BÖLMƏLƏR (Fəsillər)


DÖVLƏT HAKİMİYYƏTİ, DÖVLƏT QULLUĞU MƏNAFEYİ VƏ YERLİ ÖZÜNÜİDARƏ ORQANLARINDA, habelə dİgər kommersİya və qeyrİ-kommersİya təşkİlatlarında QULLUQ MƏNAFEYİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR



Yüklə 1,57 Mb.
səhifə35/36
tarix01.01.2017
ölçüsü1,57 Mb.
#4253
1   ...   28   29   30   31   32   33   34   35   36

DÖVLƏT HAKİMİYYƏTİ, DÖVLƏT QULLUĞU MƏNAFEYİ VƏ YERLİ ÖZÜNÜİDARƏ ORQANLARINDA, habelə dİgər kommersİya və qeyrİ-kommersİya təşkİlatlarında QULLUQ MƏNAFEYİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR





410 7 aprel 2006-cı il tarixli 92-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 390) ilə 308.1-ci maddə aşağıdakı redaksiyada verilmişdir:

Əvvəlki redaksiyada deyilirdi:



Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin tamah və ya sair şəxsi marağı üzündən öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi vətəndaşların və ya təşkilatların hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda—

şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 308.1-ci maddənin sanksiyasında “şərti maliyyə vahidinin min mislindən iki min mislinədək” sözləri “min manatdan iki min manatadək” sözləri ilə əvəz edilmişdir.


411 2 iyun 2008-ci il tarixli 617-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 461) ilə 308.2-ci maddəsində “səbəb olduqda” sözlərindən sonra “və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə” sözləri əlavə edilmişdir.


412 7 aprel 2006-cı il tarixli 92-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 390) ilə 308.2-ci maddənin sanksiyasında "üç ildən yeddi ilədək" sözləri ", əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədək" sözləri ilə əvəz edilmişdir.


413 24 iyun 2011-ci il tarixli 183-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 02 avqust 2011-ci il, № 167 Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 621) ilə 308-ci maddənin “Qeyd” hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



Qeyd: 1. Bu fəslin maddələrində vəzifəli şəxslər dedikdə daimi, müvəqqəti olaraq və ya xüsusi səlahiyyət üzrə hakimiyyət nümayəndəsi funksiyalarını həyata keçirən, yaxud dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər, beynəlxalq təşkilatların nümayəndələri, habelə "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun məqsədi üçün vəzifəli şəxs hesab edilən digər şəxslər başa düşülür.

2. Vəzifəli şəxslər sırasına daxil olmayan dövlət qulluqçuları və yerli özünüidarə orqanlarının, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarının qulluqçuları müvafiq maddələrlə xüsusi olaraq nəzərdə tutulmuş hallarda bu fəslin maddələri ilə cinayət məsuliyyəti daşıyırlar.


414 7 aprel 2006-cı il tarixli 92-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 390) ilə 309.1-ci maddədə "vətəndaşların və ya təşkilatların" sözləri "fiziki və ya hüquqi şəxslərin" sözləri ilə əvəz edilmişdir.

309.1-ci maddənin sanksiyasında "və ya edilməməklə" sözləri ", əmlakı müsadirə olunmaqla" sözləri ilə əvəz edilmişdir.

16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 309.1-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək” sözləri “min manatdan iki min manatadək” sözləri ilə əvəz edilmişdir.


415 7 aprel 2006-cı il tarixli 92-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 390) ilə 309.2-ci maddənin sanksiyasında "edilməklə" sözündən sonra ", əmlakı müsadirə olunmaqla" sözləri əlavə edilmişdir.


416 7 aprel 2006-cı il tarixli 92-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 390) ilə 310-ci maddədə "vətəndaşların və ya təşkilatların" sözləri "fiziki və ya hüquqi şəxslərin" sözləri ilə əvəz edilmişdir.

16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 310-cu maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək” sözləri “beş yüz manatdan min manatadək” sözləri ilə əvəz edilmişdir.




417 7 aprel 2006-cı il tarixli 92-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 390) ilə 311-ci maddənin adı və 311.1-ci maddə yeni redaksiyada verilmişdir:

əvvəlki redaksiyada deyilirdi:



Maddə 311. Rüşvət alma

311.1. Rüşvət verənin və ya onun təmsil etdiyi şəxsin xeyrinə hərəkətlərə (hərəkətsizliyə) görə, bu hərəkətlərin (hərəkətsizliyin) edilməsi vəzifəli şəxsin vəzifə səlahiyyətlərinə daxil olduqda və ya o öz qulluq mövqeyinə görə belə hərəkətlərə (hərəkətsizliyə) yardım edə bildikdə, eləcə də xidmət üzrə ümumi himayədarlığa və ya laqeydliyə görə vəzifəli şəxs tərəfindən şəxsən və ya vasitəçidən istifadə etməklə pul, qiymətli kağızlar, digər əmlak və ya əmlak xarakterli mənfəət şəklində rüşvət alma—

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


418 24 iyun 2011-ci il tarixli 183-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 02 avqust 2011-ci il, № 167, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 621) ilə 311.1-ci maddədə “və ya alması” sözlərindən sonra “, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi” sözləri əlavə edilmişdir.


419 7 aprel 2006-cı il tarixli 92-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 390) ilə 311.2-ci maddənin sanksiyasında "edilməklə" sözündən sonra ", əmlakı müsadirə olunmaqla" sözləri əlavə edilmişdir.


420 7 aprel 2006-cı il tarixli 92-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 390) ilə 311.3-cü maddənin sanksiyasında "yeddi" sözü "səkkiz" sözü ilə əvəz edilmişdir.


421 7 aprel 2006-cı il tarixli 92-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 390) ilə 311-ci maddənin "Qeyd" hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



Qeyd: Pul məbləği, qiymətli kağızların, əmlakın və ya əmlak xarakterli digər mənfəətin dəyəri şərti maliyyə vahidi məbləğinin beş min misli miqdarından yuxarı olduqda rüşvətin miqdarı «külli miqdar» hesab olunur.

16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 311-ci maddənin “Qeyd”ində “şərti maliyyə vahidi məbləğinin beş min mislindən” sözləri “beş min manatdan” sözləri ilə əvəz edilmişdir.




422 7 aprel 2006-cı il tarixli 92-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 390) ilə 312-ci maddənin adı və 312.1-ci maddə aşağıdakı redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



Maddə 312. Rüşvət vermə

312.1. Şəxsən və ya vasitəçidən istifadə etməklə vəzifəli şəxsə rüşvət vermə—

şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır


423 24 iyun 2011-ci il tarixli 183-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 02 avqust 2011-ci il, № 167, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 621) ilə 312.1-ci maddədə “güzəşt” sözündən sonra “təklif olunması, vəd edilməsi və ya” sözləri əlavə edilmişdir.


424 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 312.1-ci maddənin sanksiyasında “şərti maliyyə vahidinin min mislindən iki min mislinədək” sözləri “min manatdan iki min manatadək” sözləri ilə əvəz edilmişdir.


425 7 aprel 2006-cı il tarixli 92-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 390) ilə 312.2-ci maddənin sanksiyasında "və ya olunmamaqla üç" sözləri "dörd" sözü ilə əvəz edilmişdir.

16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 312.2-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin iki min mislindən dörd min mislinədək” sözləri “iki min manatdan dörd min manatadək” sözləri ilə əvəz edilmişdir.




426 7 aprel 2006-cı il tarixli 92-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 390) ilə Aşağıdakı məzmunda 312-1-ci maddə əlavə edilmişdir.


427 24 iyun 2011-ci il tarixli 183-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 02 avqust 2011-ci il, № 167, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 621) ilə 312-1.1-ci maddədə “üçüncü şəxslər üçün” sözlərindən sonra “, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə” sözləri, “və ya alınması” sözlərindən sonra “, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi” sözləri əlavə edilmişdir.


428 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 312-1.1-ci maddənin sanksiyasında “şərti maliyyə vahidinin üç min mislindən beş min mislinədək” sözləri “üç min manatdan beş min manatadək” sözləri ilə əvəz edilmişdir.


429 24 iyun 2011-ci il tarixli 183-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 02 avqust 2011-ci il, № 167, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 621) ilə 312-1.2-ci maddədə “üçün” sözü “məqsədilə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə” sözləri ilə əvəz edilmişdir, “güzəştin” sözündən sonra “təklif olunması, vəd edilməsi və ya” sözləri əlavə edilmişdir.


430 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 312-1.2-ci maddənin sanksiyasında “şərti maliyyə vahidinin min mislindən iki min mislinədək” sözləri “min manatdan iki min manatadək” sözləri ilə əvəz edilmişdir.

7 mart 2012-ci il tarixli 314-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 15 mart 2012-ci il, № 60, “Azərbaycan” qəzeti 16 mart 2012-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 03, maddə 196) ilə 144-1.1, 144-1.2, 144-1.3, 165.2, 165-2.1, 165-2.2, 181.2, 181.3, 182.3, 183.2, 184.3, 204.2, 204.3, 205.2, 206.4, 213-1.1, 213-1.2, 214.1, 214.2, 214-1, 232.3, 234.4, 235.4, 308.1, 309.2, 311.3, 312.1, 312.2, 312-1.1 və 312-1.2-ci maddələrin sanksiyalarından “əmlakı müsadirə olunmaqla” sözləri çıxarılmışdır.




431 27 fevral 2007-ci il tarixli 251-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 398) ilə 313-cü maddəsinin dispozisiyasında "rəsmi sənədlərə" sözlərindən sonra "və ya informasiya resurslarına" sözləri, "sənədlərdə" sözündən sonra isə "və ya informasiya resurslarında" sözləri əlavə edilmişdir.


