Fəsil 3. EFFEKTİV İŞ AXTARIŞININ PLANLAŞDIRILMASI
Sizin iş axtarışını planlaşdırmanız axtardığınız vəzifənin böyüklüyündən və müvafiq vakansiyaların əlçatan olmağından asılıdır. Sizin fəaliyyətlərinizə iş dəyişmə planını reallaşdırmağı istədiyiniz vaxt da təsir edə bilər. Əgər bunu tez etmək istəyirsinizsə bir neçə axtarış üsulunu birləşdirmək məntiqli olardı.
İş axtarışının müxtəlifliyi
Karyeranızın yüksəlməsi ilə aktiv olaraq məşğul olmaq qərarını verərək, yeni iş axtarma səyahətinə çıxdığınız zaman qarşınızda gedə biləcəyiniz bir neçə müxtəlif yol olacaqdır:
-
elan verilən vakansiyaya münasibətini bildirmək;
-
işədüzəltmə şirkətində qeydiyyatdan keçmək;
-
seçdiyiniz işəgötürənə müraciət etməyə təşəbbüs göstərmək.
Yuxarıda qeyd olunan yollar heç də bir-birinə zidd deyil və əgər siz iş axtarmağa ciddi şəkildə köklənmişsinizsə, o zaman əmək bazarına üç istiqamətdən hücuma keçmək olar. Lakin bu metodların ayrı-ayrılıqda tətbiqinin uğurlu olması vəzifənizin nə dərəcədə yüksək olmasından asılıdır:
-
kişik vəzifə vakansiyaları haqqında elanlar yerli qəzetlərdə verilir və seçimlə yerli işəgötürmə şirkətləri məşğul olur. Daha yüksək vəzifələr haqqında informasiya böyük ehtimalla böyük işəgötürmə şirkətlərinin əlinə düşəcək, vakansiya elanları isə iri reklam nəşrlərində yerləşdiriləcəkdir.
-
Rəhbər vəzifələrin əsas qaydası belədir: axtardığınız vəzifə nə qədər yüksək olarsa elanlara baxmaqla və işəgötürmə şirkətlərində qeydiyyata düşməklə onun tapılması ehtimalı bir o qədər az olacaqdır. Yüksək vəzifə haqqında informasiya “head-hunters” (beyin ovçuları) tipli şirkətlərdən və ya şəxsi əlaqələr və tövsiyyələrin nəticəsi olaraq əldə ediləcəkdir.
Bu yolların hər birində necə hərəkət edəcəyimizi daha sonra nəzərdən keçirəcəyik. “Elan edilmiş vakansiyalar” adlanan 8-ci hissədə elan edilmiş vakansiyalara effektiv olaraq münasibət bildirməyi; “İşəgötürmə şirkətlərindən maksimum faydanın götürülməsi” olan 10-cu hissədə “beyin ovçuları” şirkətlərinin diqqətini cəlb etmək və işəgötürmə şirkətlərinin xidmətlərindən istifadə edilməsi; “Özünə imkanlar yarat” və “Təşəbbüs müraciətləri” adlı 11-ci və 12-ci hissələrdə, fikirlər müəyyən etdiyiniz potensial işəgötürənə effektiv təşəbbüs müraciətinin köməkliyi ilə şəxsi imkanların yaradılması üzərində cəmləşir.
Lotereya
Arzuladığınız işi axtarmağa yola düşərkən yadda saxlayın ki, bu lotereyadır. İdarəetmə sahəsi üzrə elan edilən vakansiyaya 100-ə yaxın namizəd müraciət edə bilər. Bunlardan təxminən 12 nəfəri işədüzəltmə məsləhətçisi tərəfindən ilkin müsahibəyə dəvət ediləcəkdir. Daha sonra bunların arasından dörd və ya beş nəfər seçilir. Ən sonunda isə iki və ya üç nəfər yekun müsahibəyə dəvət edilir. İş təklifi isə yalnız bir namizədə təklif olunur.
Bu rəqəmlərə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, sizin ilkin müsahibəyə dəvət edilmə ehtimalınız səkkiz haldan biri ola bilər. Bu kifayət qədər böyük ehtimaldır. Belə olduğu halda ilkin mərhələdə işə müvafiq olaraq tərcümeyi-halınızı hazırlayarkən boş yerə vaxt sərf etmədiyinizi özünüzə xatırladın. Fikirlərinizi hələ 99 nəfər başqa namizədin olması üzərində cəmləşdirməyin və nəzəri olaraq nəticədə işin sizə təklif edilmə ehtimalı bir faizdir. Fikirlərinizi səkkizdən biri olma ehtimalı üzərində toplayın. İlk müsahibənni keçdikdən sonra növbəti mərhələyə-ikinci müsahibə üzərində fikirləşin. Burada sizin şansınız iki və ya üçdən bir olacaqdır.
Dostları ilə paylaş: |