40
ötürülməsi və digər məqsədlər üçün stolüstü işçi alət kimi istifadə
edilir. Ümumiyyətlə, kompüter texnikasının tərkibinə müxtəlif
qurğular daxil ola bilər, lakin standart halda fərdi kompüterlər
aşağıdakı komponentlərdən ibarət olur.
3.3. Sistem bloku
Sistem bloku kompüterin əsas komponentlərini özündə
birləşdirir və onun özəyini təşkil edir. Sistem blokuna əsasən
aşağıdakılar daxil olur.
3.3.1. Ana plata
Ana plata – kompüterin əsas elektron sxemidir. Bütün
qurğular və elementlər: prosessor, soprosessor, əməli yaddaş
qurğusu, xarici qurğuların qoşulması üçün interfeys portları, audio
və video kartlar, disk, disket qurğusu və s. ana plataya qoşulur.
Ana platanın və prosessorun (eləcə də soprosessorun) tipi
kompüterin əsas xarakteristikasını müəyyən edir. Məsələn, əgər
kompüterin xarakteristikası Intel Pentium IV 1,76Ghs…
şəklindədirsə, bu o deməkdir ki, o, Intel Pentium IV tipli
prosessora, 1,76Ghs tezliyinə və müvafiq ana plataya malikdir.
Qeyd etmək lazımdır ki, hər bir qurğu və platanın ana
plataya qoşula bilməsi üçün onun üzərində müxtəlif "yuvalar",
yəni xüsusi yerlər olur. Hər bir qurğunun qoşulması üçün nəzərdə
tutulmuş yer digərlərindən fərqlənir, yəni "yuvalar" öz növlərinə
görə unikal olurlar və bir qurğunu digər qurğu üçün nəzərdə
tutulmuş yerə qoşmaq mümkün deyil.
Dostları ilə paylaş: