Bu işin sənin üçün çətinliyini nəzərə alıb, boyunları sənin qarşında (itaət üçün) əydirmişəm


Beyətdən boyun qaçıran hər kəsin boynunu vur!



Yüklə 24,63 Kb.
səhifə2/4
tarix30.12.2021
ölçüsü24,63 Kb.
#49331
1   2   3   4
imam Huseyn 001

Beyətdən boyun qaçıran hər kəsin boynunu vur!... bu, Yəzidin elçisinə və valilərinə yazdığı idi.

Seyid Məhəmməd Şövki

15: 01
Mərvanın ardınca (məsləəhət üçün) adam göndərmək qaçılmaz idi. Çünki Mərvan Bəni Üməyyənin ağsaqqallarından hesab olunurdu. Onun xilafət işlərində təcrübəsi var idi. Həmçinin o, Bəni Üməyyə hökümətinin sütunlarından hesab olunurdu. Aralarında kin olmasına baxmayaraq Vəlid onun yanına adam göndərməkdə məcbur idi. Bu kinin səbəbi Vəlidin Mərvanın vəzifədən çıxarılmasından sonra onun yerinə gəlməsidir. Mərvan Mədinədə vali idi. Müaviyə onu vəzəfədən uzaqlaşdırıb yerinə Vəlidi təyin eymişdir. Bununla da onların arasında kin yaranmışdır. Lakin vəziyyət çətin idi, ona görə də keçmiş ixtilaflar unudulmalı idi. Çünki Bəni Üməyyə hakimiyyəti boyük risk altında idi. Ona görə də keçmiş düşmənçiliklər unudulmalı idi. Vəlid Mərvanın arxasınca öz elçisini göndərdi ki, onunla bu işlərdə məsləhətləşsin. Mərvan gələn kimi Vəlid ona Müaviyənin ölümünü xəbər verir və həmin iki məktubu göstərib bu haqda bir məsləhət verməsini istəyirlər.

Mərvan çalışırdı ki çox dəqiq, hesablanmış bir tədbir töksün.

Mərvan Vəlidə deyir: “ Gərək Hüseyni və Abdullah ibn Zübeyri tez çağırasan. Abdullah ibn Ömər isə o qədər də qorxulu deyil. Əsas Hüseyn və Abdullah ibn Zübeyrə önəm verməlisən, onları elə bu gecə yanına çağır və gizli də olsa onlardan təcili beyət al



Şeyx Abdullah

16:55


Yəzidin məktubu onlara çatan kimi İmam Hüseyn və o adı çəkilənlərin dalınca adam göndərir ki, beyət alınması haqqında onlarla danışsınlar. Lakin evlərində tapmırlar onları, gedib görürlər ki məsciddədirlər.


Seyid Məhəmməd Şövki

17:10
Mərvanın planı İmam Hüseyndən(ə) gecəylə gizli beyət almaq idi. Sonra isə səhər vali çıxıb mədinəlilərə elan edəcəkdi ki, Hüseyn Yəzidə beyət edib, ondan sonra hamı beyət edəcəkdi.

Hüseyn beyət etdikdən sonra camaatın beyət etməsinə kim mane ola bilərdi ki?!

Vali Mərvanın məsləhətinə əməl edib İmam Hüseynin və Abdulla ibn Zübeyrin ardınca adam göndərmişdi.

Göndərdiyi elçi Onları imam Hüseynlə birlikdə Peyğəmbər məscidində tapır. Onlara yaxınlaşıb valinin onları çağırdığını bildirir.

Abdullah ibn Zübeyr imam Hüseynə(ə) baxıb deyir: “ Sənin fikrincə, vali bizi bu saatda niyə çağırır, halbu ki, adətən bu vaxtlar o sarayda olmur?




Yüklə 24,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin