Book · January 005 citations reads 1,187 author: Some of the authors of this publication are also working on these related projects



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə30/61
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#43447
1   ...   26   27   28   29   30   31   32   33   ...   61
Gasimov-informatika-darslik

Funksional 

düymələr 

(F1-F12) 

– 

onları 



proqramlaşdırılan düymələr adlandırırlar. Bu düymələrin 

funksiyaları  ayrı-ayrı  proqramlar  üçün  fərqlənə  və 

müxtəlif ola bilər. 

 

Xüsusi  (idarəedici)  düymələr  –  bu  düymələr  kompüterə 

müəyyən  əmrlərin  verilməsi,  kursorun  idarə  edilməsi  və 

digər  düymələrin  funksiyalarının  dəyişdirilməsi  üçün 

istifadə edilir. Onlar aşağıdakı kateqoriyalara bölünürlər: 



 

49 


o  Kursorun  idarə  edilməsi  düymələri  –  [

],  [



],  [


], 


[

], [Home], [End], [Page Up], [Page Down]. 



o  [Esc]  –  ("imtina"  düyməsi)  əməliyyatların  yerinə 

yetirilməsi  zamanı  hər  hansı  sorğu,  seçmə  və 

daxiletmə  rejimlərindən  imtina  etmək  üçün  istifadə 

edilir.  Bu  düymə  basıldıqdan  sonra  sistem  cari 

əməliyyat  yerinə  yetirilməyə  başlamazdan  əvvəlki 

vəziyyətə qayıdır. 

o  [TAB]  -  mətnlərin  daxil  edilməsi  zamanı  müəyyən 

olunmuş  sayda  probellərin  qoyulması,  cədvəl  və 

siyahılarda  isə  növbəti  sütuna  (xanaya)  keçmək  üçün 

istifadə edilir. 

o  [Shift] – böyük hərflərin (baş hərflərin, məsələn, "A"-

"Z") və düymələrin yuxarı registrində olan simvolların 

daxil  edilməsi  üçün  istifadə  edilir.  Bu  hərf  və 

simvolları  daxil  etmək  üçün  [Shift]  düyməsi  ilə  eyni 

zamanda  müvafiq  düyməni  basmaq  və  sonra  hər  iki 

düyməni buraxmaq lazımdır. Məsələn, "a" (eləcə də a-

z)  hərfini  yazmaq  üçün  üzərində  [A]    ([A]-[Z])  təsvir 

olunmuş düyməni basıb buraxmaq, "A" (eləcə də A-Z) 

hərfini  yazmaq  üçün  isə  [Shift]  düyməsi  ilə  eyni 

zamanda  [A]  ([A]-[Z])  düyməsini  basıb  buraxmaq 

lazımdır. 

o  [Caps  Lock]  –  böyük  hərflərin  (bu  düymə  yuxarı 

registrdəki  simvolların  yazılmasını  təmin  etmir) 

yazılması  rejimini  təsbit  etmək  üçün  istifadə  edilir. 

Əgər mətn yalnız böyük hərflərdən ibarət olarsa, onda 

onların  daxil  edilməsi  üçün  [Shift]  düyməsinin 

istifadəsi  rahat  olmur  və  bu  zaman  [Caps  Lock] 

düyməsindən  istifadə  edilir.  [Caps  Lock]  düyməsini 

bir  dəfə  basıb  buraxdıqdan  sonra  [Shift]  düyməsini 

basmadan  böyük  hərfləri,  [Shift]  düyməsini  basıb 




 

50 


saxlamaqla  isə  kiçik  hərfləri  daxil  etmək  olar.  [Caps 

Lock] düyməsi təkrar basıldıqda əvvəlki rejimə (kiçik 

hərflə yazma rejimi) bərpa olunur. 

o  [Enter]  (bəzi  klaviaturalarda  [Return]  və  ya  [

])  – 


sətirlərin  (mətn  redaktorlarında  abzasların),  əmrlərin 

və  sorğulara  cavabların  daxil  edilib  qurtardığını 

bildirmək məqsədilə istifadə edilir.  

o  [Delete]  (bəzən  [Del])  –  kursorun  sağ  tərəfində  (bəzi 

sistemlərdə  kursorun  üzərində)  yerləşən  simvolun 

pozulması üçün istifadə edilir. 

o  [BackSpace]  ([Enter]  düyməsindən  yuxarıda  üzərində 

[



])  -  kursorun  sol  tərəfində  yerləşən  simvolun 

pozulması üçün istifadə edilir. 

o  [Insert]  (bəzən  [Ins])  –  mətnlərin  daxil  edilməsi 

zamanı  əlavəetmə  (simvol  və  ya  sözləri  mətndəki 

sözləri  sürüşdürmədən  onların  arasına  daxiletmə) 

rejimindən  əvəzetmə  (mətndəki  simvol  və  ya  sözləri 

sürüşdürməklə  pozaraq  onların  yerinə  daxiletmə) 

rejiminə və əksinə dəyişmək üçün istifadə edilir.   

o  [Ctrl]  və  [Alt]  –  klaviaturada  olan  digər  düymələrin 

funksiyalarını  dəyişmək  məqsədilə  onlarla  birlikdə 

(kombinasiya  şəklində)  istifadə  edilir.  Adətən,  onlar 

müəyyən  rejimlərin  dəyişdirilməsi,  funksiyaların 

çağırılması,  xüsusi  əmrlərin  verilməsi  və  məqsədilə 

tətbiq  olunur.  Məsələn,  Word  sistemində  [F]  düyməsi 

ayrılıqda "F" hərfini yazmaq üçün istifadə edilir, lakin 

[Ctrl]+[F] isə "axtarma" rejimini çağırır.  

o  [Num  Lock]  –  klaviaturanın  sağ  tərəfindəki  "kiçik 

klaviatura"  adlanan  hissədə  yerləşən  düymələrin 

funksiyalarını  (rəqəm  rejimindən  hərəkət  etmə 

rejiminə)  dəyişmək  üçün  istifadə  edilir.  [Num  Lock] 




 

51 


düyməsi  basıldıqda  (bu  zaman  klaviatura  üzərindəki 

müvafiq  indikator  işıqlanır)  "kiçik  klaviatura"dakı 

düymələr onların üzərində yazılmış rəqəmləri (0-9 və 

"."-onluq  nöqtə)  daxil  edir,  əks  halda  isə  həmin 

düymələrin  üzərindəki  işarələrə  ([

],  [



],  [


],  [


], 


[Home], [End], [PgUp], [PgDn], [Ins], [Del]) müvafiq 

olaraq kursor hərəkət edir. 

Klaviatura  sistem  blokunun  arxasında  yerləşən  xüsusi 

interfeys  çıxışına  –  "yuva"ya  qoşulur.  Lakin  son  zamanlar 

infraqırmızı  şüalarla  işləyən  kabelsiz  klaviaturalardan  istifadə 

olunmağa başlanmışdır. 




Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin