Bu gün ən mühüm məsələlərdən biri özəlləşdirilmiş müəssisələrin böhranlı vəziyyətdən çıxarılması, onların müflisləşməsinin qarşısının alınma-sıdır



Yüklə 399,8 Kb.
səhifə17/37
tarix07.01.2024
ölçüsü399,8 Kb.
#203808
1   ...   13   14   15   16   17   18   19   20   ...   37
referat 3331

Baza parametrləri dedikdə diaqnoz qoyulan obyektin vəziyyətinin düzgün qiymətləndirilməsi üçün istifadə olunan meyarlar sistemi başa düşülür. Bunun-la əlaqədar olaraq obyektin vəziyyətini, onun kəmiyyət və keyfiyyət xarakte-ristikalarını əks etdirən göstəricilər sisteminin müyyən olunması vacib məsə-lələrdən hesab olunmalıdır.
Diaqnostika zamanı tədqiq olunan obyektin əsas parametrlərdən kənarlaşma-sının təsnifləşdirilməsi (tipi) və hansı təsnifat qrupuna aid olduğunu müəyyən etmək lazım gəlir. Birinci tip diaqnoz zamanı obyektin müəyyən normadan kənarlaşması müəyyən edilir. İkinci tip diaqnoz zamanı tədqiq olunan obyek-tin konkret təsnifat qrupuna aid edilməsi müəyyən olunur. Obyektin vəziyyətinin müsbət və mənfi tərəfləri müəyyən olunur. Üçüncü tip diaqnoz vasitəsilə unikal əlamətlərə görə seçilmiş obyektin qiymətləndirilməsi təmin edilir. Unikal əlamətlərinə görə obyektin seçilməsi zamanı onun dəqiq xarak-teristikası göstərilməlidir.
İstənilən tədqiqatın yekunu əldə edilən nəticədir – diaqnozlaşdırılan obyektin vəziyyətinin diaqnozunun verilməsidir. Nəticə - diaqnozlaşdırılan obyektin hansısa səviyyəyə, tələblərə, etalona, normaya, xarakteristikalara uyğun gəlməsi-dir və yekun müqayisə bazasından kənarlaşmasıdır. Nəticə cədvəl, dioqram şəklində verilə bilər. Diaqnoz qoyulması – ayrı-ayrı sistemlərin və eləcədə cəmiyyətin bütövlükdə müvəffəqiyyətli fəaliyyət göstərməsinin və inkişaf etmə-sinin vacib şərtlərindən biridir. Onun nəticələrindən istifadə edilməsi yolu ilə bu və ya digər sahədə böhranlı vəziyyətin qarşısının alınması mümkündür.
Diaqnostikada mərkəzi məsələlərdən birini qarşıya çıxan çətinliklərin simp-tomlarının və yaranmış imkanların müəyyən olunması idi. Yaranmış prob-lemlərin səbəblərini aydınlaşdırmaq üçün obyekt haqqında daxili və xarici informasiyanı toplamaq və təhlil etmək vacibdir. Belə məlumatları bazarın tədqiq olunması, maliyyə hesabatlarının təhlil edilməsi və digər yollarla topla-maq və əldə etmək mümkündür. Bu zaman dəqiq və dolğun informasiyanın, ən başlıcası isə konkret obyektə, problemə relevant plan informasiyanın toplanması və təhlil edilməsi vacibdir. Bu yolla böhranların tipini, növünü, yaranma sferasını, böhranların müəyyən olunması üsulunun, inkişaf dinamikasının və dərəcəsini, vaxt etibarılə böhranın bölüşdürülməsi, gedişinin uçota alınması, tənzimlənmə imkanlarının və s.nin müəyyən edilməsi mümkündür.

Yüklə 399,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin