BÖLMƏLƏR (Fəsillər)


KOMPÜTER INFORMASIYASI SAHƏSINDƏ CINAYƏTLƏR



Yüklə 1,57 Mb.
səhifə34/36
tarix01.01.2017
ölçüsü1,57 Mb.
#4253
1   ...   28   29   30   31   32   33   34   35   36

KOMPÜTER INFORMASIYASI SAHƏSINDƏ CINAYƏTLƏR


Maddə 271. Kompüter informasiyasına qanunsuz olaraq daxil olma

271.1. Qanunla qorunan kompüter informasiyasına, yəni maşın daşıyıcılarında, elektron-hesablayıcı maşınlarda (EHM), elektron-hesablayıcı maşınlar sistemində və ya onların şəbəkələrində olan infomasiyalara qanunsuz olaraq daxil olma, bu hərəkətlər informasiyanın məhv edilməsi, təcrid olunması, modifikasiya olunması, onun surətinin çıxarılması, yaxud EHM-in işinin, sisteminin və ya onların şəbəkəsinin fəaliyyətinin pozulmasına səbəb olduqda—

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

271.2. Eyni əməllər:

271.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

271.2.2. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə yaxud elektron-hesablayıcı maşınlara, elektron-hesablayıcı maşınlar sisteminə və ya onların şəbəkələrinə daxil olmaq hüququ olan şəxs tərəfindən törədildikdə;

271.2.3. külli miqdarda ziyan vurmaqla törədildikdə—

min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 272. Elektron-hesablayıcı maşınlar üçün ziyan verici proqramlar yaratma, onlardan istifadə etmə və ya onları yayma

272.1. İnformasiyanın icazəsiz məhvinə, təcrid olunmasına, modifikasiya edilməsinə və ya surətinin çıxarılmasına, EHM, EHM sisteminin və ya onların şəbəkələrinin işinin pozulmasına səbəb ola biləcəyini bilə-bilə EHM proqramlarını yaratma və ya mövcud proqramlara dəyişikliklər etmə, habelə belə proqramlardan və ya belə proqramlarla yüklənmiş maşın daşıyıcılarından istifadə etmə və ya onları yayma—

beş yüz manatdan min manatadək miqdarda cərimə edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

272.2. Eyni əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda—

iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 273. Elektron hesablayıcı maşınların (EHM), EHM sisteminin və ya onların şəbəkələrinin istismarı qaydalarını pozma

273.1. EHM-lə, EHM sistemi ilə və ya onların şəbəkələri ilə işləməyə icazəsi olan şəxs tərəfindən EHM-ın, EHM sisteminin və ya onların şəbəkələrinin istismarı qaydalarının pozulması nəticəsində EHM-dəki qanunla qorunan məlumatların məhvi, təcrid olunması və ya modifikasiya edilməsi əhəmiyyətli zərər vurulmasına səbəb olduqda—

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

273.2. Eyni əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda—

iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


375 30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 1, maddə 10) ilə 283-cü maddənin adında və mətnində "irqi" sözündən sonra ", sosial" sözü əlavə edilmiş, "dini düşmənçiliyin" sözləri "dini nifrət və düşmənçiliyin" sözləri ilə əvəz edilmişdir.


376 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 283.1-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək” sözləri “min manatdan iki min manatadək” sözləri ilə əvəz edilmişdir.
31 may 2011-ci il tarixli 137-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 02 iyul 2011-ci il, № 141 Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 472) ilə 225.1, 270 və 283.1-ci maddələrdə “üç ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri “iki ilədək müddətə islah işləri” sözləri ilə əvəz edilmişdir.



377 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 286.1-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən beş yüz mislinədək” sözləri “iki yüz manatdan beş yüz manatadək” sözləri ilə əvəz edilmişdir.


378 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 286.2-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən beş yüz mislinədək” sözləri “iki yüz manatdan beş yüz manatadək” sözləri ilə əvəz edilmişdir.


379 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 286.3-cü maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən səkkiz yüz mislinədək” sözləri “beş yüz manatdan səkkiz yüz manatadək” sözləri ilə əvəz edilmişdir.


380 17 may 2011-ci il tarixli 116-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 06 iyul 2011-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 587) ilə 287-ci maddədə “məhkəmə nəzarətçisinin, məhkəmə icraçısının” sözləri “icra məmurunun” sözləri ilə əvəz edilmişdir.


381 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 288.1-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin min mislindən üç min mislinədək” sözləri “min manatdan üç min manatadək” sözləri ilə əvəz edilmişdir.


382 17 may 2011-ci il tarixli 116-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 06 iyul 2011-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 587) ilə 288.2-ci maddədə “məhkəmə nəzarətçisi, məhkəmə icraçısı” sözləri “icra məmuru” sözləri ilə əvəz edilmişdir.


383 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 288.2-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək” sözləri “beş yüz manatdan min manatadək” sözləri ilə əvəz edilmişdir.


384 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 289.1-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin üç yüz mislinədək” sözləri “üç yüz manatadək” sözləri ilə əvəz edilmişdir.


385 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 289.2-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən beş yüz mislinədək” sözləri “üç yüz manatdan beş yüz manatadək” sözləri ilə əvəz edilmişdir.


