İş axtarışının əsas mərhələləri İş axtarmaq məqsədi ilə hansı yolu seçməyinizdən asılı olmayaraq ümumi olan əsas mərhələlər mövcuddur. Ambisiyalı namizədlər üçün bunların hər biri müəyyən məqsədlər daşıyır.
I mərhələ: Əmək bazarının tədqiqi İlkin tədqiqat əvəzolunmaz olmaqla geniş diapazonda həyata keçirilə bilər. Siz doğru yolda olduğunuzdan əmin olmaq üçün məqsəd və bacarıqlarınızı tədqiq etməlisiniz. Buna birinci bölmə olan “Şəxsi imkanların dəyərləndirilməsi”ndə baxılmışdır. Sizə həmçinin əmək bazarını da dərk etmək lazımdır. İşəgötürənlər nə axtarır və siz onların tələblərinə necə cavab verəcəksiniz? Sizə uyğun olan vakansiyalar harada ola bilər? Bütün bunlara isə II bölmə olan “İşəgötürənin anlayışı” və V bölmə olan “Effektiv hazırlıq”da baxılmışdır.
Bu tədqiqatın nəticəsi isə elan edilmiş vakansiyaya uyğun, yaxşı hazırlanmış tərcümüyi-hal və ya təşəbbüs məktubu ola bilər. Bu sizin xidmətinizə ehtiyacın olub-olmadığını müəyyən etmək üçündür. Sizin yolunuzun nə olduğundan asılı olmayaraq bu tədqiqatın məqsədi sizin doğru istiqamətlənməyiniz və reallıqdır. Bu isə müvəffəqiyyət əldə etmək üçün böyük imkanlardır.