 ayadək uşaq üçün ən effektli üsul təbii qidalanmadır.Çünki, 6 ayadək ana südü uşağın tam təlabatını ödəyir.,və uşaq bütün lazımı qida maddələrini alır.
Ədəbiyyat: N. Tağıyev Neonatologiya 2007 səh 136
Dostları ilə paylaş: |