Bu kitab kimin üçün nəzərdə tutulub



Yüklə 1,24 Mb.
səhifə21/272
tarix30.12.2021
ölçüsü1,24 Mb.
#24394
1   ...   17   18   19   20   21   22   23   24   ...   272
Özünə inanma gücü
Əgər bir iş haqqında arzunuzun həyata keçməsi mümkün deyilsə o zaman özünüzü aldatmağın mənası yoxdur. Siz kosmonavt olmaq istəyirsiniz lakin klaustrafobiyadan əziyyət çəkirisiniz və ya ölkəni uzunmüddətli tərk etmək istəmirsinizsə arzularınızı daha münasib fəaliyyət sahələri ilə əlaqələndirməniz yaxşı olardı.

Digər tərəfdən sizin arzularınız çox kiçik ehtimalla və ya çox çətinliklə həyata keçə bilər. Arzularınızın həyata keçməsini nə dərəcədə istəyirsiniz? Onun həyata keçməsi üçün nə qədər qüvvə sərf etməyə hazırsınız?

Əgər siz yüz faiz nə istədiyinizdən əminsinizsə və heç bir qanunu və insanlıq əxlaqını pozmadan üçün əlinizdən gələni etməyə hazırsınızsa o zaman iradənizin və xarakterinizin gücü ilə bu hədəfinizə asanlıqla çatacaqsınız.

Lakin yadda saxlayın, sizin qədər qərarlı, nikbin, özünə inamlı və məqsədyönlü olmayan insanlar sizə istehza ilə yanaşa bilərlər. Öz arzularınızı etibar edə biləcəyiniz insanların seçimində diqqətli olmanız lazımdır. Sirlərinizi uğursuzluqlarınızdan həzz alanlarla deyil, sizi dəstəkləyən və fikirlərinə etibar etdiyiniz insanlarla bölüşün.


Dünya arzularına çatmış insanlarla doludur, lakin dünya arzuları olan, ancaq onu həyata keçirmək üçün özünə əziyyət verməyən insanlardan da xali deyil. Siz bu qruplardan hansına aidsiniz?



Nəticələr


  • Uğurlu karyeranın qurulması sizdən özünüzü və arzularınızı müfəssəl şəkildə tanımağı tələb edir.

  • Özünüzü müxtəlif tipli karyera üzərində fikirləşməyə vadar edin.

  • Güclü və zəif tərəflərinizi dəyərləndirməklə prosesə reallıq qatın.

  • Əvvəlki işlərinizin nə dərəcədə sizə uyğun olması barədə düşünün.

  • Özünü təhlili, sizin karyera cəhdlərinizə konkret məqsədlərin əlavə edilməsi ilə yekunlaşdırın. Başqa bir işə keçidi planlaşdırarkən yeni işə götürənin tələblərini yadda saxlayın.

  • Şəxsi dəyərlərinizin karyera məqsədləri ilə uyğun olduğundan əmin olun.

  • Zənn etməyin ki, karyerada inkişaf – böyük gərginlik və yüksək vəzifələridir. Əgər sizin tələblərinizə cavab verirsə vəzifənizin aşağı salınması da mümkündür.

  • Özünüzə inanın: güclü iradə - işinizlə əlaqədar həyata keçirdiyiniz bütün səylərdə əsas qüvvə olacaqdır.



Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin