BĐRLƏŞMĐŞ MĐLLƏTLƏr təŞKĐlatinda đslahat ban Ki-munun rəhbərliyi altında



Yüklə 197,77 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix09.03.2017
ölçüsü197,77 Kb.
#10757
  1   2   3

 

 



BĐRLƏŞMĐŞ MĐLLƏTLƏR TƏŞKĐLATINDA ĐSLAHAT  

Ban Ki-munun rəhbərliyi altında  

Daha firavan dünya üçün gücləndirilmiş Birləşmiş Millətlər Təşkilatı 

 

Hər gün, humanitar böhran, insan hüquqları  pozuntuları, silahlı münaqişələr,  səhiyyə və 



ətraf mühit problemlərinin də  daxil olduğu getdikcə artan  yeni  təhlükələr  ilə qarşılaşırıq 

və bu  buzə daha güclü Birləşmiş Millətlər Təşkilatına olan ehtiyac barədə xatırladırlar. 

Bəzən Birləşmiş Millətlər Təşkilatından  bir çox insanlar üçün daha çox işlər görmək tələb 

olunur. Mən iyirmi birinci əsrdə möhkəm yerini tutmuş güclənmiş və səmərəli, fəaliyyətdə 

olan, aydın və məsul  Birləşmiş Millətlərə yeni həyat verməkdə və ona olan yenilənmiş 

inam əldə etməkdə qətiyyətliyəm.   Baş Katib Ban Ki-mun 

 

 

 



ĐSLAHAT ƏSAS PRĐORĐTET KĐMĐ 

 

21-ci  əsrdə  dünya  əhalisi  üçün  təşkilatın  əhəmiyyət  və  səmərəliliyinin  artırılması,  



Birləşmiş  Millətlər  Təşkilatının  islahatı  Üzv  Dövlətlər  üçün  prioritet  məsələlərdən  biridir. 

2005-ci  ildə  Dünya  Sammitində 

http://www.un.org/summit2005/ 

dünya  liderləri 

dövrümüzdə baş verən qlobal problemlərə daha effektiv və sürətli cavabı təmin edən daha 

çox  səlahiyyət  və  qüvvəyə  malik  olan  gücləndirilmiş  Birləşmiş  Millətlər  Təşkilatının 

yaradılmasına  olan  öhdəliklərini  bir  daha  təsdiq  etdilər.  Dünyanın  hər  bir  tərəfində  təcili 

qlobal  məsələlər  ilə  məşğul  olduğunu  nəzərə  alaraq  yenilənmiş,  canlandmış  və  daha 

məsuliyyətli Birləşmiş Millətlər Təşkilatına daha çox ehtiyac var.   

 

2008-ci 



il 

yanvar 


ayında, 

Baş 


Katib 

Ban 


Ki-mun 

http://www.un.org/ga/president/62/issues/reform.shtml

 

Üzv 


Dövlətlərin 

və 


onların 

əhalisinin 21-ci əsrdə qarşılaşdıqları təhlükələri aradan qaldırmaq üçün Birləşmiş Millətlər 

Təşkilatının inkişafa ehtiyac duyulan sahələrini qeyd etdi. Ətraf mühit, ictimai səhiyyə və 

insan  təhlükəsizliyi  sahəsində  dünya  heç  bir  sərhəd  tanımayan  təhlükə  və  çətinliklərlə  

üzləşir. Lakin, mahiyyət etibarı ilə bu çətinliklər eyni zamanda, Dövlətlər, digər  qurum və 

vətəndaş  cəmiyyəti  və  özəl  sektor  kimi  iştirakçıların  kollektiv  fəaliyyəti  üçün  şəraiti 

genişləndirir  və  bununla  BMT-nin  ümumi  məqsədlərə  nail  olması  üçün  birgə  fəaliyyət 

mərkəzi  olmasına  imkan  verir.    BMT  yalnız  effektiv  və  səmərəli  olduğu  halda  insanlar 

üçün  əhəmiyyət  kəsb  edir.  Buna  görə  də,  insanların  həyatının  daha  təhlükəsiz,  sağlam, 

tərəqqili  və  qorxu  və  ədalətsizlikdən  azad  olması  üçün  real  nəticələr  əldə  etmək  prioritet 

olmalıdır.  Sonda,  bu  sahələrdə  inkişaf    bütün  tərəflərin  bir-birinə  tam  cavabdeh  olduğu 

halda  təmin  edilə  bilər.  Təşkilatın  gücləndirilməsi  Üzv  Dövlətlərin,  BMT-nin  yüksək 

rütbəli  məsul  şəxslərinin,  işçi  heyətinin  və  digərlərin  birgə  fəaliyyətini  tələb  edir.  Üzv 

dövlətlər  Nizamnamədə  təsis  olunmuş  orqanların  səlahiyyətinə  düşən  bir  sıra  məsələləri 

müzakirə  edirlər.  Baş  Katib  Üzv  Dövlətlərlə  məsləhətləşmə  əsasında  effektiv,  mühüm  və 

cavabdeh  BMT-nin  bu  günün  və  sabahın  təhlükələrinə  cavab  verə  bilməsini  təmin  etmək 

üçün getdikcə irəliləyir. Bu cəhdlər əlavə məlumatlarla əlaqə linki aşağıda qeyd edilmişdir.  

 

 



 

ĐNKĐŞAF SAHƏSĐNDƏ ÇAĞIRIŞLARA QARŞI ĐRƏLĐLƏMƏK 



 

Baş  Katib  və  Üzv  Dövlətlər  yoxsulluğa  qarşı  mübarizə  və  BMT-nin  inkişaf  sütununun 

gücləndirilməsinə olan ehtiyacı vurğuladılar. 2005-ci il Dünya Sammiti, xüsusilə Minilliyin 

Sammitinin  inkişaf  barədə  fikirlərini  formalaşdırılmasında  və  Minilliyin  Đnkişaf 

Məqsədlərinin (MĐM  

http://www.un.org/millenniumgoals/

) ayrılmaz tərkib hissəsi olduğu 

beynəlxalq  səviyyədə  razılaşdırılmış  inkişaf  məqsədlərinin  daxil  olduğu  ümumi  inkişaf 

məqsədləri üzrə razılığa gəlməkdə  mühüm BMT sammit və konfranslarının mühüm rolunu 

qeyd etdi. Yekun BMT Đnkişaf Gündəliyi hər bir kəs üçün inkişafa nail olmağa vəd verir. 

BMT-nin inkişaf sütunu bu vədə əməl etmək üçün güclü olmalıdır.  

 

Dünyanın ən kasıb əhalisinin ehtiyaclarının ödənilməsi 



“Biz  Minilliyin  Đnkişaf  Məqsədlərinə  nail  olmaq  üçün  təyin  edilən  müddətin  tam 

ortasındayıq.  Güclü  və  davamlı  səylər  hazırkı    mərhələdə  bizim  böyük  cəhdlərimizin 

müvəffəqiyyət və uğursuzluq arasında böyük fərq anlamını ala bilər” 

  2000-ci ildə Üzv Dövlətlər tərəfindən razılaşdırılmış Minilliyin  Đnkişaf Məqsədləri 

(MĐM) 

http://www.un.org/millenniumgoals/ci



  dünyanın  əsas  inkişaf  çətinliklərinə 

yönələn  ən  inamlı  beynəlxalq  öhdəçiliklərdir.  Baş  Katib  bu  məqsədlərin  həyata 

keçirilməsinə nail olmaq üçün cəhdlərin ikiqat artırılmasına çağırmışdır.  

  Bu  məqsədlərə  nail  olmaq  üçün  inkişaf  qeyri-müntəzəm  olaraq  qalır.  Xüsusilə,  az  

inkişaf  etmiş  ölkələrin  sayının  çox  olduğu  Afrika  bu  inkişaf  yolundan    kənarda 

qalır.  


  Bu  problemlərin  aradan  qaldırılması  məqsədilə  Baş  Katib  2007-ci  ilin  sentyabr 

ayında 


Minilliyin 

Đnkişaf 


Məqsədləri 

Afrika 


Təşkilati 

Komitəsi 

http://www.un.org/apps/news/story.asp?NewsID=23809&Cr=millennium&Cr1=de

velopment

  formasında  yeni  əməkdaşlıq  vasitəsinin  başlanğıcını  qoydu.  Đlk  dəfə 

BMT,  Dünya  Bankı 

http://www.worldbank.org/

  və  Beynəlxalq  Valyuta  Fondunun 

http://www.imf.org/external/index.htm

  rəhbərliyi,  Afrika  Birliyi,  Afrika  Đnkişaf 

Bankı, Avropa Komissiyası, Đslam Đnkişaf Bankı və Đqtisadi Əməkdaşlıq və Đnkişaf 

Təşkilatının  Đnkişafa  Yardım  Komitəsinin  mövcud  öhdəliklər  vasitəsi  ilə  Afrikada 

xüsusi  ehtiyacların    araşdırılması  və  bu  qitədə  MĐM-ə  çatma  yollarını 

sürətləndirməsi məqsədilə bir yerə toplaşmışdırlar.   

  Təşkilati Komitə səylərini üç əsas sahədə birləşdirmək qərarına gəldi: 

i)  Səhiyyə, təhsil, infrastruktur, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, eyni zamanda, 

statistika  sistemində  öhdəliklərin  yerinə  yetirilməsi  üçün  effektiv  mexanizmlərin 

müəyyənləşdirilmədi 

ii)  Afrika  hökumətlərinə  əlavə  xəstəxanalar,  məktəblər,  həmçinin  səhiyyə  sahəsində 

işçi qüvvəsi üçün uzunmüddətli planlar yaratmaq üçün proqnozlaşdırmanın inkişafı.  

iii)  Ölkə səviyyəsində birgə səylər arasında sinerjinin yaradılması və gücləndirilməsi 

 


 

  Baş  Katibin  Müavininin  sədrlik  etdiyi  və  BMT  sisteminin  və  digər  çoxtərəfli 



təşkilatların    nümayəndələrindən  ibarət  olan  MĐM  Afrika  Đşçi  Qrupu  MĐM  Afrika 

Təşkilati Komitəsinə yardımı davam edəcək.  

  MĐM-lərə  nail  olmaq  üçün  təkan  əldə  etmək  məqsədi  ilə  oxşar  cəhdlərin  davamı 

olaraq  Baş  Katib,  Baş  Assambleyanın  Prezidenti  ilə  birgə  25  sentyabr  2008-ci  il 

tarixində  Yüksək  Səviyyəli  Tədbir  (YST)  təşkil  edəcək.  YST,  mövcud  inkişaf 

öhdəlikləri  və  razılaşdırılmış  inkişaf  məqsədlərinə  nail  olunmasına  yardım  üçün 

inkişaf  əməkdaşlığının  səmərəliliyi  üzrə  2008-ci  il  mühüm  hadisələr  təqviminin 

əsas hissəsini təşkil edəcək. Bundan əlavə, bu öhdəliklərin həyata keçirilməsi üzrə 

əməli  addımları  göstərmək  üçün  dünya  liderlərinin  forumu  olacaq.  Dünya 

liderlərindən,  onların  konkret  planları  və  fəaliyyəti  barədə  məlumat  almaqla,  YST 

bu sahədə tədbirlərin həyata keçirilməsini və davam etdirilməsini sürətləndirəcək.  

  Baş  Assambleyada 

www.un.org/ga

  və  Đqtisadi  və  Sosial  Şuranın  (ECOSOC) 

www.un.org/ecosoc/

  funksional  komissiyalarında  dövlətlər  arası  proseslər  vasitəsi 

ilə  BMT  konfranslarının  həyata  keçirilməsi  və  onların  nəticələrinin  izlənilməsi 

fəaliyyətin əsas istiqaməti kimi davam edəcək. ECOSOC 2008-ci ildə Đllik Nazirlər 

səviyyəsində Müzakirədə (ĐNM) davamlı inkişafı nəzərdə tutan 7-ci MĐM-ə xüsusi 

diqqət verəcək.  

  Buna  əlavə  olaraq,  Katiblik,  62-ci  Baş  Assambleyanın  (A/RES/62/203)  qərarının 

davamı  olaraq,  Nisbətən  Az  Đnkişaf  Etmiş  ölkələr  üzrə  Birləşmiş  Millətlər 

Təşkilatının  dördüncü  Konfransı  üçün  üsullar  və  hazırlıq  prosesləri  də  daxil 

olmaqla bələdçi plan hazırlayacaq.  

  Baş  Katib,  eyni  zamanda,  Katibliyi  dünyanın  ən  yoxsul  əhalisinin,  yerli  və  qlobal 

səviyyədə  iqtisadi  inkişaf  nəticəsində  kənarlaşdırılan  “ən  aşağı  yoxsulluq 

səviyyəsində  yaşayan  milyard”-ın    ehtiyacları  üzrə  fəaliyyətə  daha  çox  diqqət 

yetirməyə çağırmışdır.  

Beynəlxalq inkişaf məqsədlərinə çatmaqda liderliyin təmin olunması  

“Dinc və ədalətli dünyanın yaradılması üçün iqtisadi və sosial inkişafa heç bir alternativ 

yoxdur. BMT sisteminin nəcib missiyasının effektiv yerinə yetirməsi üçün Təşkilatın  inkişaf 

sütununun möhkəm olması vacibdir ” 

MĐM-ləri və daha geniş mənada inkişafa nail olmaq üçün BMT-nin aparıcı rol oynamasını 

təmin etmək üçün təşkilatın səmərəliliyi artırılmalıdır.  

  BMT  Katibliyinin  Đqtisadi,  sosial  və  davamlı  inkişaf  üzrə  işlərinə  öhdəliyi  və  Baş 

Assambleyanın  62/236  nömrəli  qətnaməsinə  əsasən,  Baş  Katib  Üzv  Dövlətlərə 

BMT  Katibliyinin  inkişaf  fəaliyyəti  üzrə  mandatın  effektiv  və  səmərəli  

istifadəsinin daha da yaxşılaşdırmaq üçün təkliflər vermişdir. Baş Katibin təklifinə 

Đqtisadi  və  Sosial  Məsələlər  üzrə  Departament 

http://www.un.org/esa/desa/

,  BMT 

Ticarət  və  Đnkişaf  üzrə  Konfransı 



http://www.unctad.org/,

  BMT  Regional 

Komissiyaları 

http://www.un.org/Depts/rcnyo/newsletter/home.htm

  və  Đnkişaf  üzrə 

Hesablama 

http://www.un.org/esa/devaccount/

 daxildir. Assambleya həmçinin, Baş 

Katibdən  xahiş  etmişdir  ki,  Đnkişaf  etməkdə  olan,  dənizə  çıxışı  olmayan  və  kiçik 

ada dövlətləri üzrə Ali Nümayəndənin ofisinin 

 http://www.un.org/ohrlls/

 mandatını 



 

dəstəkləmək  üçün  bütün  mənbələrdən  uyğun  resursların  səfərbər  edilməsini  xahiş 



etmişdir.  

  Bu  təcrübə  hazırda  həyata  keçirilən  BMT-nin  inkişaf  məqsədləri  üzrə  liderliyinin  

gücləndirmə cəhdləri ilə uyğun gəlir:  

i)  Təsisatı  və  proqram  səviyyələrində  biliklərin,  səmərəlilik,  uyğunlaşma  və 

təsirin artırılması 

ii)  Geniş BMT sistemində inkişaf fəaliyyətləri arasında sinerjinin yaradılması 

iii) BMT-nin  üç  əsas  fəaliyyət  sahələri  olan  inkişaf,  sülh  və  təhlükəsizlik,  və 

insan hüquqları üzrə əlaqənin möhkəmləndirilməsi   

iv)  BMT-nin inkişaf profilini daha da gücləndirmək üçün əsas iştirakçıların və 

ictimai informasiya fəaliyyətinin daha da möhkəmləndirilməsi.  Bu cəhdlər 

BMT-nin  21-ci  əsrin  ehtiyac  və  problemlərinin  öhdəsindən  daha  effektiv 

gəlməsi üçün mövqeyinin daha da yaxşılaşdırılması ilə nəticələnəcək.  

  MĐM-lərinə çatmaq Baş Katibin gündəliyində əsas yerlərdən birini tutmaqda davam 

edəcək.  

  Yoxsulluq, qloballaşdırma, ətraf mühitin deqradasiyası və iqlim dəyişikliyinin təsiri 

ədalətli  və  hərtərəfli  sosial  və  iqtisadi  inkişaf,  eyni  zamanda  qadınların,  əlil 

insanların və yerli əhali üçü həssas olan məsələlərə qarşı tədbirlərin görülməsi  üzrə 

BMT fəaliyyətinin əsas hissəsi olaraq qalacaq.  

  Đqlim  dəyişikliyi 

http://www.un.org/climatechange

  hazırkı  dövrümüzün  əsas 

problemlərindən  biridir.  BMT  Kyoto  protokolunun  qüvvədən  düşməsinə  qədər 

2012-ci  ilə  qədər  olan  müddətdə,  iqlim  dəyişikliyi  təhlükəsinə  qarşı  hərtərəfli  

qlobal çərçivə yaratmaq məqsədini güdür. BMT hələ də bu sahədə lider olaraq qalır. 

Baş  Katib  bütün  BMT  qurumlarının  karbon  neytral  və  Kyoto  Protokoluna 

uyğunlaşma fonduna sərmayənin yatırılacağı barədə məlumat vermişdir.  

  Ana və uşaq sağlamlığının, HIV/AIDS və Quş Qripi daxil olmaqla ictimai səhiyyə 

nəhəng  çətinliklərə  səbəb  olur.  Səhiyyəyə  sərmayənin  yatırılması  iqtisadi  inkişaf, 

insan  inkişafı  və  qlobal  təhlükəsizliyin  təməl  daşıdır.  Son  zamanlar  maliyyə  və 

insan  resurslarının  qlobal  səhiyyə  fəaliyyətinə  geniş  şəkildə  yönəldilməsinin 

səmərəli  olması  məqsədi  ilə  uyğun  fəaliyyət  növlərinin  inkişafı  üçün  cəhdlər 

ediləcək.  

  Baş  Katib  daha  zəif  ölkələrin  maraqlarına  və  ehtiyaclarına  daha  əlaqəli  şəkildə 

xidmət  etməsi  üçün  Katibliyin  fəaliyyətinin  səmərəliliyinin  artırılması  niyyətini 

göstərmişdir.  Burada,  iqtisadi,  sosial  və  ətraf  mühit  məsələlərinin  inkişaf,  sülh  və 

təhlükəsizliyə əsas hədə olduğu Afrika, Đnkişaf etməkdə olan, dənizə çıxışı olmayan 

və  kiçik  ada  dövlətləri  daxil  olmaqla  xüsusi  ehtiyacları  olan  ölkələrdə  daha  çox 

diqqət yönələcəkdir.  

  Đnkişaf  etməkdə  olan  ölkələrdə  regional  və  hökumətlər  arası  səviyyədə  inkişaf  və 

iqtisadi əməkdaşlığın regional ölçüsü BMT-nin fəaliyyətində xüsusi yer tutacaq.  

  UNCTAD  XII  Konfransı   

http://www.unctadxii.org/en/ 

və  Đnkişaf  üçün 

Maliyyələşdirmə  Konfransı 

http://www.un.org/esa/ffd 

da  daxil  olmaqla,  xüsusilə, 

maliyyə,  inkişafa  yardım  və  kredit,  ticarət  və  gəlir,  investisiya  və  texnologiya  ilə 

əlaqədar inkişaf üzrə keçiriləcək mühüm BMT konfrans və tədbirlərinin əksəriyyəti 

BMT inkişaf gündəliyini daha da möhkəmləndirəcək.  

  Baş  Katibin  Müavininin  Đnkişaf  Gündəliyi  üzrə  Məsləhətləri  BMT  Đnkişaf 

Gündəliyinin  tərtib  edilməsi  və  Təşkilatın  inkişaf  sütununu  gücləndirilməsi  üçün 


 

əlaqələndirilmiş  cəhdlərə  yardımı  davam  etdirəcək.  Đcraçı  Komitələrə    yenidən  



baxışın  bir  hissəsi  kimi,  Đqtisadi  və  Sosial  Məsələlər  üzrə  Đcraçı  Komitənin 

effektivliyi gücləndiriləcəkdir.  

 

SÜLH  VƏ  TƏHLÜKƏSĐZLĐYĐN  TƏMĐN  OLUNMASI  ÜÇÜN  BMT  SƏYLƏRĐNĐN 



GÜCLƏNDĐRĐLMƏSĐ  

 

Baş  Katib  Birləşmiş  Millətlər  Təşkilatının  münaqişələrin  qarşısını  alınmasında,  sülhün 



yaradılması  və  qorunmasında  olan  rolunun  gücləndirilməsi  haqda  qərarını  ifadə  etdi. 

Bunlar  davam  edən  proseslərin  hissələridir,  və  bu  proseslərə  yanaşmalar  bütövlük  təşkil 

etməli,  əlaqələndirilməli  və  anlaşılan  olmalıdırlar.  BMT-nin  preventiv  diplomatiyasını  və 

sabit  sülh  proseslərini  dəstəkləməsi  bacarığını  möhkəmləndirmək  üçün  uzunmüddətli 

həllərin  tapılmasına  yardım  edəcək  və  Təşkilatın  münaqişə  şəraitlərinə  effektli  təsir 

göstərməsi üçün təkan olacaq. Eyni zamanda, Üzv Dövlətlər BMT-nin Qlobal Terrorizmə 

qarşı  Strategiyasının  tətbiqinə  yardım  etməklə  dünya  miqyasında  terrorizmə  qarşı 

beynəlxalq müqavimətin formalaşmasına səbəb olacaq.    

 

 

Sülh əməliyyatlarının sabitləşdirmək və idarə etmək bacarığını gücləndirmək 



 

“Həddindən  artıq  çox  tələb  səbəbindən,  bizim  sistem  gərginliklə  üzləşib.  Biz  gələcəkdə 

hansı  növ  sülh  əməliyyatlarını  görmək  istrdik?  Bu  islahatlar  bizə  gücləndirilmiş 

bacarıqlar,  bir  yerə  cəmlənmiş  dəstək,  və  daha  effektiv,  şəffaf    və  məsuliyyətli  sistem 

tərəfindən üzərimizə düşən tələbləri yerinə yetirilməsi imkanını verəcək.” 

  BMT tərəfindən təmin olunan sülh 

http://www.un.org/Depts/dpko/dpko/

  dünya üzrə 

milyonlarla insan üçün həyati əhəmiyyət daşıyır. Heç bir başqa çoxmillətli təşkilat 

müqayisə  edilə  biləcək  dərəcədə  bu  qədər  mülki  və  hərbi  heyətdən  istifadə  etmir. 

Heç  bir  ikitərəfli  iştirakçı  bu  həcmdə  və  belə  mürəkkəb  sahə  əməliyyatlarında 

məşğul deyil.   

  Bu  misilsiz  çətinliklərin  öhdəsindən  gəlmək  üçün  Baş  Məclis  Baş  Katibin  Sülh 

Qoruma  Əməliyyatları  Departamentinin    (SQƏD)  strukturunun  dəyişdirilməsi, 

döyüş zonalarında qulluq edən işçilərin qəbulu, məsul vəzifələrin təyini və maliyyə 

idarə  etməsi  kimi  köməkçi  funksiyaların  birləşdirilməsi  məqsədi  ilə  Regionlara 

Dəstək

   


Departamentin  (RDD)  yaradılması  təkliflərini  qəbul  etdi.  RDD-nın  təsis 

edilməsi 

http://www.un.org/News/Press/dos/2007/ga10602.doc.htm

 resursların daha 

effektiv və məsuliyyətli idarə edilməsini, regionlarda fəaliyyətə yardım 

 

tələblərinə 



cavab vermə hazırlığını təmin edəcək.  