386 29 iyun 2012-ci il tarixli 405-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 14 iyul 2012-ci il, № 154, “Azərbaycan” qəzeti 17 iyul 2012-ci il, № 156) ilə 293-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



Maddə 293. İfadə verməyə məcbur etmə

293.1. Prokuror, müstəntiq və ya təhqiqatçı tərəfindən və ya onların təhriki ilə dindirmə zamanı hədələməklə, şantajla, ləyaqəti alçaltmaqla və ya sair qanunsuz hərəkətlər tətbiq etməklə şübhə edilən şəxsi, təqsirləndiriləni, zərərçəkmiş şəxsi, şahidi ifadə verməyə, habelə eksperti rəy verməyə məcbur etmə—

üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

293.2. Eyni əməllər işgəncə verməklə törədildikdə—

beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


387 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 294.1-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək” sözləri “beş yüz manatdan min manatadək” sözləri ilə əvəz edilmişdir.


388 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 295.1-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək” sözləri “beş yüz manatdan min manatadək” sözləri ilə əvəz edilmişdir.


389 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 296.1-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən min mislinədək” sözləri “üç yüz manatdan min manatadək” sözləri ilə əvəz edilmişdir.


390 29 iyun 2012-ci il tarixli 405-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 14 iyul 2012-ci il, № 154, “Azərbaycan” qəzeti 17 iyul 2012-ci il, № 156) ilə 296.2-ci maddədə “yeddi” sözü “səkkiz” sözü ilə əvəz edilmişdir.


391 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 297.1-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək” sözləri “beş yüz manatdan min manatadək” sözləri ilə əvəz edilmişdir.


392 11 iyun 2004-cü il tarixli 688-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 8, maddə 598) ilə 297-ci maddəsinin qeydinin 1-ci bəndində "hökm və ya qətnamə" sözlərindən sonra ", habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qərar" sözləri əlavə edilmişdir.


393 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 139.1-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin üç yüz mislindən beş yüz mislinədək” sözləri “üç yüz manatdan beş yüz manatadək” sözləri ilə əvəz edilmişdir.


394 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 299.1-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək” sözləri “beş yüz manatdan min manatadək” sözləri ilə əvəz edilmişdir.


395 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 299.2-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin min mislindən üç min mislinədək” sözləri “min manatdan üç min manatadək” sözləri ilə əvəz edilmişdir.


396 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 300-cü maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək” sözləri “beş yüz manatdan min manatadək” sözləri ilə əvəz edilmişdir.


397 17 may 2011-ci il tarixli 116-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 06 iyul 2011-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 587) ilə 301.1-ci maddədə “məhkəmə nəzarətçiləri, məhkəmə icraçıları” sözləri “icra məmurları” sözləri ilə əvəz edilmişdir.


398 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 301.1-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək” sözləri “beş yüz manatdan min manatadək” sözləri ilə əvəz edilmişdir.


399 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 302.1-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək” sözləri “beş yüz manatdan min manatadək” sözləri ilə əvəz edilmişdir.


400 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 302.2-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək” sözləri “min manatdan iki min manatadək” sözləri ilə əvəz edilmişdir.
4 mart 2011-ci il tarixli 78-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 aprel 2011-ci il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 253) ilə 302.2-ci maddədə “informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi” sözləri “gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş” sözləri ilə əvəz edilmişdir.


401 4 mart 2011-ci il tarixli 78-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 aprel 2011-ci il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 253) ilə yeni məzmunda 302.3-cü maddə əlavə edilmişdir.
31 may 2011-ci il tarixli 137-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 02 iyul 2011-ci il, № 141 Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 6, maddə 472) ilə 302.3 maddən “azadlığın məhdudlaşdırılması və ya eyni müddətə” sözləri çıxarılmışdır.


402 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 303.1-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək” sözləri “beş yüz manatdan min manatadək” sözləri ilə əvəz edilmişdir.


403 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 303.2-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin min mislindən üç min mislinədək” və “şərti maliyyə vahidi məbləğinin beş yüz mislinədək” sözləri müvafiq olaraq “min manatdan üç min manatadək” və “beş yüz manatadək” sözləri ilə əvəz edilmişdir.


404 28 dekabr 2012-ci il tarixli 541-IVQD Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 8 fevral 2013-cü il, № 29, “Azərbaycan” qəzeti 10 fevral 2013-cü il, № 31) ilə 306.1-ci maddədə “və ya qərarını” sözləri “, qərarını və ya əmrini” sözləri ilə əvəz edilmişdir.


405 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 306.1-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək” sözləri “beş yüz manatdan min manatadək” sözləri ilə əvəz edilmişdir.

18 iyun 2010-cu il tarixli 1034-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2010-cu il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 591) ilə 306.1-ci maddənin sanksiyası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


406 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 306.2-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək” sözləri “min manatdan iki min manatadək” sözləri ilə əvəz edilmişdir.

18 iyun 2010-cu il tarixli 1034-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2010-cu il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 591) ilə 306.2-ci maddənin sanksiyası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


407 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 307.1-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək” sözləri “beş yüz manatdan min manatadək” sözləri ilə əvəz edilmişdir.


408 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 307.2-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin iki min mislindən beş min mislinədək” sözləri “iki min manatdan beş min manatadək” sözləri ilə əvəz edilmışdir.


409 24 iyun 2011-ci il tarixli 183-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 02 avqust 2011-ci il, № 167, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 621) ilə Otuz üçüncü fəslin adı yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:


33-cü fəsil. Korrupsiya cinayətləri və dövlət hakimiyyəti, dövlət qulluğu mənafeyi, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında qulluq mənafeyi əleyhinə olan cinayətlər.
7 aprel 2006-cı il tarixli 92-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 390) ilə Otuz üçüncü fəslin adı yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin