Fəsil 18. Yeni başlanğıc
Yeni iş təklifini qəbul edəndən sonra köhnə iş yeri ilə emosional bağlantılarınız azalacaq. Köhnə şirkət üçün iş görməyə davam etməyinizə baxmayaraq, “ikinci ev” olacaq yerə fikrinizi cəmləmək təbii hal olaraq bütün fikrinizi cəmləyəcəkdi. Köhnə iş yerindən yeni iş yerinə keçid mərhələsi emosional və faktiki dəyişikliklər dövrüdür.
Biliklərin dərinləşdirilməsi
Bütün kitab boyu biz işəgötürənin etibarına layiq olanların seçimi, səyli müraciətlər və müsahibə zamanı dəqiq tədqiqatın aparılması uğurun əsası olduğunu göstərmişik. Belə bir tədqiqat sizə seçdiyiniz təşkilatın mahiyyətini, onun mədəniyyətini, bazarı, rəqibləri anlamağa, həmçinin sizi güclü tərəf mövqeyində qoyur.
Iş axtarmaq prosesinin sonunda olub, işə qəbul təklifini qəbul edən zaman artıq şirkət haqqında çox məlumatınızın olması gərəkir. Lakin, şirkətə yeni işçi kimi ayaq basana qədər apardığınız tədqiqatlarınızı özünüzdə saxlayıb, mətbuatda şirkətə və onun sahələrinə aid bütün məlumatlarla tanış olmalısınız.
Bununla siz yeni abu-havaya uyğun olub onunla və ona təsir edən hər şeylə harmoniya təşkil edəcəksiniz.
Daha öncələr apardığınız tədqiqatlar zamanı şirkətin son maliyyə sənədləşmələri və ya müxtəlif əl çatan reklam bukletləri ilə tanış olmusunuz. Əgər bunu etməməsinizsə, indi bunu etməyə, şirkətin son nailiyyətləri ilə tanış olmağın ən uyğun vaxtıdır. Illik hesabat və maliyyə sənədləşməsi ilə tanış olub sizə direktorların adlarını bilib, onların bioqrafiyası ilə tanış ola bilərsiniz.
Bundan başqa, işəgötürəninizdən də ümumi əl çatmayan, sizin gələcək vəzifənizə lazımlı olan hər hansı bir aktual informasiyanı öyrənə bilərsiniz.
Dostları ilə paylaş: |