Bu kitab kimin üçün nəzərdə tutulub


Realizmin bir hissəsi: işəgötürənlər nə axtarır?



Yüklə 1,24 Mb.
səhifə23/272
tarix30.12.2021
ölçüsü1,24 Mb.
#24394
1   ...   19   20   21   22   23   24   25   26   ...   272
Realizmin bir hissəsi: işəgötürənlər nə axtarır?

Sizin uyğun olub-olmadığınızı qiymətləndirərkən işəgötürən üç amilə diqqət yetirir:




  • Sizin bu təşkilatda işləmək arzunuzla karyera planlarınızın məntiqi bir-biri ilə uzlaşırmı?

  • Siz təşkilata nə xeyir verə bilərsiniz?

  • Siz şöbəyə və komandaya qaynayıb qarışa biləcəksinizmi?


Karyera planlarının məntiqi
Sizin cəhdlərinizin karyera yüksəlişinin məntiqi planı ilə uzlaşması baxımından bir məna kəsb etməsi vacibdir.Əgər bu belədirsə deməli hərəkət amili vardır.

Sizin cəhdlərinizin məntiqi olması üçün yalnız təşkilat və onun fəaliyyəti haqqında deyil, eləcə də onun rəqibləri və sahə haqqında yüksək səviyyəli biliklər nümayiş etdirmək lazım gələcəkdir. Əgər bunu edə bilmirsinizsə sizin burada işləmək istəyinizin nə dərəcədə məntiqlidir?

Siz təşkilatın spesifik fəaliyyətinə səmimi maraq göstərməlisiniz. Bunun nə dərəcədə inandırıcı alınacağı sizin əvvəlki fəaliyyətinizdən asılıdır. Məsələn, siz iş həyatınızın ilk illərində iş sahələrini asanlıqla dəyişirdiniz. Lakin siz yalnız bir sahədə əhəmiyyətli dərəcədə təcrübə qazanmısınızsa, başqa sahədə “qazandığınız” imkanlar azalacaqdır. Əgər siz 20 ilinizi incəsənət sahəsinin marketinqinə həsr edib və birdən sığorta sahəsinə keçməyi qərarlaşdırırsınızsa işəgötürəndə haqlı olaraq bu maliyyə xidməti sahəsində işləmək marağınızın səmimi olmasında dair sual yarana bilər.

Əgər sizin əmək fəaliyyətinizin tarixini nəzərə almasaq, sizin bu xüsusiyyətiniz əsl ruh yüksəkliyi olaraq işəgötürən üçün cəzbedici ola bilər. Siz məktublarınızda, danışıqlarınızda və bədən hərəkətlərinizdə verdiyiniz baza siqnalları sizin cazibədarlığınızı artıra bilər və ya tərs effekt verə bilər. Enerji maraq yaradır, fəaliyyətsizlik isə yox.



Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin