Book · January 005 citations reads 1,187 author: Some of the authors of this publication are also working on these related projects



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə38/61
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#43447
1   ...   34   35   36   37   38   39   40   41   ...   61
Gasimov-informatika-darslik

 

Örtük  proqramları  istifadəçiyə  rahat  iş  rejimi  yaratmaq 

üçün  tətbiq  olunan  proqramlardır.  Məsələn:  Norton  Commander, 

DOS-Navigator,  Star  Office,  Open  Windows  və  s.  Örtük 

proqramlarının  yaradılması  onunla  əlaqədardır  ki,  bir  çox 

əməliyyat  sistemləri  (məsələn,  MS-DOS,  UNIX  və  s.)  istifadəçi 

üçün  rahat  olan  iş  rejiminə,  imkanlara  və  interfeys 

mexanizmlərinə  malik  deyillər.  Belə  əməliyyat  sistemlərində 

Proqramlar 

Sistem proqramları 

Tətbiqi proqramlar 

Əməliyyat 

sistemləri 

Şəbəkə 


proqramları 

Örtük 


proqramları 

Xidməti 


proqramlar  

(utilitlər, 

drayverlər) 

Oyun, öyrədici, 

multimediya 

proqramları 

Mətn 

redaktorları 



Translyatorlar və 

kompilyatorlar  

Elektron 

cədvəllər 

Qrafik 

redaktorlar 

Verilənlər bazası-

nı idarəetmə 

sistemləri 

Şəkil 4.1. Proqramların təsnifatı 




 

58 


«istifadəçi  –  kompüter»  əlaqəsi  klaviatura  vasitəsilə  müəyyən 

olunmuş  formatda  daxil  edilən  əmrlərin  köməyi  ilə  qurulur. 

Məsələn,  MS-DOS  əməliyyat  sistemində  «readme.txt»  faylının 

nüsxəsini  «C:\AB»  kataloqundan  «A:\DOC»  kataloquna 

köçürmək  üçün  sistemin  əmrlər  sətrində  klaviatura  vasitəsilə 

aşağıdakı şəkildə əmr yığmaq lazımdır: 

copy  C:\AB\readme.txt  A:\DOC. 

Aydındır  ki,  belə  interfeys  rahat  deyil,  çünki  əməliyyat 

sistemlərinin  çoxsaylı  əmrlərinin  formatlarını  -  standart  yazılış 

qaydalarını yadda saxlamaq, əmrləri hər dəfə klaviatura vasitəsilə 

təkrar yığmaq və bu zaman əmrin formatına tam riayət etmək tələb 

olunur. Örtük proqram istifadəçiyə əməliyyat sistemlərinin həmin 

əmrlərini xüsusi düymələrin (əsasən funksional düymələrin və ya 

düymələr  kombinasiyasının)  köməyi  ilə  daha  tez  və  rahat  yerinə 

yetirməyə imkan verir.  

Kompüterin  texniki  hissələrinin  və  ya  ona  qoşulmuş 

qurğuların  işini  idarə  edən  proqramlar  drayver  adlanırlar. 

Drayverlər  əməliyyat  sistemlərinə  daxil  ola  bilər  və  ya  sonradan 

həmin qurğular kompüterə qoşulduqda sistemə əlavə olaraq yazıla 

bilər. Məsələn, yaddaş qurğularının (disk, disket, CD-ROM və s.), 

monitorun,  klaviaturanın,  siçanın,  printerin,  şəbəkə  adapterinin, 

digər  qurğu  və  adapterlərin  idarə  olunması  üçün  müxtəlif 

drayverlərdən istifadə olunur. 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin