Fəsil 2. İŞƏ GÖTÜRƏNİN ANLAYIŞ GÖSTƏRMƏSİ
İş axtarışındakı əsas müvəffəqiyyət sizdən hansı işi istədiyinizə dair təsəvvürlərin olmasını tələb etmir. Həmçinin işəgötürənin sizdən nə gözlədiyini də bilmək lazımdır. O zaman onu əmin etmək lazımdır ki, siz vacib olan keyfiyyətlərə sahibsiniz.
Təkan və hərəkətin tarazlığı
İnsanlar iş yerini “təkan” və “hərəkət” amilləri əsasında dəyişirlər. Təkana səbəb işçinin imkanlarının məhdudlaşdırılması, vəzifə yüksəlişinə rədd cavabı vermək, yeni menecerlə konflikt və ya işdən çıxarılma hədə-qorxusu ola bilər. Hərəkət isə yeni məsələlərin meydana çıxması, özünü inkişaf etdirmə, yeni vəzifədə daha geniş təcrübənin əldə edilməsi və s. ilə ola bilər. Daha doğrusu yaxşı perspektivlərə yönəlməkdir.
Burada psixolgiya çox sadədir: bu nəinsə tələb olunduğuna və qiymətləndirildiyinə dair təsəvvürlərin nəticəsidir ki, bu da çox yaxşı bir şey sayılır. Əgər nə isə çıxdaş edilirsə deməli onun işləri qaydasında deyil.
Bununla belə bu işəgötürənin məntiqinin sadələşdirilmiş ssenarisidir ki, namizədlər bunu daim nəzərində saxlamalıdır. Yeni iş axtarışlarında müsbət səbəbləri qeyd etməklə mənfi səbəblərin üzərində çox durmamaq lazımdır. Məsələn əvvəlki işəgötürən iflas həddindədir. Bu o işdən çıxmaq üçün tutralı səbəbdir. Sizə pis nümunə olacaq mənfi hallar haqqında isə susmaq məsləhətdir.
Dostları ilə paylaş: |