Böyük v ə kiçik olmaqla iki yer ə bölürlər. Böyük qrup



Yüklə 176,66 Kb.
Pdf görüntüsü
səhifə3/3
tarix16.10.2022
ölçüsü176,66 Kb.
#65232
1   2   3
Qrubların təsnifatı

Qeyri-r
əsmi
qruplara g
əldikdə, adından göründüyü kimi, rəsmi sənədlər əsasında 
yaradılmayan insan birliyidir. Bu cür qrupun üzvlərinin dəqiq qeyd edilmiş məqsədi olmur. Bu 
cür qruplar ünsiyyət prosesində təbii yolla yaranır. Burada qrup üzvlərinin bir-birinə qarşı 
emosional-
psixoloji münasibətləri qrupun yaranması üçün əsas rol oynayır. Qeyri – rəsmi qrup 
da özünün müvafiq strukturu və qarşılıqlı münasibət normalarına malik olur. Lakin bu 
münasibətlər ilk növbədə yazılmamış qaydalar və insanların şəxsi keyfiyyətlərindən doğan 
münasibətlərdən ibarət olur. Bu cür qruplara öz maraqlarına görə birləşən həyət 
kompaniyalarını, yaxın iş və təhsil dostlarını aid etmək olar. Çox vaxt rəsmi qrupların daxilində 
d
ə bu cür qeyri-rəsmi qruplar yarana bilir. Belə ki, rəsmi qrupun üzvləri bir-birinə yaxınlıq, 
dostluq münasibətlərinə görə qruplaşa bilirlər. Həmin qrupların mövqeyi, norma və məqsədi 
bütövlükdə rəsmi qrupun mövqe, norma və məqsədinə uygun gəldikdə qrupun fəaliyyətinin 
müvəffəqiyyətlə həyata keçməsinə imkan yaradır. Bu baxımdan psixoloqlar rəsmi kiçik qrupun 
müvəffəqiyyətlə fəaliyyət göstərməsinin, onun rəsmi və qeyri-rəsmi strukturlarının bir-birinə 
uyğun gəlməsindən asılı olduğunu qeyd edirlər.
Referent qruplar
. Psixoloji 
ədəbiyyatda kiçik qrupların bir növü kimi referent qrupları da qeyd edirlər 
(latınca 
referens
sözündən götürülmüşdür). Özünün normaları, fikirləri, qiymətləri fərdin davranış 
motivl
ərinə çevrilən sosial birlik referent qrup adlanır. Bu termin ilk dəfə olaraq 1942- ci ildə Q.Xaymen 
t
ərəfindən irəli sürülmüş və sonralar R. Merton, Q. Nunkom, M.Şerif və b. tərəfindən istifadə 
olunmu
şdur. 
M
əlum olduğu kimi hər bir adam müxtəlif qrupların üzvü olur. Ayrı- ayrı adamlar üçün daxil olduğu 
h
əmin qrupların sırası özünəməxsus şəkildə, müxtəlif olur. Lakin bütün hallarda həmin sıranın 
müəyyənləşdirilməsi eyni prinsipə əsaslanır: birinci yerdə mütləq o qruplar dayanacaqdır ki, həmin 
qrupun normaları fərdin cəhd etdiyi normalara uyğun olsun. Sonrakı yerlərdə qruplar fərd üçün 
əhəmiyyətlilik dərəcəsi olan yerləri tutacaqdır. Yüksək ranqa malik olan qrup fərd üçün bir növ daxili 
forum t
əşkil edir (Q.Midin obrazlı ifadəsinə görə), fərd öz davranışını həmin normalarla tutuşdurur, 
t
ənzim edir. 
Qaydaları və normaları şəxsiyyətin qayda və normalarına çevrilən, fərdin statusunun artması üçün 
daimi imkanları olan bu cür referent qrupları çox vaxt 
etalon
q
rup adlandırırlar. 
V.B.Olşanskinin verdiyi tərifə görə 
etalon qrup real v
ə ya təsəvvür olunan elə qrupdur ki, şəxsiyyət 
h
əmin qrupa cəhd göstərir və onun standartlarını öz davrvnışı üçün etalon
q
əbul edir. Bu baxımdan 
etalon qruplar real v
ə təsəvvür olunan xarakter daşıya bilər.

Yüklə 176,66 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin