4 SİNİF
Böyük summativ qiymətləndirmə
Bakı Azərbaycanın1 paytaxtıdır. Bakı şəhəri Abşeron2 yarımadasında yerləşir. Əhalisinin sayı iki milyondan çoxdur. Ona görə də milyonçu şəhərlər sırasında yer alır.Xəzər dənizinin sahilində yerləşməsi Bakını daha da füsünkar edir. Həm də Bakı liman3 şəhəridir. Bakı Avropa4 və Asiyanın demək olar ki, düz mərkəzində yerləşdiyi üçün burada hər iki qitənin mədəniyyətinə rast gəlinir. Biz öz paytaxtımızla fəxr edirik.
1. Mətndə işarələnmiş sözə yaxınmənalı sözü göstərin.
A) əsrarəngiz B) bərbad
C) ciddi D)böyük
2. Verilənlər mətndə rəqəmlənmiş hansı sözə aiddir?
I. Ahəng qanununa tabe deyil
II. Sözdə 1 qapalı, incə sait var
A) 4 B) 2 C) 3 D) 1
3.Mətndən verilmiş sözlərdən biri mürəkkəbdir.
A) mərkəz B) milyonçu C)yarımada D) füsünkar
Z 4. Mətndə hansı sualın cavabı var?
A) Bakıdan sonra ən böyük şəhər hansıdır?
B) Bakı şəhəri nə zaman yaradılıb?
C) Bakı liman şəhəridir?
D) Xəzər dənizinin sahilində başqa hansı şəhərlər var?
5.Mətndən verilmiş sözlərdən hansılarda yalnız cingiltili samitlər iştirak edir?
1.liman 2.dəniz 3.əhali
4.şəhər 5.milyon
A) 2,3,4 B) 1,2,3 C) 2,3,5 D) 1,2,5
6. Hansı fikir doğrudur?
A)Düzəltmə sözlər kök və qrammatik şəkilçidən düzəlir
B)Sözdəyişdirici şəkilçilər sözün formasını
dəyişdirir.
C)Cəm şəkilçiləri sözdüzəldici şəkilçilərdir.
D)Sadə sözlər kök və şəkilçidən yaranır.
7.Hansı variantda yalnız mücərrəd isimlər var?
A) sevgi,yarpaq
B) fikir,duyğu
C) uşaq,qələm
D)pişik,Düşüncə
8.Şərik sözünün leksik mənası hansıdır?
A) müdir C)ortaq
B) işsiz adam D)qonşu
9. Neçə sözdə yalnız kar samitlər var ?
Pendir, peşə, kitabxana, fateh, hiss, şüşə, dəsmal
A) 4 B) 5 C) 6 D) 7
10. Yalnız qapalı saitli sözlərdən ibarət sıra hansıdır?
A) ilan, işıq, saat B) kitab, katib, nağıl
C) ilbiz, inci, ütü D) ələk tütək, kələk
11. “Mavi dənizin nəhəng dalğaları sıldırım qayalara çırpılırdı” cümləsində əlamət bildirən sifətlərin düzgün ardıcıllığını seç.
A) ölçü, forma, rəng B) rəng, ölçü,
forma
C) rəng, forma, ölçü D) forma, ölçü, rəng
12. Hansı cümlədə “kimi” sözü əsas nitq hissəsidir?
A) Siz kimi gözləyirsiniz?
B) Qardaşım Kərim uşaq kimi oynayırdı.
C) Biz maşınla şəhərə kimi gəldik.
D) Arzu mənimlə dost kimi davranırdı
13. İsim+sifət birləşməsindən əmələ gələn mürəkkəb sözlər cərgəsini göstər.
A) ağacdələn,pişikotu B) ağzıbütov, dilişirin C)sarıköynək, günəbaxan D)çoxuşaqlı,azyaşlı
14.Sözlərdən biri quruluşuna görə fərqlidir.
A) kələk B) titrək C)ələk D)bəzək
15. Hansı cümlədə iki ədat işlənib?
A) Axı sən haradan biləsən?
B) Söylə də, nə durmusan?
C) O lap ağ eləyıb kı...
D) Daha mənim sənə sözüm yoxdur.