933) Əməliyyatönü dövr nə vaxt qurtarır?
A) Xəstəlik başlanan andan
B) Əməliyyat başlanan andan
C) Diaqnoz dəqiqləşdirilən andan
D) Xəstəxanaya adaxil olan andan
E) Əməliyyata 30 dəqiqə qalmış
Əməliyyata hazırlıq qurtardıqdan sonra əməliyyat başlanır və bu andan əməliyyat dövrü adlanır. Əməliyyat başlandıqdan sonra əməliyyatönü dövr bitir.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
934) Növbəti gün saat 9.00- a planlaşdırılmış əməliyyat olunacaq xəstənin axırıncı qida qəbulu nə vaxt olmalıdır?
A) Əvvəlki gün ümumiyyətlə qida qəbul etmir
B) Əməliyyatdan əvvəlki gün, nahar yeməyi
C) Əməliyyat günü, səhər yeməyi
D) Əməliyyatdan əvvəlki gün saat 22.00
E) Əməliyyatdan əvvəlki gün saat 20.00 qədər
Planlı əməliyyat zamanı növbəti gün saat 9.00- a planlaşdırılmış əməliyyat olunacaq xəstə nahar yeməyindən sonra saat 20.00- ə qədər yüngül yemək (kəmşirin çay suxarı ilə,mannı sıyığı və s)yeməlidir.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
Dostları ilə paylaş: |