3.8.3. Lazer printeri
Lazer printeri – çap üçün lazer texnologiyasından istifadə
edir. Belə ki, printerin kartricində bir birinə çox yaxın
yerləşdirilmiş xüsusi fotokeçirici disk və rezin silindr
quraşdırılmışdır. Kartricin içərisində fotokeçirici diskin arxa
tərəfində xüsusi tərkibə malik tozabənzər toner olur. Çap zamanı
informasiyanın təsviri fotokeçirici disk üzərinə təsbit edilir. Disk
kartricdən tonerin hissəciklərini özünə çəkir (cəzb edir) və üzərinə
təsbit olunmuş informasiyaya uyğun olaraq hissəciklər ona yapışır.
Yüklənmiş bu hissəciklər disklə barabanın arasından keçir və
onlar maqnitlə yüklənmiş kağızın üzərinə yapışır (köçür). Tonerin
kağıza yapışmış hissəcikləri printerin termoblokunda ərimə
temperaturuna qədər qızdırılaraq rezin silindrin köməyi ilə kağıza
bərkidilir.
Lazer printerləri çapın həm keyfiyyətinə, həm də sürətinə
görə digər printerlərdən xeyli üstündür. Demək olar ki, səssiz
işləyir.
Hazırda lazer printerlərin rəngli variantları da istehsal olunur
və istifadə edilir. Lakin onlar çox baha olduqları üçün praktiki
olaraq az yayılmışdır.
55
Yuxarıda sadalanan printerlərdən əlavə, LED- və
termoprinterlər, eləcə də digər texnologiyalara əsaslanmış
printerlər də istifadə olunur, lakin yuxarıda qeyd olunan printerlər
daha geniş yayılmışdır.
|