1. 0000 0000=0
8. 0000 0111=7
2. 0000 0001=1
9. 0000 1000=9
3. 0000 0010=2
…
4. 0000 0011=3
253. 1111 1100=252
5. 0000 0100=4
254. 1111 1101=253
6. 0000 0101=5
255. 1111 1110=254
7. 0000 0110=6
256. 1111 1111=255
Ümumiyyətlə, praktikada aşağıdakı informasiya ölçü
vahidlərindən istifadə olunur:
Bit – bir ikilik rəqəm (0 və ya 1 rəqəmi bir bit adlanır), ən kiçik
ölçü vahidi olub impulsun daxil olmasını (1) və ya
olmamasını (0) bildirir;
Bayt – (b kimi işarə olunur) kompüterdə istifadə edilən simvolların
(rəqəmlərin, hərflərin və digər işarələrin) ikilik say
sistemində təsvir edilməsi üçün istifadə olunan ölçü
vahididir. Bir simvolu təsvir etmək üçün 8 bit tələb olunur,
yəni
1 bayt = 8 bit.
Məsələn, 210 ədədini ikilik sistemdə "11010010" kimi 1
bayt şəklində ifadə olunur ki, bu da 8 ikilik rəqəmdən, yəni
8 bitdən ibarətdir.
Kilobayt – (Kb kimi işarə olunur) adından göründüyü kimi
("kilo" sözü burada "ikilik min"i bildirir) təxminən min
bayt ölçüsünə uyğun gəlir, lakin ikilik say sisteminin
xüsusiyyətlərdən asılı olaraq kilo 1000-ə deyil, 1024-ə (1
kilo = 2
10
) bərabərdir:
16
1 Kb = 2
10
b = 1024 b.
Meqabayt – (Mb kimi işarə olunur) aşağıdakı kimi
qiymətləndirilir:
1 Mb = 2
10
kb
= 2
20
b = 1048576 b.
Qiqabayt – (Gb kimi işarə olunur) vahidinin qiyməti belədir:
1 Gb = 2
10
Mb = 2
30
b = 1073741824 b.
Terrabayt – (Tb kimi işarə olunur) aşağıdakı qiymətə malikdir:
1 Tb = 2
10
Gb = 2
40
b.
Bod – Rabitə xətti vasitəsilə ötürülən zaman informasiya bodlarla
ölçülür və 1 saniyədə ötürülən bitlərin miqdarını göstərir:
1 bod = 1 bit/san.
Dostları ilə paylaş: |