573) Qadın sonsuzluğunun baş verməsinə aşağıdakılardan hansı aid deyil?
A) Cinsi həyata başladıqdan sonra hamilə qalmaq
B) Boruların keçiriciliyinin pozulması
C) Yumurtalıqların funksiyasının pozulması ilə baş verən endokrin pozğunluqlar
D) Boruların iltihabı ilə yanaşı gedən endoservisitlər
E) Ovulyasiya prosesinin pozulması şərti ilə xroniki ooforit və periooforitlər
Cinsi əlaqədə olan sağlam qadınların 1 il müddətində hamilə qalması normal sayılır. Bu vaxt qadının orqanizmində bir çox fizioloji dəyişikliklər baş verir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 144
574) Sidiyin tez – tez ifrazı cinsiyyət orqanlarının hansı xəstəliyi ilə əlaqədar ola bilər?
A) Uşaqlığın normal yerləşməsi
B) Uşaqlığın natamam sallanması
C) Uşaqlıq yolunun ön divarının enməsi
D) Sidik kisəsi – uşaqlıq yolu fistulası
E) Aralığın cırılmaları
Ginekoloji səbəblərdən asılı olaraq qadınlarda sidik ifrazında problemlərin olması, onlarda sistoselenin (yırtıq) əmələ gəlməsini göstərir. Bu isə çox doğan, ağır işdə çalışan qadınlarda daha çox müşahidə olur. Ona görə də güzgülərlə uşaqlıq yolu müayinəsi və bimanual müayinə aparılır ki, səbəb araşdırılsın. Lazım gələrsə ön kolporafiya əməliyyatı edilir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 76
575) Qonşu üzv olan bağırsağın funksiyasının pozulmasında hansı hal müşahidə obyekti sayılmır?
A) Defekasiya aktının səhərlər ağrısız olması
B) Defekasiyada ağrılar, tenezm
C) Nəcisin və qazın saxlanmaması
D) İshalın olması
E) Dekatsiya aktı zamanı qanlı ifrazatın olması
Həzm sistemində patoloji problem olmayanda defekasiya aktı normal olur.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh40.
Dostları ilə paylaş: |