Praktiki dəyərləndirmə - karyeranın auditi İdeal iş və ya arzuladığınız karyeranı düşünərkən siz özünüzü motivə etmiş olursunuz. Bununla belə siz öz bacarıq və potensialınızı sağlam düşüncə ilə dəyərləndirməniz lazım gələcəkdir. Arzularınızın yerinə yetməsi üçün onlar kifayət edirmi?
Daha doğrusu ideal karyeranın qurulmasında növbəti vacib addım sizin mövcud güclü və zəif tərəflərinizin dəyərləndirilməsidir. Bu dəyərləndirmə yalnız arzularınıza çatmaq şansınızın olub olmadığını başa düşmək üçün deyildir. Bu həmçinin sizə arzularınızın reallığa çevrilməsi üçün bəzi bacarıqlarınızın müəyyən edilməsinə kömək edəcəkdir.