Book · January 005 citations reads 1,187 author: Some of the authors of this publication are also working on these related projects



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə33/61
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#43447
1   ...   29   30   31   32   33   34   35   36   ...   61
Gasimov-informatika-darslik

3.8. Printer 

Printer  -  informasiyanın  kağız  və  ya  plyonka  üzərinə  çap 

edilməsi üçün istifadə edilən qurğudur. Çap texnologiyasına görə 

printerlər matrisli, şırnaqlı, lazer və s. kimi təsnif edilir. 

3.8.1. Matrisli printer 

Matrisli  printerlər  –  düzbücaqlı  şəkildə  iynələr  düzülmüş 

xüsusi  başlıq  vasitəsilə  informasiyanı  kağız  üzərinə  köçürür. 

Başlıqlar  9,  18  və  24  iynəyə  malik  ola  bilər.  Printerdə  başlıqla 

kağız  arasından  rəngləyici  lent  keçir.  Çap  olunacaq 

informasiyadan  (simvol,  hərf  və  ya  nöqtələrdən)  asılı  olaraq 

müvafiq  iynələr  rəngləyici  lentə  zərbə  vurur  və  onu  kağızın 

səthinə yapışdırır.  Lentin  kağıza  toxunduğu  nöqtələrdə  rəngin  izi 

qalır. Beləliklə, başlıq sağa və sola hərəkət etməklə kağız üzərində 

çapı həyata keçirir. 

Matrisli  printerlər  A3  və  A4  formatlı  olur,  yəni  A3  və  A4 

kağızlara  çap  etməyə  imkan  verir.  Bundan  əlavə,  bu  printerlərdə 

rulon kağızlardan da istifadə etmək olur. 

Çapın rəngi rəngləyici lentin rəngindən asılıdır və əsasən bu 

lentlər bir rəngli (qara, bənövşəyi və ya qırmızı) olur.  




Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin