Brayan Treysi Daxili İntizamın Gücü



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə12/24
tarix24.04.2022
ölçüsü1,53 Mb.
#56201
1   ...   8   9   10   11   12   13   14   15   ...   24
Brian Tracy The Power of Self-Discipline

“Hərbi  xidmət  üçün  intizamsızlıqdan  pis  şey  yoxdur; 
çünki, bir ordunun digəri üzərində üstünlüyünü silah-sursatın 
və şəxsi heyətin sayından çox intizam verir.” 
Corc Vaşinqton 
 
Liderlik və intizam həmişə yanaşı gedir. Daxili-inti-
zamı, iradəsi və özünüidarəetmə qabiliyyəti zəif olan ada-
mı lider kimi təsəvvür etmək mümkün deyil. Liderin əsas 
üstünlüyü,  daim özünü və  vəziyyəti  nəzarətdə  saxlamaq 
qabiliyyətidir.  
Tarixdə  heç  zaman  liderlərə  indiki  kimi  ehtiyac 
olmamışdır.  Cəmiyyətin  bütün  təbəqələrində,  həm  kom-
mersiya və həm də qeyri-kommersiya sahəsində liderlərə 
ehtiyac var. Ailədə, biznesdə, döyüş meydanlarında, icti-
mayi təşkilatlarda və xüsusilə siyasətdə liderlər lazımdır. 
Öhdəliklərinə ciddi yanaşan  və  vəziyyəti nəzarətə götür-
mək  üçün  irəli  yeriməyə  cəsarəti  çatan  insanlara  ehtiyac 
var.  
Xoşbəxtlikdən  liderlik  sonradan  mənimsənilən,  öy-
rəniləndir. Liderlik bacarığı – çox zaman müstəqil şəkildə, 
ağır  zəhmət,  təcrübə  və  treninqlər  sayəsində  öyrənilir. 
Piter  Drukerin  dediyi  kimi:  “Anadangəlmə  liderlərə  rast 
gəlmək olar, lakin onlar o qədər az olurlar ki, həyatın vur-
havurunda qətiyyən seçilmirlər.” 
 
 
 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
138 
İnkişafın dörd mərhələsi. 
 
Karyeranız zamanı inkişafın və aktivliyin dörd mər-
hələsini  keçirsiniz.  Birincisi,  məhdud  bilik  və  bacarığa 
malik  işçi  kimi  başlayırsınız.  Zamanla  bilik,  təcrübə  və 
bacarığınız  artır,  nəticə  əldə  etmək  qabiliyyətinə  yiyələ-
nirsiniz və supervayzer olaraq digərlərinin nəticəsinə gö-
rə də məsuliyyət daşımağa başlayırsınız. Supervayzer ki-
mi inkişaf etdikcə, digərlərinin qabiliyyətinə bələd olaraq 
düzgün iş bölgüsü edərək sizə lazım olan nəticəni vaxtın-
da  əldə  etməyi  öyrəndikcə  idarəçi  səviyyəsinə  yüksəlir-
siniz. İdarəçilər daha geniş düşüncəyə malik olurlar ki, bu 
da  təcrübədən  irəli  gəlir.  İdarəçilik  mərhələsində  irəlilə-
yərək, müxtəlif bacarığa malik insanlara düzgün yanaşma 
seçərək lazımi nəticələr əldə etməklə ən yüksək mərhələ-
yə liderlik mərhələsinə çatırsınız. Bu mərhələdə siz artıq 
verilmiş  tapşırığı necə  etmək  haqqında  düşünmürsünüz, 
çünki bu tapşırıqları siz özünüz müəyyən edirsiniz.  
Belə  bir  deyim  var:  “Bəzi  liderlər  doğulur,  bəziləri 
yaradılır, bəzi insanlar isə liderlik təkanına malikdirlər.” 
Liderlər, liderlik tələb edən situsiyalara ya özləri dü-
şür  ya  da  başqaları  tərəfindən  irəli  çəkilirlər.  Daha  sadə 
dildə  desək,  liderin  rolu  “nəticə  əldə  etmək  üçün  cavab-
dehlik götürməkdir”. 
İnsanların,  artan  liderlik  pilləsinə  yüksəldilmələrin-
in  əsas  səbəbi  onların  hər  bir  pillədə  nəticə  əldə  etmək 
bacarığı  nümayiş  etdirmələridir.  Liderlərin  daim  verdiyi 
sual: “Məndən hansı nəticələr gözlənilir?” Aydınlıq vacib-
dir. 
 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
139 
Liderlərin təsəvvürü var. 
 
Ceyms  Makfersonun  liderlik  sahəsində  apardığı 
3300 təhqiqatın nəticəsi olaraq liderlərin ən əsas xüsusiy-
yəti kimi təsəvvür müəyyən edilmişdir. Liderlər təsəvvü-
rə  malikdirlər.  Onlar  rəhbərlik  etdikləri  təşkilatın  arzu-
sunda  olduqları  gələcəyini  aydın  təsəvvür  edə  bilirlər. 
Sonra onlar bu təsəvvürü əməkdaşları ilə bölüşərək onla-
rın bu təsəvvürün reallaşması istiqamətində fəaliyyət gös-
tərmələrinə nail ola bilirlər.  
Nəticələrə  görə  cavabdehlik  götürdükdə  lider  olur-
sunuz.  Siz  liderlər  kimi  düşündükdə, hərəkət  etdikdə  və 
danışdıqda lider olursunuz. Siz, şirkətinizin, şəxsi həyatı-
nızın  və  karyeranızın  gələcəyini  təsəvvür  etmək  qabiliy-
yətinə yiyələndikdə lider olursunuz.  
Liderlik və təsəvvürün vacibliyi haqda yüzlərlə kit-
ab yazılmışdır. Və onlar hamısı sadə bir prinsipdə cəmlə-
şirlər. Hərbi lider qələbə təsəvvürünə malikdir və heç za-
man  ondan  yayınmır. Biznes lider, mükəmməl icraya  əs-
aslanan  uğur  təsəvvürünə  malikdir  və  özünü  bu  uğura 
həsr edir.  
 
 
Lider standart daşıyıcısıdır. 
 
Lider  təşkilat  üçün  standartları  müəyyən  edir.  Təş-
kilatda liderdən yaxşı təsəvvürə malik və ya daha yüksək 
standartlar müəyyən edən bir adam ola bilməz. Buna gö-
rə  də  lider  təşkilatda  hər  kəsə  nümunə  olacaq  model  və 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
140 
tonları  müəyyən  edən  şəxsdir.  Liderin  şəxsiyyəti  və  nü-
fuzu hər kəsə təsir edir.  
Siz  biznesdə  nəyisə  dəbə  gətirə  bilməzsiniz,  bu  yu-
xarıdan  aşağıya  baş  verir.  Liderin  davranışı  hər  kəsin 
davranışına  təsir  edir.  Lider  inamlı,  pozitiv  və  məqsəd-
yönlüdürsə onun rəhbərliyi altındakı hər kəs inamlı, pozi-
tiv və məqsədyönlü olacaq.  
 
 
Danış, gəz. 
 
Lider olduqda özünüzü “lidersayağı” aparmağa va-
dar etməlisiniz. Lider kimi yeriməli, danışmalı və davran-
malısınız. Siz artıq başqa öhdəçiliklərə malik başqa adam-
sınız.  
Karyeranızın  inkişafı  dövründə  siz  işçi  və  ya  satış 
personalının bir hissəsisiniz. İdarəçi olduqda isə, idarə he-
yətinin bir hissəsi olursunuz. Bu o deməkdir ki, siz perso-
nalın  üzvü  olanda  diqqətiniz  yuxarıya  doğru  yönəlmiş 
olur, lider olduqda isə əksinə diqqətiniz aşağı, məsuliyyə-
tini daşıdığınız işçilərə yönəlmiş olur.  
Yəqin ki, liderin ən çətin işi özünü nümunəyə çevir-
mək  bacarığıdır.  Komandanızda  olan  hər  kəsin  diqqəti 
sizə  yönəlmişdir  və  sizi  təkrarlayırlar.  Lider  olduqda  siz 
artıq  “cəhənnəməki”  komfortuna  malik  olmursunuz.  Li-
der  olduğunuz  andan  etibarən  siz  hər  bir  kəlmənizə  və 
jestinizə nəzarət etməlisiniz. Çünki bunlar hamısı izlənilir 
və təkrarlanır.  
 
 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
141 
Standart müəyyən edin. 
 
Lider  komandanın  rəftarı,  işin  keyfiyyəti,  şəxsi  iş 
planlaşdırılması, vaxtın idarə edilməsi və görünüşü üçün 
standartlar müəyyən edir.  
Əksər  hallarda  lider  digərlərindən  daha  çox  işləyir. 
Digərlərindən  daha fəal,  məqsədyönlü,  cəsarətli və  inad-
kar  olur.  Liderlər  həmçinin  təşkilatda  insanlara  qarşı 
münasibəti də müəyyən edirlər. Lider insanlara qarşı an-
layışlı, insanpərvər və mehriban olduqda bu dərhal stan-
darta çevrilir və hamı bu standarta uyğun rəftar edir.  
 
 
Dəyərlər və prinsiplər müəyyən edin. 
 
Liderlər  təşkilat üçün aydın təsəvvürdən  başqa, qə-
rar qəbulu və fəaliyyətin əsasını təşkil edəcək dəyərlər və 
prinsiplər müəyyən etməlidirlər. Hər kəs liderin nə istədi-
yini  və  nəyə  inandığını  bilməlidir.  Sonra  lider  həmin  bu 
dəyər və prinsiplərin praktikada tətbiqinə nail olmalıdır.  
Lider üçün birinci Qızıl Qayda: “Sizin özünüzlə ne-
cə rəftar edilməsini istəyirsinizsə başqaları ilə o cür rəftar 
edin.” Misal üçün, Cek Velş General Elektrikin prezidenti 
olarkən  menecerlərə  işçilərlə  elə  rəftar  etməyi  məsləhət 
görürdü  ki,  sanki  həmin  işçi  sabah  menecerdən  yüksək 
vəzifəyə  yüksəldiləcək  və  menecer  onun  rəhbərliyi  al-
tında işləməli olacaq. Bu cür münasibət menecerlərin işçi-
lərə son dərəcə hörmətlə yanaşmasını təmin edirdi.  
 
 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
142 
Liderliyin yeddi prinsipi: 
Effektiv  lider  olmaq  üçün  əməl  edilməsi  vacib  olan 
yeddi prinsip vardır. 
1.  Aydınlıq: Bu yəqin ki, sizin ən vacib öhdəçiliyinizdir. 
Kim  olduğunuzu  və  hansı  məqsədə  qulluq  etdiyinizi 
aydın  bilməlisiniz.  Təsəvvürünüz  və  ardınızca  gələn 
insanları hara apardığınızı aydın bilməlisiniz. Təşkila-
tın  məqsədlərini  və  onlara  nail  olmaqda  sizin  öhdə-
nizə düşən işləri dəqiq bilməlisiniz. Xüsusən təşkilatı-
nızın  dəyərləri,  missiyası  və  məqsədi  haqda  aydın 
təsəvvürünüz olmalıdır.  
2.  Bacarıq:  Lider  olaraq  siz  bacarığınızla  digərlərinə 
nümunə olmalısınız. Ən azı rəqibiniz qədər və ondan 
daha  bacarıqlı  olmalısınız.  Məhsul,  xidmət  və 
ümumiyyətlə  işinizin  keyfiyyətini  artırmaq  üçün 
daim  yeni  üsul  və  vasitələr  axtarmalı,  bilik  və 
bacarığınızı artırmalısınız.   
3.  Səy göstərmək: Lider şirkətinin ən yaxşı olduğuna və 
ya gələcəkdə ən yaxşı olacağına möhkəm inanmalı və 
bunun üçün əlindən gələni etməlidir. Bu cür inam və 
inama  əsaslanan  ehtiraslı səylər  digərlərini  də  qələbə 
və  ən  yaxşı  nəticənin  əldə  edilməsi  üçün  əllərindən 
gələni etməyə ruhlandırır.  
4.  Gərginlik:  Liderin  işi,  komandanın  ən  yüksək  nəticə 
əldə  etdiyi  gərginliyi  müəyyən  etməkdir.  Sonra 
komandanı  həmin  gərginlik  səviyyəsinə  gətirib 
məqsədlərə  ən  qısa  zamanda  nail  olmaq  üçün 
maksimum effektlə işləməsini təmin etməlidir.  
5.  Yaradıcılıq:  Lider  hər  mənbədən  gələn  istənilən  cür 
yeniliyi 
qəbul 
etməyə 
hazır 
olmalıdır. 



Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
143 
əməkdaşlarını  daim işi daha  effektiv  görmək  üsulları 
axtarıb tapmağa ruhlandırmalıdır.   
6.  Daimi  İnkişaf:  Lider  daim  bilik  və  bacarığını 
artırmalıdır.    Kitablar,  audio  və  video  materiallar, 
seminarlar onun bir növ hobbisinə çevrilməlidir. Eyni 
zamanda  öz  əməkdaşlarını  da  bilik  və  bacarıqlarını 
artırmağa  ruhlandırmalıdır.  Lider  əməkdaşların 
tədrisi  və  inkişafı  üçün  zaman  və  resurslar  ayırmalı-
dır.  O  bilməlidir  ki,  ən  yaxşı  şirkətlər  ən  yaxşı  tədris 
görmüş  əməkdaşlara  malik  olurlar.  İkinci  dərəcəli 
şirkətlər isə uyğun olaraq ikinci dərəcəli tədrisə malik 
əməkdaşlara malik olurlar.  
7.  Möhkəmlik: Lider, hər bir vəziyyətdə inamlı, sakit və 
təmkinli  olmalıdır.  İstənilən  işçi  üçün  ən  yaxşı vəziy-
yət rəisinin hər zaman  təmkinli və anlayışlı  olmasına 
əminliyidir. Yaxşı lider hər gün bir xarakterdə olmur. 
Lider hər xəbər, problem və çətin vəziyyətlə özündən 
çıxmır. Əksinə o daim sakit, pozitiv, inamlı və təmkin-
li  olur,  xüsusən  də  çətin  vəziyyətlərdə  daha  güclü 
olur.  
 
Qaçılmaz krizis. 
 
Liderin  həyatında  qaçılmaz  olan  yeganə  faktor  kri-
zisdir.  Liderlik  səviyyəsinə  qalxdıqda  daim  krizislə  rast-
laşacaqsınız  –  gözlənilməz,  qarşısıalınmaz  və  təşkilata 
güclü ziyan  verə biləcək krizislər. Məhz krizislər zamanı 
liderlər  öz  bacarıqlarını  göstərirlər.  Krizislə  üzləşdikdə 
liderlər  sakit,  təmkinli,  aydın  fikirli  olur  və  özlərini  tam 
nəzarətdə  saxlayırlar.  O  suallar  verir,  informasiya  topla-


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
144 
yır.  Və  vəziyyəti  düzgün  qiymətləndirərək  krizisin 
təsirini azaltmaq üçün lazım olan qərarlar verir.  
Yaxşı liderlər qorxu və həyəcanlarını  özlərində sax-
layırlar.  Onlar  bu həyəcanın əməkdaşlarada siraət edəcə-
yini  dəqiq  bildiklərindən  bunu  biruzə  vermirlər.  Əksinə 
ruh  yüksəkliyi  ilə  suallar  verərək  vəziyyəti  dərindən  öy-
rənməyə  çalışırlar.  Əməkdaşlara  lazım  olan  isə  liderin 
sakitliyinə, təmkinliliyinə və pozitivliyinə əmin olmaqdır.  
 
 
Daxili – intizam və Liderlik. 
 
Özünüzə və hərəkətlərinizə nəzarət etməklə liderlik 
bacarığınız arasında birbaşa əlaqə var. Yalnız başqalarını, 
özünüzə  tam  nəzarət  etmək  bacarığınız  olduğuna  inan-
dırdıqdan sonra onlar  sizi  lider  kimi  görürlər. Lider bilir 
ki, onun dediyi hər bir söz böyüdücü şüşə altına salınmış 
kimi  qabarır.  Buna  görə  də  o  daim,  işçilərinin  yanında 
olub-olmamasından  asılı  olmayaraq  pozitiv  danışır.  Heç 
zaman digərlərinin xətrinə dəyəcək və ya ruhdan salacaq 
bir söz demir. 
 
 
Liderlik keyfiyyətləri. 
 
Liderlər  özlərini,  planlaşdırma,  hazırlıq,  təşkiletmə 
və  hər  bir detalı  yoxlamağa  vadar  edə  bilirlər.  Onlar  heç 
nəyə arxayınlıqla inanmırlar. Vəziyyəti, problemi və rast-
laşdıqları çətinliyi tam başa düşdüklərinə əmin olmaq üç-
ün suallar verirlər.  


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
145 
Yaxşı liderlər,  bütün şirkətə  görə  cavabdeh imiş ki-
mi  davranırlar.  Böyük  öhdəliklər  götürürlər,  heç  zaman 
şikayət etmir, bəhanə gətirmir və kimisə başqasını günah-
landırmırlar.  
Liderlər  intensiv  şəkildə  fəaliyyətə  istiqamətlənmiş 
olurlar.  Onlar  informasiyanı diqqətlə  toplayır  və  düzgün 
bildikləri qərarı verirlər.  
 
 
Liderlər yüksəyə qalxırlar. 
 
Qaymaq südün üzünə qalxan kimi liderlər də şirkət-
də yüksəyə qalxırlar. Siz nəticə əldə edəcəyinizə dair öh-
dəlik  götürdükdə,  bütün  fikrinizi  vacib  işlərinizi  yekun-
laşdırmaq  üzərində  cəmlədikdə,  şirkətə  daha  çox  xeyir 
vermək  üçün  bilik  və  bacarığınızı  artırdıqda  və  digərlə-
rinə  qarşı  hörmət  nümayiş  etdirdikdə  siz  təbii  lider  kimi 
yetişmiş olursunuz.  
Şirkətə verdiyiniz xeyir daim artdıqca sizdən aşağı-
da, yuxarıda və sizinlə yanaşı olan hər kəs sizin liderliyə 
irəli  çəkilmənizi  istəyər  və  vəzifə  yüksəlişi  astanasında 
olanda  öz  köməkliklərini  göstərərlər.  Həyatınızın  əsas 
məqsədlərindən  biri  liderlər  kimi  yerimək,  danışmaq  və 
davranmaqdır.  Bunu  etdikdə  nəhayətində  davranışınıza 
layiq mükafat alacaqsınız.  
Növbəti hissədə, biznesdə daha uğurlu olmaq üçün 
daxili-intizamdan  praktikada  necə  istifadə  etmək  lazım 
olduğunu öyrənəcəksiniz. 
 
 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
146 
Tapşırıq: 
 
1.  Özünüzdən “Məndən nə tələb olunur?” deyə soruşun 
və  sonra  bütün  diqqətinizi  bu  nəticəni  əldə  etmək 
üzərində cəmləyin. 
2.  Özünüzü komandanızın lideri kimi görün və soruşun: 
“Hamı mənim kimi olsaydı şirkətimiz hansı nəticələrə 
yiyələnərdi?” 
3.  Özünüz və şirkətiniz üçün, uğur və mükəmməl icraya 
əsaslanan aydın təsəvvür yaradın. 
4.  Biznesinizin  ən  vacib  insanlarını  müəyyən  edin  və 
onlardan  bacardıqları  ən  yaxşı  nəticəni  əldə  etmək 
üçün onlara necə yanaşacağınızı aydınlaşdırın. 
5.  Krisizlə üzləşdikdə sakit və təmkinli olacağınıza öncə-
dən söz verin.  
6.  İnandığınız dəyər və prinsipləri müəyyən edin və on-
ları digərlərinə də aşılayın.  
7.  Ətrafınızdakı  insanların  hər  birinə  bacarıqlı,  dəyərli 
və  vacib işçi  kimi  davranın.  Bu,  lider  kimi  sizə  lazım 
olan  sədaqət  və  effektiv  nəticə  əldə  etmək  üçün  həll-
edici amildir. 


Brayan Treysi
                          
           Daxili İntizamın Gücü 
Brian Tracy                                       
The Power of Self-Discipline 
147 
X HİSSƏ 
Daxili – İntizam və Biznes 
 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin