İndiki vəzifənizi necə təsvir edərdiniz? Müsahibə götürənin məqsədi Burada əsas məqsəd indiki vakant olan vəzifəyə uyğun olan təcrübənizin olduğunu müəyyən etməkdir. O həmçinin bu vəzifədə olan fəaliyyətinizin digər funksional sahələrlə olan əlaqəsini başa düşdüyünüzü də bilmək istəyir.
Necə cavab verməli İşinizə aid olan hər şeyi təfsilatı ilə danışmağa ehtiyac yoxdur. Əsas məsuliyyət daşıdığınız sahələri qeyd edin və yaxşı olardı ki, bu indi müraciət etdiyiniz işlə əlaqədar sahələri əhatə etsin. Yalan danışmayın. Lakin indiki vəzifənizin bəzi hissələrini qeyd edəbilərsiniz, digərlərini isə toxunmaya da bilərsiniz.