4.2.3. Alqoritmin proqramının tərtib edilməsi
Alqoritm hazır olduqdan sonra onun reallaşdırılması üçün
hər hansı proqramlaşdırma dilində (C, Packal, Basic və s.)
proqram yazılır. Qeyd olunduğu kimi, alqoritm yerinə yetiriləcək
əməliyyatların addım-addım təbii insan dilində - Azərbaycan, rus,
ingilis, ərəb və s. dillərdə yazılışıdır. Proqram isə həmin
əməliyyatların proqramlaşdırma dilinin operatorları adlanan
«cümlələrin» ardıcıllığı şəklində yazılışıdır.
Proqramlaşdırma
dilində
yazılmış
proqram
yerinə
yetirilərkən xüsusi proqram təminatları (translyator, kompilyator
və ya interpretator) vasitəsilə maşın dilinə çevrilir. Yalnız bundan
sonra proqram sərbəst yerinə yetirilə bilir. Bu prosesi sxematik
olaraq 4.2 saylı şəkildəki kimi göstərmək olar.
Dostları ilə paylaş: |