Adətən vali sarayda gündüz vaxtı olur və həmin saatlarda insanlarla görüşür. Amma gecənin bu vaxtı sənin fikrincə nə baş verir?
Bu fikirlər Abdullah ibn Zübeyri rahat buraxmırdı.
İmam Hüseyn(ə) ona buyurdu: “ Elə bilirəm ki, Müaviyə ölüb. Bu saatda elçini bizim yanımıza göndərməsi də hələ camaata xəbər çatmamış bizdən beyət alması üçündür”.
Dördüncü hissə
18: 45
Vali ilə görüşdükləri vaxt İmam Hüseynin(ə) niyyəti İbn Zübeyrə məlum oldu. İmam Hüseynə(ə) özünü təhlükəyə atmamağı məsləhət bildi. Və imam Hüseyn(ə) ona beyətdən imtina etmə qüdrətinin olduğunu bildirdi. İmam oraya otuz tərəfdarı, ailəsi və şiələri ilə getmişdi. Hamısı da başdan-ayağa silahlanmışdılar. Onları qapının arxasında saxlamışdı ki, əgər səsinin ucaldığını eşitsələr, ona mane olsunlar. İmam Hüseyn(ə) o görüşə əlində Peyğəmbərin(s) çomağı ilə getmişdi.