Bu təşkilat/şirkət haqqında nə bilirsiniz?
Müsahibə götürənin məqsədi
Bu sual ona görə lazımdır ki, sizin müsahibəyə gəlməzdən əvvəl ilkin araşdırma aparıb-aparmadığınızı müəyyən etmək olsun.
Necə cavab verməli
Belə cavab verməyin: “Çox deyil” və ya “İşədüzəltmə şirkətində bir qədər məlumat veriblər”. Sizin cavabınız təşkilatı və onun fəaliyyətini ətraflı öyrəndiyinizi, hansı mal və ya xidmətləri təklif etdiyini, rəqiblərinin kim olduğunu və rəhbərliyi haqqında məlumatları əks etdirməlidir. Şirkətin öz internet səhifəsi, illik hesabatı, maliyyə sənədi, marketinq materialları və xəbərlər kimi öz mənbələrinizə istinad edin.
Sizin cavabınız açıq şəkildə göstərməlidir ki, bu araşdırma sizin rəqiblərdə deyil, məhz bu təşkilatda işləmək arzunuzu daha da möhkəmləndirmişdir. Məsələn:
“Sizin illik hesabatınızdan bilirəm ki, şirkətiniz antikorroziya boyaları bazarında liderdir və hal-hazırda atmosfer təsirinə davamlı boyalar bazarında öz payını artırmaq üzrədir. Bu məndə əminlik hissi yaradır. Belə ki, mənim üçün öz sahəsində lider olan şirkətdə işləmək çox əhəmiyyətlidir.”
Dostları ilə paylaş: |