Aşağı səviyyəli proqramlaşdırma dilləri isə kompüterin
aparat-texniki səviyyəsinə yaxın olduğu üçün onların vasitəsilə
yazılan proqramlar, bilavasitə aparat-texniki vasitələrə müraciət
edir, ona görə də əsasən, yüksək sürətə, az həcmə malik olmaları
və kompüterin resurslarından istifadə etmək imkanları ilə
fərqlənirlər.
Yüksək səviyyəli dillərə C, Pascal, Delphi, Java, Fortran,
Basic və s. daxildir. Onlardan ən köhnəsi Fortran hesab edilir. O,
1957-ci ildə Con Bekusun başçılığı altında IBM firmasının
proqramçılar qrupu tərəfindən yaradılmışdır. Bundan bir müddət
sonra isə Avropada Alqol dili meydana gəldi.
Beləliklə, bu dillər digər yeni proqramlaşdırma dillərinin
əsasını qoydu. Belə ki, Basic dili 1965-ci ildə ABŞ-da Con Kemen
tərəfindən yaradılmışdır. Bu dil bir çox istifadəçilər üçün çətin
olan Fortranın sadələşmiş versiyasıdır. 1969-cu ildə isveçrəli alim
Nikolas Virt tərəfindən Alqol dilinin əsasında Pascal dili yaradıldı.
Pascal dili quruluşuna və istifadə mexanizmlərinə görə Basic
dilindən çətin deyildi, lakin bir sıra daha geniş imkanlara malik
idi.
C dili Pascal dilinin elementlərinindən istifadə etməklə
Denis Ritçin rəhbərliyi altında Bell Laboratories amerikan firması
tərəfindən 1972-ci ildə işlənib hazırlanmışdır. C yüksək səviyyəli
proqramlaşdırma dilləri içərisində daha səmərəlisi hesab olunur. C
dilinin sonrakı inkişafı nəticəsində C++ və Java dilləri meydana
gəlmişdir.
Son
zamanlar
çox geniş istifadə edilən Delphi
proqramlaşdırma dili də Pascal dilinin kompüter şəbəkələri üçün
inkişafı nəticəsində yaranmışdır.
Aşağı səviyyəli dillərə misal olaraq Assembler dilini
göstərmək olar. Assembler aşağı səviyyəli dil olaraq ingilis dilində
qısaldılmış sözlər şəklində yazılmış əmrlərə malik dildir. Bu dil
kompüter texnikasının istənilən qurğusunun, mikrosxeminin
proqramlaşdırılması üçün müvafiq operatorlardan istifadə edir. O,
64
maşından asılı dil hesab olunur və hər növ maşınlar üçün fərqli
olur.
Qeyd edildiyi kimi, yazılmış proqramların kompüterdə
reallaşdırılması üçün onlar maşın dilinə çevrilməlidir. Bu
məqsədlə həmin dillərin translyatorlarından istifadə edirlər.
Translyator proqramları iki cür olur: interpretator və
Dostları ilə paylaş: |