Bu işin sənin üçün çətinliyini nəzərə alıb, boyunları sənin qarşında (itaət üçün) əydirmişəm



Yüklə 24,63 Kb.
səhifə4/4
tarix30.12.2021
ölçüsü24,63 Kb.
#49331
1   2   3   4
imam Huseyn 001

Neyləmək fikrin var?

İmam(ə) cavab verdi:



  • Görüşünə gedəcəyəm.

Abdullah ibn Zübeyr ona mane olmağa çalışdı. Çünki belə saatda və bu şəraitdə valinin görüşünə getməsi İmam Hüseyn üçün təhlükə yarada bilərdi.
İmam Hüseyn(ə) Abdullaha dedi:

Yox, mən oraya getdiyim zaman bütün lazım olan ehtiyat tədbirlərimi görəcəyəm. Mən beyətdən imtina etməyə qüdrətim olmayınca onun yanına getmərəm


İmam Hüseyn(ə) Valinin yanına getməzdən əvvəl öz tərəfdarlarının yanına getdi. Bəni Haşim cavanlarından və tərəfdarlarından bir dəstə topladı. Onların sayı otuz nəfərə çatdı. Onlara qapının ağzında dayanmalarına göstəriş verdi və hər hansı gözlənilməz rəftara hazır olmalarını tapşırdı.

Tərəfdarlar valinin qapısının ağzında dayandılar, İmam Hüseyn(ə) içəri daxil oldu.





Şeyx Abdullah

20: 43
İmam Hüseyn(ə) valinin görüşünə getdi, valinin məsləhətçisi Mərvan da orada idi.

Vali Müaviyənin öldüyünü ona xəbər verəndən sonra beyət məsələsini açdı. Bütün işlər Yəzidin ixtiyarına keçib. Şamın böyükləri də ona beyət ediblər. Bəzi məmləkətlərdən başqa, xüsusən də başda Mədinə olmaqla hamı beyət etmişdir.


Seyid Məhəmməd Şövki

21: 20
İmam Hüseyn(ə) bu oyunun planını bilirdi. Onların imamdan gizli beyət almaq niyyətlərini anlamışdı.

Ona görə də beyətdən boyun qaçırıb buyurdu:

Mənim kimisi heç vaxt gizli beyət etməz və elan etmədən aldığınız beyətin də kifayət edəcəyini düşünmürəm”.

Yəni hətta indi gizli çəkildə beyət etsəm də, bu sənə fayda verməyəcək. Niyə?

Çünki sən o beyəti nümunə vərəqi kimi istifadə etmək istəyirsən. Onunla camaata demək istəyirsən ki, Baxın! Bu Hüseynin beyətidir. Camaatı da bu vasitə ilə beyətə çağıracaqsınız.

Gizli beyət etməyim sənə heç bir fayda verməyəcək. Mən də heç gizli beyət edən deyiləm. Sən hamını birlikdə dəvət et. Qoy hamımızın sözü bir olsun.


Seyid Babəkr

22:21
Mədinənin valisi Vəlid ibn Utbə bu fikirlə razılaşdı. İşi sabaha saxlamaq qərarına gəldi. Mərvan valiyə dedi:

Əgər sən Hüseyn ibn Əliyə bu qapıdan bayıra çıxmağa icazə versən, onu bir də heç vaxt görməyəcəksən və heç vaxt da ondan beyət lal bilməyəcəksən


Seyid Məhəmməd Şövki

22:49
Bu yerdə Mərvan müdaxilə edib ona dedi: “ Onu beyət etməmiş buraxma getsin. Bu fürsəti əldən buraxsan bir daha heç vaxt əlinə belə fürsət düşməyəcək. Onu beyət edənə qədər həbs elə, əks halda boynunu vur

İmam Hüseyn(ə) Mərvanın açıq şəkildə sərt təklifini eşitdikdə üzündə qəzəb nişanələri göründü. Ola bilsin ki, Mərvan İmam Hüseynin( ə) lazım olan ehtiyat tədbirlərini aldığını bilmirdi. Həmin vaxtda qapının arxasında silahlı otuz nəfət hazır dayanmışdılar. Hər an içəri girib içəridəkiləri öldürə bilərdilər. Orada valinin bir qrup mühafizəçisindən başqa heç kim yox idi.

İmam Hüseynin(ə) pozisiyası çox güclü idi. Ona görə də Mərvana üz tutub dedi:

Zərqanın oğlu, sən öldürəcəksən məni, yoxsa bu? Yalan danışırsan, əgər bir nəfər bu işi görməyə qalxsa yeri qanınızla suvararam

Sonra İmam Hüseyn(ə) Mərvandan üz çevirib valiyə baxdı. Mədinənin valisinin üzündən onun sözlərindən daha çox təsirləndiyini gördü.

Və imam(ə) ona məşhur sözlərini buyurdu:

Ey vali, biz nübuvvət əhli beyti və ilahi risalətin nazil olduğu ünvanıq. Mələklərin get-gəl etdiyi məkanıq. Allahın rəhmət məhəlliyik. Allah bizim vasitəmizlə başlayır və bizimlə bitirir. Yəzid fasiq və şərabxor və günahsızları öldürən biridir. Öz fasiqliyi ilə məşhurdur. Mənim kimisi onun kimisinə beyət etməz. Sabahı gözləyək, baxarıq hansımız xilafətə və beyətə daha layiqik


İmam Hüseynin(ə) oradakı cavabı həlledici cavab idi- Mənim kimisi onun kimisinə beyət etməz!

İmam Hüseyn(ə) tərəfindən məsələ bitmişdir. Daha mübahisəyə yer yox idi. Hər şey açıq deyilmişdi. Kəskin qərar idi- Mənim kimisi onun kimisinə beyət etməz!





Beşinci hissə

25:21


Həmin gecə İmam Hüseyn(ə) babası Rəsuləllahın(s) qəbrini ziyarət etdi. Qəbirdən bir nur qalxdı. İmam(ə) onunla danışdı: “ Salam olsun sənə, ey Allahın Rəsulu(s). Mən Fatimənin oölu Hüseynəm, sənin övladınam. Qızının oğluyam. Onlara şahid ol, ey Allahın peyğımbəri, onlar məni tək buraxdılar, mənə kömək etmədilər. Bunlar səninlə görüşə gələnə kimi mənim sənə şikayətimdir”
İmam sübhə qədər namaz qıldı.

Corc Zəki

26: 11


İki gecə babasının qəbrini ziyarət etdi. İlk gecə ziyarət edəndə babasından kömək istədi, həmin gecəni sübhə kimi səcdədə qaldı.

Seyid Babəkr

26: 25


Həmin günün səhəri İmam Hüseyn(ə) Mərvan ibn Həkəmlə görüşdü. Mərvan ona nəsihət etməyə çalışdı. İmama,- Bütün xeyirlər yalnız Yəzidin vilayətindədir,- dedi. İmama dedi ki, əgər Bəni –haşim və digər müsəlmanlar üçün yaxşılıq istəyirsə, gərək Yəzidə beyət etsin.

Seyid Məhəmməd Şövki

26: 53


Növbəti dəfə Mərvan imamı(ə) öz qərarından dönmak üçün razı salmağa çalışdı. İmamla(ə) ikinci gün görüşdü. Bu dəfə imamla fərli yolla, diplomatik üslubda danışmağa çalışdı.

Birinci gecə Mərvanın üslubu hədələmək idi. Gördü ki, açıq-aşkar təhdid və təzyiqlə İmam Hüseynə(ə) bir şey etmək olmaz.Mərvan əmin oldu ki, təhdid və şiddət üslubu İmam Hüseyn üçün deyil. Bu yolla onu öz qərarından döndərmək olmaz.Və düşündü ki, növbəti dəfə başq aüslubla onu beyət etməyə qane edə biləcək. Ona görə də növbəti üslubu daha diplomatik və daha çox yumşaq idi.

Gecənin səhəri aralarında müzakirə olan gecə. Mərvan İmam Hüseynlə(ə) görüşdü. İmama dedi: “Ey Əba Əbdillah, mən sənin nəsihətçin kimi danışıram

İmam buyurdu: “ Nəsihətni söylə” Imam Hüseyn(ə) danışanın sözünü kəsməzdi. İmam Hüseyn inqilabı boyunca bütün nəsihətləri sona kimi dinləyirdi. Lakin son qərar xüsusi olaraq özünə aid idi. Elə buna görə də Mədinə və Kufə yolunda, Məkkəyə gedərkən çoxları nəsihət etdilər və hamısını da imam dinlədi.

Beləliklə, İmam Mərvana dedi ki, nəsihətini de.Mərvan dedi: “ Mən sənə Yəzidə beyət etməyi nəsihət edirəm, çünki dünya və axirət xeyri bu beyətdədi

İmam Hüseyn(ə) buyurdu: “İnna lilləh və innə ileyhi raciun




Seyid Babəkr

29: 09


İmam Hüseyn(ə) buyurdu: “Əgər işlər Yəzid kimisinin əlinə düşəcəksə, dünyaya və İslama əlvida! Çünki Yəzid fasiq və günahkar biridir, o nə din, nə də dünya işlərində əmanətdardır

Seyid Muhəmməd Şövki

29: 31


Bəlkə də dünya işlərində xeyir oldu. Çünki Yəzidə beyət edən maddi xeyrə və hardasa mülkə yiyəndi. Yəni Yəzidə beyətdə dünya vəya dünyadan bir miqdar xeyir əldə etmək olar. Lakin axirət xeyrinin olması haqda heç bir ağıllı qəbul edə bilməz.

Buna görə də imam,- İnna lilləh və inna ileyhi raciun,- buyurdu. Yəzidə beyət olunsa islama əlvida. Burada imamın iradı aşkar idi. Sən deyirsən ki, Yəzidə beyətdə dünya xeyri var? Mən ümumiyyətlə dünya xeyrini düşünmürəm. Məni inandırmağa çalışırsan ki, bu beyətdə bəzi dünya xeyirləri var. Mən dünya xeyrini və öz məsləhətimi güdmürəm, mən prinsipial adamam.

İmam Hüseyn şəxsiyyəti prinsipial şəxsiyyətdir. Elə buna görə də ,- Yəzid xəlifə olsa, İslama əlvida olsun,- dedi. Mənim xeyirlərimə, Bəni Haçimə, cəmiyyətdəki nüfuzuma əlvida olsun,- demədi. İmam Hüseyn(ə) belə şeylər haqda düşünmürdü. O, yalnız İslam prinsiplərini düşünürdü. Elə ona görə də,- Əgər ümmət Yəzid kimisinin öhdəsinə qaldısa, əlvida olsun İslama,- buyurmuşdu.

Sonra Mərvanla aralarında çəkişmə baş verdi. Orada İmam hüseyn(ə) öz mövqeyini tam açıqladı. Mərvan əmin oldu ki, İmam Hüseyn Yəzidə beyət etməməkdə qəti qərarını verib. Sonra Vəlidin yanına qayıdıb məsələni ona bildirdi.Vali də bu haqda Yəzidə məktub yazdı.



Corc Zəki

31: 38


İkinci gecə də İmam babasının qəbrini ziyarət etdi və onunla danışdı, Yəni babasının qəbri ilə münacat etdi. İmam buyurdu: “ Mən Fatimənin oğlu, sənin nəvənəm. Sənin övladınam, övladının övladıyam. Sən mənə de ki, mən nə etməliyəm? Camaat məni beyət üçün dilə tutublar, onlar dini, xilafəti və bütün bu məsələləri başqa yerə çəkirlər

Və qəbrin kənarında ağladı.



Altıncı hissə

32: 24


İkinci gecə İmam Hüseyn(ə) babasının qəbri kənarına gəlib dedi:

Ey mənim Allahım, bu sənin peyğəmbərin Məhəmmədin(s) qəbridir. Mən də sənin peyğəmbərinin qızının oğluyam. Mənim başıma bir iş gəlib, sən bundan xəbərin var. Ey mənim Allahım, mən yaxşı işləri sevib, pisliklərə nifrət edirəm. Ey əzəmət və ehsan sahibi, bu qəbrdə olanın haqqına and verirəm, sənin və peyğəmbərinin razılığı olan şeyi seçəsən!

Və ağladı...

Səhərə yaxın başını qəbrin üzərinə qoydu və yuxuladı. Peyğəmbəri(s) sağdan, soldan və öndən mələklərlə əhatə olunmuş halda gördü. Peyğəmbər imam Hüseyni qucaqlayıb dedi: “ Ey Hüseyn, əzizim, sanki səni yaxınlarda Kərbəlada ümmətimin gözü qarşısında başının kəsildiyini və qanına bulaşmış görürəm. Susuzsan, lakin sənə su verən yoxdur. Bundan sonra məndən şəfaət də umurlar. Qiyamət günü Allah Talla mənim şəfaətimi onlara nəsib etməyəcək.



Ey Hüseyn, əzizim! Atan,anan və qardaşın yanıma gəlmişdilər. Sənin üçün darıxıblar

İmam Hüseyn(ə) ağladı və babasından onu da özü ilə qəbrə salıb aparmasını istədi.




Corc Zəki

34: 28


İmam yatmışdı, babası yuxusuna gəldi. Babasından onu da özü ilə aparmasını istədi. Peyğəmbər(s) ona buyurdu: “ Olmaz! Gərək şəhid olasan

İmam Hüseyn(ə) babası ilə olan söhbəti öz yaxınları və ailəsinə danışanda hamı ağladı və bildilər ki, İmam Hüseynin yolu şəhadət yoludur. Özü də, çox qalmayıb.



Yüklə 24,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin