166
mülkiyyətin iştirakçılarından biri və ya onların ümumi nümayəndəsi,
hər iki
halda səlahiyyətli şəxs etibarnamə əsasında fəaliyyət göstərir.
“Bir səsli səhm - bir səs” prinsipi korporativ hüququn fundamental
prinsiplərindən biri olan mütənasiblik prinsipinin əksidir. Bu prinsipə əsasən
bütün korporasiya iştirakçıları (nizamnamə kapitalındakı paylara (səhmlərə)
proporsional olaraq) bərabər hüquqa malikdirlər. SC-nin səsli
səhmi adətən adi
səhm hesab olunur, lakin müəyyən hallarda imtiyazlı səhmlər də ümumi
yığıncaqda səs verə bilər. Ümumi yığıncaqda səsvermə
hüququna malik olan
imtiyazlı səhmlərin sahibləri SC-nin ümumi yığıncağında səsli səhmlərinin
sahiblərinə aid olan bütün hüquqlara malikdir. Səhmdarların ümumi
yığıncağında səsə qoyulan məsələnin həllində imtiyazlı
və adi səhmlərin
sahiblərinin səslərinin hesablanması birlikdə həyata keçirilir.
MMC iştirakçılarının ümumi yığıncağında hər bir iştirakçı şirkətin nizamnamə
kapitalındakı payına mütənasib səsvermə hüququna malikdir.
256
Hər bir iştirakçı
şirkətin ümumi yığıncağında iştirak edə bilər, şirkətin orqanlarını seçə (təyin
edə), onlara seçilə (təyin oluna) və səsvermədə iştirak edə bilər. İştirakçılar
şəxsən iştirak etmək və ya müvafiq qaydada təyin
etdiyi nümayəndə vasitəsilə
təmsil olunmaq hüququna malikdir. MMC iştirakçılarına aid bu normalar
imperativ xarakter daşıyırlar və məhdudlaşdırıla bilməz. İştirakçıların həmin
hüquqlarını məhdudlaşdıran hər hansı razılaşmanı və ya hərəkəti qanunvericilik
etibarsız hesab edilir. Bununla yanaşı
hesab edirik ki, iştirakçıları müvafiq
razılaşma ilə öz aralarında ümumi yığıncaqda səsvermələri şərtləşdirə və
razılaşdıra bilərlər. Bu növ razılaşma məhdudlaşdırılma
kimi deyil əksinə
256
MM-nin 91.1-1 maddəsi
167
iştirakçıların iradələrinə və korporativ maraqlarına uyğun istifadə kimi
qiymətləndirilməlidir.
Dostları ilə paylaş: