Bruselyoz, XƏSTƏLİYİn serodiaqnostikasi



Yüklə 25,59 Kb.
tarix18.01.2017
ölçüsü25,59 Kb.
#5731

BRUSELYOZ, XƏSTƏLİYİN SERODİAQNOSTİKASI.

Infeksiya mənbəyi və yoluxma yolları. Bruselloz zoonoz infeksiyadır, törədicilərin təbii rezervuarı heyvanlardır. İnsan üçün infeksiya mənbəyi əsasən kənd təsərrüfatı və ev heyvanları — iri va xırda buynuzlu mal-qara, donuzlar, bəzi hallarda marallar, atlar, itlər, pişiklərdir. B.melitensis, B.abortus va B.suis növləri insan patologiyasında daha mühüm əhəmiyyət kəsb edir. B.melitensis insan üçün daha patogendir.

Bütün zoonoz infeksiyalarda olduğu kimi, bruselloz üçün də çoxsaylı yoluxma mexanizmi va yolları xarakterikdir. Xəstə heyvanlar brusellaları süd, sidik, nəcis, dolyanı maye ila xaric edirlər. Xəstəlik müxtəlif yollarla ötürülür: insanlar başlıca olaraq alimcntar yolla – xəstə heyvanların bişirilməmiş südündən, süd məhsullarından – xüsusən təzə pendirdən, ətdan və s. qida kimi istifadə etdikda yoluxurlar. Bundan başqa, xəstə heyvanlara qulluq etdikda, eləcə da heyvandarlıq məhsulları emal edərkən və s. Təmas yolla brusellaların aerogen yolla dəriyə və selikli qişalara daxil olması nəticəsində yoluxma mümkündür. Xəstə insan yoluxucu deyil, lakin laboratoriya işçiləri xəstələrin patoloji materilları ilə işlədikdə yoluxa bilərlər.

Patogenez. Brusellalar dəri və ya selikli qişalardan orqanizmə daxil olur, limfatik yollarla limfa düyünlərinə yayılır va inkubasiya dövrü müddətində regionar limfa düyünlərinin makrofaqlarında çoxahr.

Törədicilərin daxil olduğu yerdə ilkin affekt əmələ gəlmir. Bəzən regionar limfa duyunlərinin böyüməsi müşahidə edilir. Orqanizmə böyük dozada virulentli brusellalar daxil olduqda törədicilərin limfa yolları ilə disseminasiyasi baş verir. Yoluxdurucu dozanin az, yaxud brusellaların virulentliyi zəif olduğu təqdirdə onlar uzun müddət regoonar limfa duyunlərində qala bilir, generalizasiya fazası geçirir, yaxud heç baş vermir. Limfa düyünlərindən qan dovranına keçən brusellalar qaraciyərə, dalağa və sümük iliyinə daxil olurlar. Bakte riyalar süd vəzinə daxil olaraq ana südü ilə ifraz oluna bilər. Bu orqanlarda törədicilər hüceyrə daxilində uzun müddət qalaraq infiltratlarla əhatə olunmuş nekroz ocaqları formalaşdırır, beləliklə proses xroniki hala keçir. Prosesin kəskinləşməsi zamanı brusellalar yenidən sürətlə çoxalır qan dövranına keçərək təkrar generalizasiya dalğası əmələ gətirirlar.

Brusellozun patogenezinda ləng tipli yüksək həssaslıq halının (infeksion allergiyanın) formalaşmasi mühüm əhəmiyyət kəsb edir. Bir tərəfdən, allergik iltihab xəstəliyin əksər klinik əlamətlərinin əsasında durur. Digər tərəfdən, allergik reaksiyalar

brusellaların orqanizmdə yayilmasina mane olur va generalizasiyanın qarşisını alir.



Brusellar xəstə heyvanlarda plasentanı zədələdiyindən onlarda abortlar müşahidə edilir. Lakin bruselloz hamilə qadınlarda abortlara səbəb olmur. Bu onunla əlaqədardır ki, insanlardan fərqli olaraq | heyvanlarin plasentasında brusellaların inkişafını stimullaşdıran i- eritritol vardir.

Brusellozun klinik təzahürü. Brusellozun inkubasiya dövrü 1-6 həftə davam edir. Xəstəlik tədricən, bəzən kəskin başlayır. Brusellozun klinikası polimorfizmlə xarakterizə olunur və orqanların zədələnmə xarakterindən asılıdır. Xəstəliyin latent, kəskin va xroniki formaları ayırd edilir:

Ilkin latent forma simptomsuz gedişə malik olur, rezistentliyin zəifləmaəi fonunda kəskin septik və ilkin xroniki formaya çevrilə bilir.

Kəskin septik forma intoksikasiya əlamətləri olmadan yuksək (39- 40°C va daha yuksək) hərarətlə tazahür edir. Generalizasiyalı limfoadenopatiya, qaraciyarin va dalagin böyüməsi xarakterli qizdirma 3-4 həftə davam edir.

Ilkin xroniki ikincili xroniki bruselloz zamanı ümumi intoksikasiya (subfebril hərarət, zəiflik və s.) fonunda metastazlar müşahidə edilir. Generalizasiyali limfoadenopatiya, qaraciyarin, dalağın böyüməsi qeyd olunur. Dayaq-hərəkət aparatının, sinir sisteminin və cinsi sistemin zədələnmə əlamətləri daha çox müşahidə edilir. Dayaq-hərəkət aparatının zədələnməsi poliartrit kimi cərəyan edir, xəstələr oynaqlarda və əzələlərdəki ağrılardan şixayət edir. Bruselloz üçün oma-qalça oynagının iltihabı - sakroileit mühüm diaqnostik əlamətdir, belə ki, başqa xəstəliklərdə az təsadüf edilir. Sinir sisteminin zədələnməsi özünü nevritlər, polinevritlər və radikulitlər kimi büruzə verir, bəzən mielit, ensefalit va meningit baş verə bilər. Cinsi sistemin zədələnməsi kişilərda orxitər və epididimitlər, qadınlarda sonsuzluqla nəticələnən ooforitlə müşayiət olunur. Bəzən görmə üzvünün zədələnməsi - irit, xorioretinit, keratit görmə sinirinin atrofiyasi baş verə bilər.

Xroniki bruselloz ikincili latent formaya keçərək residivləşə bilər.

İmmunitet hüceyrəvi amillarlə, əsasən faqositozla va humoral amillərlə - anticisimlərlə təmin edilir. Immunitet qeyri-steril xarakterli olduğundan xəstəlkdən sonra zəifləyir, ona gora da reinfeksiyal mümkündür. Brusellozlu xəstələrdə törədicilərə qarşı LTH formalaşır ki, bundan da diaqnostikada istifade edilir (Bürne sınağı).

Seroloji usui brusellozun əsas diaqnostik üsuludur. Xəstəliyin ilk həftəsindən etibarən qan zərdabında əmələ gələn IgM 3-cü həftədə maksimuma çatır və xroniki brusellozun bütün gedişi boyu aşkar edilə bilər. IgG va İgA xəstəliyin 3-cü həftəsindən etibarən əməla gəlir, 6-8-ci həftəsində maksimuma çatir və xroniki brusellozun bütün gedişi boyu aşkar edilir. Bu anticisimləri müxtəlif seroloji reaksiyalar vasitəsilə aşkar etmək olar;

Aqqlütinasiya reaksivası brusellozun diaqnostikasında klassik və daha geniş istifadə edilən reaksiyadır. Aqqlutininlər qanda yoluxmadan az bir müddat sonra əmələ gəlir, ona görə də aqqlütinasiya reaksiyası kəskin brusellozda daha çox diaqnostik əhəmiyyət kəsb edir. Təxmini aqqlütinasiya - Xeddelson reaksivası vasitəsilə anticisimlər aşkar edilir geniş aqqlütinasiya - Ravt reaksivası vasitəsilə anticisimlərin titri təyin edilir Rayt reaksiyasının titrinin l:80-dan yuksək olması kəskin infeksiyanı göstərir. Vəba əleyhinə vaksinasiya olunmuş şəxslərdə reaksiya müsbat ola bilər. Bəzən blokadaedici (natamam) anticisimlərin (IgA) hesabina Rayt reaksiyası yalançi mənfi nəticə göstərə bilər. Belə hallarda aqqlütinasiya zərdabın ilk durulaşmalarında deyil, ancaq yüksək durulaşmalarda qeyd edilir (prozona effekti).

Blokadaedici (natamam) anticisimləri təyin etmək üçün Kumbs reaksivasi qoyulur. Kumbs reaksiyası brüselliozun xronixi va latent formalanın diaqnostikasmda daha informativdir.

İmmunoferment analiz İgA, İgG, İgM anticisimləri aşkar etməyə imkan verir. Törədicilərin sitoplazmati antigenlərindən istifada etməkla apalan bu reaksiya aqqlütinasiya reaksiyasına nisbətən daha həssas va spesifikdir.

Yüklə 25,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin