Nəzarət orqanları
SC səhmdarların ümumi yığıncağının səlahiyyətləri
MM SC-nin səhmdarların ümumi yığıncağının səlahiyyətlərini xüsusi və ümumi
hissəyə ayırır.
218
Səhmdarların ümumi yığıncağının səlahiyyətlərini şirkətin
fəaliyyəti ilə bağlı mühüm məsələlər təşkil edir, o cümlədən:
218
MM-nin 107.1-ci maddəsi
128
-
nizamnaməyə dəyişikliklərin daxil edilməsi;
-
şirkətin yenidən təşkili və ləğv edilməsi;
-
səhmlərin sayının, nominal dəyərinin, kateqoriyasının (tipinin) və bu
səhmlər tərəfindən verilən hüquqların müəyyən edilməsi;
-
nizamnamə kapitalının artırılması və azaldılması;
-
şirkətin başqa orqanlarının yaradılması (direktorlar şurası, icra orqanları,
təftiş komissiyası);
-
dividendlərin ödənilməsi;
-
illik hesabatların təsdiq olunması;
-
səhmlərin xırdalanması və birləşməsi;
-
böyük əqdlərin, əlaqəli şəxslərlə əqdlərin təsdiq edilməsi haqqında
qərarın qəbul edilməsi;
-
yerləşdirilmiş səhmlərin şirkət tərəfindən alınması və s.
Səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid olmayan məsələlər üzrə
qərar qəbul etməsinin mümkün olub-olmaması qanunvericilikdə müəyyən
edilməyib.
Bəzi
mütəxəssislər
səhmdarların
ümumi
yığıncağının
səlahiyyətlərinin yalnız Mülki Məcəllənin müəyyən etdiyi məsələlərlə
məhdudlaşdırılmasını qəbul etmirlər. Onlar hesab edirlər ki, şirkətin
idarəetməsinin ali orqanı olan səhmdarların ümumi yığıncağı DŞ-nın
səlahiyyətində olan istənilən məsələ üzrə qərar qəbul etmək hüququna malikdir.
Düşünürük ki, bu mövqe hüquqi şəxsin əsasını təşkil edən səlahiyyətlərin
orqanlar arasında iyerarxik paylanmasına zərər vurur və təşkilati bütövlük
prinsipini ziddir. Əgər ÜY istədiyi an DŞ-na verildiyi səlahiyyətləri mənimsəmək
imkanına malikdirsə, o zaman DŞ-nın bir nəzarət orqanı kimi əhəmiyyəti heçə
enir.
|