962) Əllərini əməliyyata hazırlamış cərraha əməliyyat paltarını kim geyindirir?
A) Əməliyyat paltarını geyinmiş əməliyyat tibb bacısı geyindirir
B) Cərrah geyindikdən sonra əllərini yuyur
C) Əməliyyat otağının xadiməsi
D) Cərrahın assisteti
E) Cərrah özü geyinir
Cərrahın əlləri əməliyyata hazırlandıqdan sonra onu yalnız steril xalat, kalpak vəəlcək geyinmiş əməliyyat tibb bacısı geyinirə bilərki,cərrahın sterilliyi pozulmasın.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 120
963) Qarnın ön divarı yaralanmış zərərçəkəni necə daşımaq məqsədə uyğundur?
A) Zərərçəkən arxası üstə uzanmış, ayaqlar qarına yığılmış vəziyyətdə daşınır
B) Arxası üstə uzanmış və ayaqlarını uzatmış vəziyyətdə daşınır
C) Zərərçəkən başıaşağı, ayaqları yuxarı qaldırılmış vəziyyətdə daşınır
D) Zərərçəkən qarnıüstə uzanmış vəziyyətdə daşınır
E) Zərərçəkən böyrü üstə uzanmış vəziyyətdə daşınır
Qarnın ön divarı zədələndikdə zərərçəkənin ayaqları uzanmış vəziyyətdə daşınarsa bu zaman yara ağzı genişlənir və yaradan orqanların xaric olması ehtimalı artır. Ona görə zərərçəkən arxası üstə uzanmış, ayaqlar qarına yığılmış vəziyyətdə daşınır və yaranın üzəri aseptik sarğı qoyulur. Zərərçəkənə qida və mayelərin qəbulu dayandırılır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 128
Dostları ilə paylaş: |