Müvəqqəti imkanlar Öz karyerasını aktiv inkişaf etdirmək istəyən bəzi insanlar müvəqqəti işlər üzərində ixtisaslaşmış işədüzəltmə şirkətlərində qeydiyyatdan keçə bilərlər. Bu ona görədir ki, müvəqqəti işlər daimi işlərə nisbətən daha səmərəli ola bilər.
Müvəqqəti işin üstünlükləri Müvəqqəti işlə məşğul olmağın bir neçə potensial üstünlükləri mövcuddur. Birincisi ona görə ki, müvəqqəti olan bu iş sizin üçün daimi ola bilər. Bu o halda baş verər ki, məsələn: sizin əvəz etdiyiniz və analıq məzuniyyətinə getmiş şəxs geri qayıtmaq istəməsin və ya şöbədə aparılan yenidən təşkilatlanma ilə əlaqədar sizin üçün yaradılmış müvəqqəti vakansiya daha sonra daimi ola bilər. Şirkətə gəlincə onun iki seçimi vardır: əmək bazarında vaxt və pul sərf edərək vəzifəyə tanımadığı şəxsi gətirmək və ya bu vəzifədə artıq özünü sübut etmiş və işi bilən şəxsi təyin etmək.