Autpleysment nəyi ifadə edir Bir çox insanlar işdən azad olmayana qədər autpleysment mütəxəssisləri ilə rastlaşmazlar. Autpleysment işdən azad olunan insanların yeni iş axtarışlarında necə hərəkət etmələrini və axtarışın müxtəlif mərhələlərində köməkliyin göstərilməsini ifadə edir. Burada konkret vakansiya axtarışı ilə məşğul olan məsləhətçi nəzərdə tutulmur. İşədüzəltmə və məsləhət xidmətlərinin fəaliyyəti konkret şəraitdən asılı olaraq müxtəlif şəkildə özünü biruzə verir. Məsəslən: əgər bir qrup işçi işdən azad olunubsa, sahibkar məhdud bir zamanda bu sahədə xidmət göstərən xüsusi şirkətlərin adam başına xərclərini ödəyə bilər ki, iş tapılmasında kömklik göstərsin. Bu müddət bitdikdən sonra, məsələn, üç aydan sonra onlar artıq sərbəst fəaliyyət göstərəcəklər. Bu cür qrupların yaradılması aşağıdakı mövzuda seminarların keçirilməsini də ifadə edə bilər:
bacarıqlarınızın müəyyən edilməsi;
əmək bazarı haqqında anlayışın verilməsi;
tərcümeyi-halın hazırlanması;
işə qəbul olunarkən anketin doldurulması;
müşaiyət məktublarınını doğru tərtib edilməsi;
müsahibəyə hazırlıq;
iş axtarışının idarə edilməsi.
İşədüzəltmə və məsləhət xidmətləri ilə məşğul olan şirkətlər bir qayda olaraq əsas məsləhətlərini və tərcümeyi-hal və məktubların nümunəsini özündə əks etdirən ümumiləşdirilmiş təlimatlar əsasında fəaliyyət göstərirlər. Onlar həmçinin iş axtarışlarında köməklik edəcək müxtəlif materiallar, İnternet və kompüter çıxışına malik vakansiya bazası ilə də təmin edirlər. Bundan başqa sizin effektiv iş axtarışınızı təmin etmək və konkret məsələlərinizi müzakirə etmək üçün məsləhətçinin ayrılması nəzərdə tutula bilər. Autpleysment xidməti göstərən Penna Sanders and Sidney şirkətinin məsləhətçisi Hazel Banston belə deyir:
“İşdən azad olunan iş təminatında ən çətin məsələ onun “özünün “nəyə uyğun olduğunu” başa düşməsi və özünü təhlil etməsidir. İnsanlar işsiz qalan kimi təsadüfi qaydada ərizə verməyə başlayır və alternativ tapmamaq qorxusu altında ona uyğun olmayan iş təkliflərini də qəbul edir. Siz hər zaman işdən azad olunmanı karyeranızın yeni mərhələsi olaraq qəbul etməli və düşünülməmiş qərar verərək təlaşa düşməməlisiniz. Azad olunmağınız üçün verilən müavinəti təyinatına görə, yəni, yeni uyğun iş axtarışi üçün istifadə edin.” İşdən azad olunan insanın vəzifəsi nə qədər yüksək olarsa və autpleysment şirkətlərinə keçmiş sahibkar nə qədər çox pul ödəyərsə məsləhət xidməti bir o qədər geniş həyata keçirilir. Yüksək vəzifəli şəxslər üçün belə xidmətlərin ödənilməsi müddətsiz və iş tapana qədər davam edə bilər. Bu xidmətlərə psixoloq xidməti, şəxsi karyera planlarının hazırlanması və bu şəxslərin “beyin ovçularına” (head hunter) təqdim edilməsi daxil ola bilər.
Vəzifəli şəxslərin autpleysment xidməti ilə məşğul olan Stork&May karyera strategiyası üzrə məsləhət agentliyinin təsisçisi və partnyoru Toni Mey belə deyir:
“Bizdə mütəmadi olaraq “beyin ovçuları” ilə görüşlər keçirilir. Biz o sahədə işləyən əsas insanları tanıyır və mövcud vakansiyalardan xəbərdarıq. Bizim özəl səhmdar cəmiyyətlərlə yaxşı əlaqələrimiz olmaqla fumksional direktorlar vakansiyası və müvəqqəti inzibati vəzifələr haqqında məlumatlarımız var. Həmçinin biz bu bazarın əsas oyunçularını tanıyırıq.”
Autpleysment xidməti göstərən şirkətlər, həmçinin qara PR-dan əziyyət çəkmiş yüksək ixtisaslı mütəxəssislərə məsləhət xidməti göstərə bilər və onların hansı ehtimalla yüksək vəzifə tapa bilmələrini müəyyən edə bilər və ya başqa biznesə investisiya qoymalarını tövsiyyə edə bilər. Stork&May şirkətinin müvəffəqiyyəti məsləhətçinin hər bir insana kifayət qədər vaxt sərf etməsindən ibarətdir. Bu səviyyəli xidmət heç də ucuz deyil. Yüksək vəzifə sahibi olmuş bir insan üçün sahibkar məsləhətçi şirkətə müddətsiz, şəxsi və tam dəstək verilməklə 30 min funt və daha çox pul ödəyə bilər.