  Sülh  Qoruma  Əməliyyatları  Departamenti  (SQƏD)  missiyanın  effektiv  idarə 

edilməsi, strateji planlaşdırma və siyasi rəhbərlik üzərində diqqəti cəmləşdirəcək, və 

regional  təşkilatlarla  sıx  əlaqənin  gücləndirilməsini  daxil  etməklə    BMT  və  qeyri-

BMT  iştirakçılarının  əməkdaşlığına  şərait  yaradacaq.  SQƏD  daxilində  Qanunun 

Aliliyi  və  Təhlükəsizlik  Đnstitutları,  Hərbi  Đşlər  və  Polis  kimi  əsas  sektorlar  artıq 

gücləndirilmişdir. Yalnız sülh qoruma prosesinin artmasını nəzərə alaraq gələcəkdə 

artıq vəsaitlərə ehtiyac olacaq.  



 

  Sahə  təchizatı  Departamenti  ümumilikdə  sistemi  və  BMT-nin  sahə  missiyalarını 



təchizini daha effektiv loqistika, personal, maliyyə, kommunikasiya və informasiya 

texnologiyaları  ilə  təmin  edəcək.  Kompleks  Əməliyyatlar  Qruplarının  yaradılması 

vasitəsi ilə hər iki Departament birlikdə işləyərək maksimal effektivliyə, məsuliyyət 

və  şəffaflığı  təmin  edilməsinə  və  səylərin  ahənginin  yaradılmasına  köməklik 

məqsədilə aydın hesabat və məruzə xətlərinin gücləndirilməsinə nail olacaqlar. 

 

 



Preventiv diplomatiya,  vasitəçilik, sülhməramlılıq və sülhün təmin edilməsi və sülh 

yaratma proseslərinin artırılması  

 

“BMT-nin müdaxilə etmək səlahiyyətlərini gücləndirmək – münaqişələrin sonrakı yox daha  



erkən mərhələdə həlli – edilə biləcək ən gözəl sərmayəmiz ola bilər”  

 

BMT  nəinki  sülh  razılaşması  əldə  olunduqdan  sonra  vəziyyəti  sabitləşdirmək  üçün  hərbi 



kontingenti  cəbhə  boyu  yerləşdirməsi  səlahiyyətini  artırmalıdır,  həmdə  siyasi  üsullarla 

münaqişələrin  qarşısını  almaq  və  həll  etmək  bacarığını  gücləndirməlidir.  Baş  Katib,  

münaqişələrin  geniş və  daha çox maliyyə tələb  edən fəlakətlərə  gətirməzdən əvvəl  erkən 

mərhələdə    qarşısı  alınması  və  həll  olunması  üçün  BMT-ni  daha  yaxşı  təchiz  edilməsi  və 

mövqeyinin yaxşılaşdırılmasını arzulayır.   

 

  Bu  məqsəd  ilə  Baş  Katib  2007-ci  ilin  noyabr  ayında  Siyasi  Đşlər  Departamentini 



gücləndirilməsi  və  yenidən  qurulması  haqda  təkliflərini  açıqladı.  Bu  təkliflər 

planına  əsasən  departamentin  daha  mobil  və  sahə  yönümlü,  aktiv  və  effektiv 

preventiv  diplomatiya  vasitələrindən  istifadə  edən  struktura  transformasiyası,  və 

Baş  Katibin  xoşməramlı  vasitəçiliyi  də  daxildir.  Struktur  dəyişikliyinin  bəzi 

elementləri aşağıdakılardır:  

-  Gücləndirilmiş regional işlər üzrə şöbələri 

-  Potensial münaqişə ərazilərində yüksək səfərbərlik   

-  Carı sahə əməliyyatlarının gücləndirilmiş idarə etmə və nəzarəti.   

-  Üzv  Dövlətlərlə  aparılan  məsləhətləşmələr  əsasında,  münaqişələrin  qarşısını 

alınmasında və həllində regional təşkilatlarla və Hökumətlərlə yaxından əməkdaşlıq 

edə bilən regional ofislərin tədricən yaradılması   

-  Potensial  problemlərin  geniş  şəkildə  yayılmasından  əvvəl  müəyyən  edilməsi  və 

vaxtında həll olunması üçün Hökumətlərlə təkmilləşmiş iş imkanı.  

  Siyasi  Đşlər  Departamenti  çərçivəsində  olan  Vasitəçiliyə  Dəstək  Bölüyü    artıq 

regional  şöbələrlə  sahələrdə  münaqişələrin  qarşısını  alınması  və  həll  edilməsinə  

çalışan  BMT-nin  sülh  elçilərinə  yardım  məqsədilə  birgə  işləyir.  BMT-nin  tam 

növbəli  “ehtiyat”  vasitəçilər  komandası  2008-ci  ilin  mart  ayında  əməliyyata 

başlayıb, və bu komanda bütün dünya üzrə vasitəçilik səylərini ekspert məsləhətləri 

ilə təmin edəcək.  

  Münaqişə  şəraitində  olan  ölkələrə  yardım  etmək  və  yenidən  qeyri-sabitlik  və  yeni 

müharibə vəziyyətinin qarşısını almaq məqsədi ilə Sülh Qurma  Komissiyası (SQK) 

http://www.un.org/peace/peacebuilding/

onun 


Təchizat 

Ofisi 


http://www.un.org/peace/peacebuilding/pbso.shtml

 ,  və Sülh Qurma Fondu 2005-ci 

il  Dünya  Sammitində  Üzv  Dövlətlərlə  məsləhətləşmə  əsasında  təsis  olunmuşdurş 


 

Bunlar  Təşkilatın  sülhün  möhkəmləndirilməsi  və  idarəetmə  və  inkişaf,  uzun 



müddətli  stabilliyin  təmin  olunması  üçün  təməlin  qoyulması  üçün  sülh 

quruculuğunun etibarlı yol olması haqda inamını əks edir.  

  Sülh Quruluşu Komissiyanın nəzarəti altında olan iki ölkə Burundi və Sierra Leone 

yeni  işlərin  açılması,  səmərəli  idarəçilik,  qanunun  üstünlüyü,  demokratiyanın 

möhkəmləndirilməsi  və  təhlükəsizlik  sektorunda  islahatları  prioritet  sahələr  kimi 

müəyyən etmişlər. 2007-ci ildə Qvineya-Bisau üçüncü ölkə oldu ki, SQK tərəfindən 

Təhlükəsizlik 

Şurasının 

dəstəyi 

ilə 


gündəliyə 

salındı. 

http://www.un.org/Nesws/Press/docs/2008/pbc28.doc.htm/

  

  BMT-nin  Demokratiya  Fondu  (UNDEF) 



http://www.un.org/democracyfund/

    yeni 

və  bərpa  olunmuş  demokratiyaları  gücləndirmək  və  irəliyə  çəkmək  məqsədini 

daşıyan  layihələri  qrantlarla  mükafatlandırır.  62  milyon  ABŞ  dollarına  malik  olan 

Fond  BMT-nin  uyğun  olan  departamentləri,  bölmələri,  fondları,  proqramları  və 

agentlikləri  daxil  olmaqla,  hökumət,  qeyri-hökumət,  milli,  regional,  beynəlxalq 

təşkilatlara  dəstək  göstərir.  2006-cı  ildə  layihə  seçiminin  və  vəsaitlərin 

ödənilməsinin  birinci  mərhələsində,  Baş  Katib  əsasən  Afrikanın  aşağı  Saxara 

bölgəsinə həsr olunmuş ümumi dəyəri 36 milyon ABŞ dolları olan 125 layihə təsdiq 

etmişdir.  Đkinci mərhələ  üçün sənəd qəbulu 2007-ci ilin axırında elan olunmuşdur. 

http://www.un.org/democracyfund/XLatestUpdate.htm

Məsləhət 



olunmuş 

layihələrin  siyahısını  nəzərdən  keçirmək  üçün  BMT-nin  Demokratiya  Fondunun 

(UNDEF)  Məşvərətçi  Şurasının  görüşü  2008-ci  ilin  mart  ayında  keçirildi. 


Yüklə 197,77 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin