940) Donmalar zamanı hansı ilk tibbi yardım göstərilir?
A) Zədələnmiş nahiyəni əllə ovuşdurmaq
B) Zədələnmiş nahiyəni spirtlə ovuşdurmaq
C) Zədələnmiş nahiyəni 20 0 C temperaturlu suya salmaq
D) Zədələnmiş nahiyəni yun parça ilə ovuşdurmaq
E) Vişnevski məlhəmi ilə sarğı qoymaq
Zədələnmiş nahiyəni sürtmək və ona təzyiq göstərmək olmaz . Zədələnmiş nahiyəni heç vaxt əllə ovuşdurmaq olmaz. Dəri daxilində iti su kristalları olduğu üçün dərində yerləşən toxumalar zədələnir. Don vurmuş hissənin donunun açılması üçün başqa imkan yoxdursa və görülən tədbirlər nəticəsində donmuş nahiyə normal rəng almırsa, zədələnmiş yeri ehmalca temperaturu 200C olan suya salmaq lazımdır. Təxminən 10 dəqiqə müddətində suyun temperaturunu 38-410C-ə qədər qaldırılır. Çalışmaq lazımdır ki, suyun istiliyi 410C artıq olmasın və bu temperaturda qalsın.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 287
Dostları ilə paylaş: |