Özünüzü təklif edin
İşəgötürənə nə təklif edəcəyinizi düşünərkən, özünüzü bahalı şəkildə “satmaq” haqqında bir qayda tərtib etmiş olursunuz. Bu işədüzəlmək üşün edilən müraciətin bütün mərhələlərində vacibdir.
Şübhəsiz ki, özünüzdən soruşacaqsınız: bu işəgötürən mənə nə verə biləcəkdir? Bu mənim şəxsi peşəkarlıq tələblərimə cavab verirmi? Onun iş üslubu və mədəni xüsusiyyətləri mənimkilərlə üst-üstə düşürmü? Siz bu məsələləri müsahibənin ən son pillələrində müzakirə etməyə başlaya bilərsiniz və ya ən yaxşısı sizə iş təklif edərək, onun qəbul edilib edilməyəcəyini soruşulanda edə bilərsiniz. Lakin bu məqama qədər siz yalnız təşkilata verəcəyiniz faydadan danışmalısınız.
Özünüzü baha “satmaq” üçün ən yaxşı imkan müsahibə mərhələsində meydana gəlir. Bu mərhələdə işədüzəltmə məsləhətçisi öz fikirlərini sizin təşkilat üçün həqiqi yararlılığınızın üzərində toplayır. Bu səbəbdən də bizim “beyin ovçuları”, insan resursları üzrə mütəxəssislər və menecerlərlə apardığımız sorğu zamanı, bu və ya digər qərarlara təsir edəcək bəzi amilləri (vaciblik şkalasına görə) müəyyən etmək təklif olunmuşdur.
Reytinqə görə birinci yerə ruh yüksəkliyi çıxmışdır. Belə ki, sorğu aparılan şəxslərin 85%-i bu amili qeyd etmişlər. Həmçinin vacibliyinə görə ilk onluğa daxil olan amillər arasında aşağıdakılar da ifadə edilmişdir:
-
ruh yüksəkliyi;
-
ünsiyyət bacarığı;
-
komandaya qayaanayıb-qarışmaq bacarığı;
-
müsahibəyə vaxtında gəlmək;
-
vacib olan münasibət və davranış əlamətlərinin olması;
-
təcrübənin olması;
-
gözlə təmas bacarığı;
-
şəxsi keyfiyyət və emosional təmas;
-
vəzifəsini anladığını sübuta yetirmə bacarığı;
-
xarici görünüş.
Sizin müsahibənizin effektivliyini necə artırılması haqqında 13 və 14-cü bölmələrdə bəhs edəcəyik.
Dostları ilə paylaş: |