41
keçirir. Bəzən onu kompüterin "beyni" adlandırırlar. Müasir
prosessorlar saniyədə 100 milyona qədər əməliyyatı yerinə
yetirmək qabiliyyətinə malikdirlər. Xüsusi və super kompüterlərin
prosessorları daha böyük imkana malikdirlər. Son dövrlərdə Intel,
IBM, AMD, Cyrix və s. kimi məşhur firmaların istehsal etdiyi
prosessorlar müasir kompüterlərdə daha geniş istifadə edilir, lakin
keyfiyyətinə, sürətinə və etibarlılığına görə Intel firmasının
prosessorları daha çox üstünlük təşkil edir.
Məlum olduğu kimi kompüterlərdə yerinə yetirilən
əməliyyatlar arasında əsas yeri hesab əməlləri tutur. Ona görə də
kompüterin işləmə tezliyini, eləcə də hesablama sürətini artırmaq
məqsədilə kompütedə hesab əməllərinin yerinə yetirilmə sürətini
yüksəltmək lazımdır. Bu məqsədlə kompüterlərdə prosessordan
əlavə soprosessorlardan istifadə edilir. Soprosessorların təyinatı
həqiqi ədədlər üzərində əməliyyatların (hesab əməllərinin) yerinə
yetirilməsidir. Son zamanlar istehsal olunan prosessorlar
soprossessorun funksiyalarını da özündə birləşdirir.
Dostları ilə paylaş: