Book · January 005 citations reads 1,187 author: Some of the authors of this publication are also working on these related projects



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə45/61
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#43447
1   ...   41   42   43   44   45   46   47   48   ...   61
Gasimov-informatika-darslik

4.2.4. Proqramlaşdırma dilləri  

Proqramlaşdırma  dilləri  məsələlərin  həlli  alqoritmlərinin 

kompüterdə  təsviri  üçün  istifadə  olunan  formal  dildir.  Bu  dil 

məsələnin  həlli  gedişində  alqoritmin  təbii  insan  dilindən  maşın 

dilinə  keçidi  təmin  etmək  üçün  istifadə  olunan  aralıq  süni  dildir. 




 

62 


Alqoritm 

Təbii insan dili 

Proqramın mətni 

Proqramlaşdırma dili 

Yüksək səviyyə 

Aşağı səviyyə 

Həll edilən məsələ 

Şəkil 4.2. Proqramların hazırlanması proseduru 

Yerinə yetirilə bilən 

proqram 


Maşın dilində proqram 

(0 və 1) 

Proqramlaşdırma  dillərinin  formallaşdırılması  dərəcəsindən  asılı 

olaraq, onları yüksək və aşağı səviyyəli dillərə bölürlər. 



Yüksək səviyyəli proqramlaşdırma dilləri insan dilinə daha 

yaxın  olur.  Onların  operatorları  təbii  dilin  sözləri  ilə  ifadə  edilir. 

Hər  hansı    proqramlaşdırma  dilində  proqramın  mətni  insan 

tərəfindən  əl  ilə  mətn  redaktorunda  yaradılır.  Proqramın  ilkin 

mətninin  maşın  dilində  olan  ikili  koda  çevrilməsi  isə  translyator 

adlanan xüsusi proqram təminatları vasitəsilə yerinə yetirilir.  

Yüksək səviyyəli proqramlaşdırma dilləri insan dilinə yaxın 

olduğuna görə aşağı səviyyəli proqramlaşdırma dillərinə nisbətən 

daha  sadədir.  Bu  dillər  kompüterin  qurğuları,  onların  elektron 

quruluşu  haqqında  geniş  bilik  tələb  etmədiyinə  görə  kompüter 

texnikası  sahəsində  peşəkar  mütəxəssis  olmayan  insanlar  onların 

köməyi  ilə  çox  böyük  çətinlik  çəkmədən  proqramlar  tərtib  edə 

bilərlər.  



 

63 



Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin