Onluq say sistemində olan tam ədədin ikilik say sisteminə
çevrilməsi üçün aşağıdakı qaydadan (alqoritmdən) istifadə olunur:
1. Verilmiş ədəd 2-yə bölünür.
2. Bölmə nəticəsində alınan qalıq (ikiyə bölmə zamanı qalıq 0
və ya 1 ola bilər) ayrıca qeyd olunur.
3. Alınmış qismət birə bərabər deyilsə, onda o, yenidən ikiyə
bölünür (birinci addım təkrar olunur). Əks halda növbəti
addıma keçilir.
4. Sonuncu qismət (o, 1-ə bərabərdir) və bölmə əməliyyatları
zamanı alınmış bütün qalıqlar axırıncıdan başlayaraq soldan
sağa ardıcıl olaraq yazılır. Alınmış ifadə onluq ədədin ikilik
say sistemində təsviri olacaqdır. Misal: 631 onluq ədədinin ikilik say sistemində təsvirini
verin.
23
ikilik say sisteminə çevrilməsi prosesi sxematik olaraq aşağıda
göstərilmişdir.
Beləliklə, 631 onluq ədədinin ikilik say sistemində
ekvivalenti aşağıdakı kimi olar:
631
=> 1001110111
2
.