432 24 iyun 2011-ci il tarixli 183-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 02 avqust 2011-ci il, № 167, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 621) ilə 313-cü maddədə “, eləcə də vəzifəli şəxs olmayan dövlət qulluqçusu və ya yerli özünüidarə orqanı qulluqçusu” sözləri çıxarılmışdır.


433 7 aprel 2006-cı il tarixli 92-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 390) ilə 313-cü maddənin sanksiyasında "və ya iki yüz qırx saatadək ictimai işlər" sözləri çıxarılmışdır, "və ya edilməməklə" sözləri ", əmlakı müsadirə olunmaqla" sözləri ilə əvəz edilmişdir.

16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 313-cü maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək” sözləri “beş yüz manatdan min manatadək” sözləri ilə əvəz edilmişdir.

7 mart 2012-ci il tarixli 314-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 15 mart 2012-ci il, № 60, “Azərbaycan” qəzeti 16 mart 2012-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 03, maddə 196) ilə 193-1.1, 193-1.2, 193-1.3, 202-2.1, 202-2.2, 203-1.1, 203-1.2, 308.2, 309.1, 311.1, 311.2 və 313-cü maddələrin sanksiyalarından “, əmlakı müsadirə olunmaqla” sözləri çıxarılmışdır.


434 7 aprel 2006-cı il tarixli 92-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 390) ilə 314.1-ci maddədə "vətəndaşların və ya təşkilatların" sözləri "fiziki və ya hüquqi şəxslərin" sözləri ilə əvəz edilmişdir.

16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 314.1-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək” sözləri “beş yüz manatdan min manatadək” sözləri ilə əvəz edilmişdir.




435 4 may 2004-cü il tarixli 646-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 5, maddə 321) ilə Məcəlləyə yeni 314-1-ci maddə əlavə edilmişdir.


436 26 oktyabr 2004-cü il tarixli 781-IIQD nömrəli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 11, maddə 900) ilə Məcəlləyə yeni 314-2-ci maddə əlavə edilmişdir.

7 aprel 2006-cı il tarixli 92-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 390) ilə 314-1-ci, 314-2.1-ci və 314-2.2-ci maddələrin sanksiyalarında "və ya edilməməklə" sözləri çıxarılmışdır.

9 oktyabr 2007-ci il tarixli 428-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 937) ilə 314-2-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



Maddə 314-2. Müəyyən edilmiş qaydaları pozmaqla mühafizə zonalarında torpaq sahələri ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə

314-2.1.Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla vəzifəli şəxs tərəfindən magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında torpaq sahələri ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə—

şərti maliyyə vahidinin iki min mislindən üç min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

314-2.2.Bu Məcəllənin 314-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda—

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


437 9 oktyabr 2007-ci il tarixli 428-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 937) ilə 314-3-cü maddə əlavə edilmişdir.


438 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 316.1-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək” sözləri “beş yüz manatdan min manatadək” sözləri ilə əvəz edilmişdir.


439 30 sentyabr 2005-ci il tarixli 1020-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 oktyabr 2005-ci il) ilə Məcəlləyə 316-1-ci maddə əlavə edilmişdir.


440 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 316-1.1-ci maddənin sanksiyasında “şərti maliyyə vahidinin yüz mislindən beş yüz mislinədək” sözləri “yüz manatdan beş yüz manatadək” sözləri ilə əvəz edilmişdir.


441 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 316-1.2-ci maddənin sanksiyasında “şərti maliyyə vahidinin beş yüz mislindən min mislinədək” sözləri “beş yüz manatdan min manatadək” sözləri ilə əvəz edilmişdir.


442 30 iyun 2009-cu il tarixli 856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyul 2009-cu il, № 160) ilə yeni məzmunda 316-2-ci maddə əlavə edilmişdir.


443 25 dekabr 2007-ci il tarixli 522-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1221) ilə yeni məzmunda 317-1-ci və 317-2-ci maddələr əlavə edilmişdir.


444 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 317-1.1-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək” sözləri “min manatdan iki min manatadək” sözləri ilə əvəz edilmişdir.


445 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 317-1.2-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin üç min mislindən beş min mislinədək” sözləri “üç min manatdan beş min manatadək” sözləri ilə əvəz edilmişdir.


446 16 may 2008-ci il tarixli 607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 318.1-ci maddənin sanksiyasında “şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən beş yüz mislinədək” sözləri “iki yüz manatdan beş yüz manatadək” sözləri ilə əvəz edilmişdir.


447 26 dekabr 2000-ci il tarixli 49-IIQD nömrəli “Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar Məcəllələrinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 1, maddə 24) ilə 318.2-ci maddənin dispoziyasından “təkrarən və ya” sözləri çıxarılmışdır . Əvvəlki redaksiyada deyilirdi:

318.2. Bu Məcəllənin 318.1-ci maddəsində nəzərdə tutulmuş əməllər təkrarən və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə—


448 31 may 2011-ci il tarixli
Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin