Book · January 005 citations reads 1,187 author: Some of the authors of this publication are also working on these related projects



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə48/61
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#43447
1   ...   44   45   46   47   48   49   50   51   ...   61
Gasimov-informatika-darslik

4.3. Əməliyyat sistemləri 

Fərdi  kompüterlərdə  aparılan  bütün  əməliyyatlar  əməliyyat 

sistemləri vasitəsilə idarə olunur. Əməliyyat sistemləri – kompüter 

qoşulduqdan  sonra  avtomatik  olaraq yüklənən, kompüterin  bütün 

qurğularının  işini  planlaşdıran  və  idarə  edən,  istifadəçi  ilə  dialoq 

yaradan  və  digər  (əlavə  və  tətbiqi)  proqramları  işə  salmaq  üçün 

nəzərdə tutulan proqramlar kompleksidir.  

Əməliyyat  sistemləri  yüklənən  zaman  ekranda  bir-birinin 

ardınca  kompüterin  istehsalçısı  tərəfindən  nəzərdə  tutulmuş 

məlumatlar,  texniki  hissələrin  yoxlanması  prosesi  və  onun 

nəticələri  haqqında  məlumat,  eləcə  də  əməliyyat  sisteminin 

xidməti məlumatları görünür. Yükləmə prosesi adlanan bu proses 

başa  çatdıqdan  sonra  istifadəçi  kompüterdə  işləmək  imkanına 

malik olur.  

Kompüterin  resursları  və  ona  qoşulan  qurğular  əməliyyat 

sistemlərinin  aşağı  səviyyəli  əmrləri  və  funksiyaları  vasitəsilə 

idarə  olunur.  Kompüterdə  işləyərkən  hər  hansı  bir  əməliyyatın 

yerinə  yetirilməsi  zamanı  çoxlu  sayda  (bəzən  yüzlərlə)  belə  əmr 

və  funksiyalardan  istifadə  olunur.  Məsələn,  əməliyyat  sistemində 

disk qurğuları ilə işləmək üçün disk qurğusunun mühərrikinin işə 

salınması, dayandırılması, yazı oxu başlığının hərəkət etdirilməsi, 

yazı  cığırlarından  informasiyanın  oxunması  və  s.  əmr  və 

funksiyalar  nəzərdə  tutulmuşdur.  Ona  görə  də  faylın  disketdən 

oxunması  kimi  əmr  daxil  edildikdə  yuxarıda  sadalanan  və 

sadalanmayan yüzlərlə bu kimi əmrlər yerinə yetirilir.  

Bundan  əlavə,  hər  bir  qurğunun  və  ya  resursun 

mövcudluğunun,  işçi  vəziyyətinin  yoxlanması,  interfeyslərin, 

portların  istifadəsi,  informasiyanın  ötürülməsi,  alınması,  faylların 

yerləşmə cədvəllərinin oxunması, dəyişdirilməsi kimi əməliyyatlar 

da yerinə yetirilir. Bu əməliyyatlar adi istifadəçilər üçün çətin başa 

düşülən, 

maraqsız, 

öyrənilməsinə 

ehtiyac 


olmayan 

əməliyyatlardır.  Adətən,  müasir  əməliyyat  sistemləri  bu  kimi 




 

66 


əməliyyatları  özü  yerinə  yetirir,  istifadəçi  üçün  sadə  və  rahat  iş 

rejiminə malik «şəffaf» interfeys yaradır.  

Əməliyyat sistemləri bütün proqramların disk qurğularından 

əməli yaddaşa yüklənməsi,  idarə olunmanın onlara verilməsi, bu 

proqramların  sorğularına  əsasən  köməkçi  əməliyyatların  yerinə 

yetirilməsi  və  proqramlar  işini  başa  çatdırdıqdan  sonra  onların, 

eləcə  də  digər  qalıq  informasiyanın  əməli  yaddaşdan  silinməsi 

işlərini yerinə yetirir. 

Ümumi  halda  əməliyyat  sistemləri  istifadəçi  ilə  kompüter 

arasında vasitəçi rolunu oynayır (şəkil 4.3).  

Yuxarıda qeyd olunduğu kimi, bəzi hallarda istifadəçi üçün 

rahat  iş  rejimi  yaratmaq  məqsədilə  örtük  proqramları  adlanan 

servis proqramlarından istifadə edilir (şəkil 4.4). 

 

İstifadəçi  



Kompüterə 

qoşulan 


qurğular 

Əməliyyat sistemi 

Əməliyyat 

sisteminin 

əmrləri 

Əlavə  


proqram 

təminatı 

Şəkil 4.3. Əməliyyat sisteminin qarşılıqlı əlaqə sxemi 



 

67 


Qeyd  olunmalıdır  ki,  ilk  kompüterlər  əməliyyat  sisteminə 

malik  olmamışdır.  Onlar  yalnız  müəyyən  hesablamaların  yerinə 

yetirilməsi üçün nəzərdə tutulmuşdur. Belə kompüterlər, ən yaxşı 

halda,  qoşulan  zaman  daimi  yaddaş  qurğusundan  avtomatik 

yüklənən sadə Basic translyatoruna malik idilər. 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin