Psixoloji fəndlər
Hamı bilir ki, işləmədiyiniz müddətdə iş axtarışları çətin psixoloji sınaqdan başqa bir şey deyildir. Sizin buna hazır olmağınız lazımdır. Professor Kuperin qeyd etdyi kimi “siz dərk etməlisiniz ki, sizə rədd cavabı veriləcəkdir. Faktiki olaraq siz nə qədər aktiv olsanız bir o qədər rədd cavabı olan məktublar alacaqsınız. Bununla belə aktiv olaraq qalmaq, gündəliyə riayət etmək və pozitiv olaraq köklənmək lazımdır.”
Siz motivasiyanızı saxlamaq üçün sadə psixoloji fəndlərdən istifadə etməyin vacibliyini aşkara çıxara bilərsiniz. Məsələn:
-
İş axtarışlarının əsas məqsədlərini qeyd etmək və mütəmadi olaraq onlara qayıtmaq;
-
İş axtarışı ilə əlaqədar yerləşdiyiniz otaqda əsas məqsədlərinizin qeyd olunduğu kağızın divardan asılması üzərində fikirləşin;
-
Öz iştirakınızla olan müsbət xəyallar qurun. Məsələn, əgər hiss edirsinizsə motivasiyanız aşağı düşür, gözlərinizi bağlayın və təsəvvür edin ki, qapı ağzındakı xalçanın altından məktubu çıxarıb açaraq oxuyursunuz: “Böyük məmnuniyyətlə sizə ............ vəzifəsini təklif edirəm”. O andakı hisslərinizi təsəvvür edin: bu müvəffəqiyyət hisslərindən doğan həyəcan olacaqdır.
-
əgər müəyyən günlərdə hiss edirisinizsə gücünüzü itirməyə başlayırsınız o zaman yenidən “mühərrikinizi işə salmaq” üçün stimullardan istifadə edin. Enerjinizi yüksəldəcək hər hansı musiqi varmı? Yəqin ki, o vaxt müəyyən idman hərəkətləri etmək və ya yarım saatlıq gəzintiyə çıxa bilərsiniz. Bu hərəkətlər “xoşbəxtlik” hormonları olan endorfinin əmələ gəlməsi ilə sizə müsbət əhval-ruhiyyə bəxş edəcəkdir.
-
Günün sonunda ilk olaraq sabah üçün görüləcək işləri qeyd etmək lazımdır ki, bu da o günün tapşırıqları olacaqdır.
-
Sizi dəstəkləyən və pozitiv olaraq köklənmiş tanışlarınızla mütəmadi olaraq söhbət etməyi bir qayda olaraq qəbul edin. Neqativ əhval-ruhiyyəli insanlardan uzaq durun.
İş axtarma prosesinin müəyyən aspektləri sizin üçün çətin ola bilər. Elə olduğu təqdirdə onu dəf etməyin asan yolları haqqında düşünün. Onların sizə niyə əziyyət verməsi haqqında düşünün.
Məsələn, siz elə tip insanlara aid ola bilərsiniz ki, yaxşı tanımadığınız və ya ümumiyyətlə tanımadığınız insanlara mümkün işədüzəlmə mövzusunda müraciət etməyə qorxursunuz. Nəticə etibarı ilə siz əldə etmək istədiyiniz işdən imtina etmiş və uzaqlaşmış olurusunuz.
Planlarınızın pozulmasına imkan verməyin. Ola biləcək ən pis şeyi təsəvvür edin. Əgər siz tanımadığınız bir insana zəng vurursunuzsa və söhbətiniz istədiyiniz kimi alınmırsa pis nəticə olaraq nə baş verəcək? Bəli zəng sizə probleminizin həll olunmasında və iş axtarışında kömək etməyəcəkdir. Baş vercək ən pis hal odur ki, bir dəqiqə əvvəl sizə yad olan bir insan, telefon dəstəyi asıldıqdan sonra da yad olaraq qalacaqdır. Digər tərəfdən siz heç bir şey itirmirsiniz, əksinə nə isə əldə edə bilərsiniz. Bu sizi “ideal” işə aparacaq insan ola bilər.
Dostları ilə paylaş: |