Bu kitab kimin üçün nəzərdə tutulub


Ayrı-seçkiliyin digər formaları



Yüklə 1,24 Mb.
səhifə27/272
tarix30.12.2021
ölçüsü1,24 Mb.
#24394
1   ...   23   24   25   26   27   28   29   30   ...   272
Ayrı-seçkiliyin digər formaları
Yaş ayrı-seçkiliyi iş tapmaq üçün əmək bazarında mövcud olan yeganə maneə deyil. Təəssüf ki, cinsi ayrı-seçkilik, irqçilik və əlillik bəzən istedadlı insanların istədikləri karyeranı qurması və “ideal” işini tapması imkanlarını məhdudlaşdıra bilər. Şübhəsiz ki, bu hallar Cinsi Ayrı-Seçkilik Haqqında Qanuna, İrqi Münasibətlər Haqqında Qanuna və Əlilliyə görə Ayrı-Seçkilik Haqqında Qanuna ziddir. Bu qanunları pozan işəgötürənləri məhkəmə böyük miqdarda təzminat ödəməyə məcbur edə bilər.

Lakin ayrı-seçkiliyin mövcud olmasını müəyyən etmək çox çətindir. Eləcə də bu hadisə ilə qarşılaşanların da öz emosionallığını qoruması çətindir. Ayrı-seçkiliklə mübarizə təşkilatları olan Bərabər İmkanlar Komissiyası, İrqi Bərabərlik Komissiyası və Əlillərin Hüququ üzrə Komissiyalar, ayrı-seçkiliklə qarşılaşan insanalara dəstək verməsi və kömək etməsi mümkündür.

Ayrı-seçkiliklə əlaqədar ən vacib problem odur ki, müqavimət göstərildiyi təqdirdə uğura aparan yolda fiziki və faktiki maneələrə rast gəlinməyəcəkdir. Qadınları karyera pillələrinin yüksəkliklərinə doğru irəliləməsini əngəlləyən və “şüşə tavan” adlanandırılan hallar işədüzəltmə sferasında uzunmüddət müzakirə edilmişdir. Məlumdur ki, bəzi sahələr və işəgötürənlər qadınları əmək qüvvələrinin ayrılmaz bir hissəsi kimi dəstəkləyən etimada sahib olmaqla onların başqaları ilə müqayisədə peşəkar inkişafına yardımçı olurlar.

Şübhəsiz ki, “kişi” etimadına sahib məsələn, Siti Londonda yerləşən maliyyə və kommersiya şirkətləri və ya tibbin bir istiqaməti olan cərrahiyyə kimi sahələr qadınlar üçün daha əlçatmazdır. Qadınlara isə rəhbər vəzifə olaraq kütləvi informasiya vasitələri, müəllimlik, insan resursları və s. daha xasdır.

Fərd olaraq belə halların qarşısını almağa sizin gücünüz çatmaz. İş yerlərində belə sosial qaydaların və halların dəyişdirilməsi üçün cəmiyyət tərəfindən mütəmadi olaraq cəhdlər göstərilməlidir.

Hal-hazırda isə sizin edə biləcəyiniz şey, seçdiyiniz təşkilatda işləyəcəyiniz təqdirdə oranın ümumi mədəniyyəti və işəgötürən haqqında məlumat əldə etmək olacaqdır. Bəziləri istedadlı namizədlərə üstünlük verməklə azlıqların qorunması proqramını dəstəkləmiş olurlar. Məsələn, 1997-ci ildə geniş istehlak və qida məhsulları istehsalı ilə məşğul olan Sara Lee. K Şirkətində çalışan 800 menecerin arasında qadınların sayı 11% təşkil etmişdir. 2001-ci ildə isə onların sayı 21%-ə qədər yüksəlmişdir. İşəgötürənlər arasında reytinq yarışı mütəmadi olaraq keçirilir və xoş olmayan ayrı-seçkilik hallarından özünüzü sığortalamaq üçün cəhdlər etməyiniz mümkündür. Həmçinin sizə bu işdə rəylər kitabı kömək edə bilər. Məsələn, Corporate Research Foundation tərəfindən nəşr edilən “Böyük Britaniyanın ən yaxşı işəgötürənləri: ən yaxşı şirkətlər üzrə (orada işləmək baxımından) soraq kitabçası”nda müəlliflər şirkətlərin idarəetmə üslubu və korporativ mədəniyyətinin əsas xüsusiyətlərini işıqlandırmağa çalışmışlar.

Siz həmçinin həmkarlar ittifaqına üzv olmaq və ya sizin maraqlarınızı qoruyacaq peşəkar qruplara daxil olmaqla fayda əldə edə bilərisiniz. İndi bir çox peşələrdə çalışan qadınlar təcrübə mübadiləsi və bir-birilərini dəstəkləmək məqsədi ilə qadın qruplarında birləşmək imkanlarına sahibdirlər. İrqi əlamətləri olan, tez-tez rast gəlinməyən və bir gücə sahib olmayan qruplar da var. Lakin onlar artıq mövcuddurlar. Belə qruplar dəstək verməkdən başqa əlaqələr baxımından gözəl imkanlar təmin edə bilərlər. Bu sizin “şüşə tavan” və ya ayrı-seçkiliklə əlaqədar narahatlıqlarınıza baxmayaraq çox qiymətli amildir.

Ümumiyyətlə karyeranızda irəliləyərkən ayrı-seçkilik riskini azaltmaq üçün istənilən mümkün olan addımları atmaq lazımdır. Bu məsləhət cinsindən, etnik mənsubiyyətindən və əlillik dərəcəsindən asılı olmayaraq hamıya aiddir. Bunları etmək lazımdır:




  • işinizi ən gözəl şəkildə yerinə yetirmək lazımdır;

  • sizi əhatə edən yüksək və aşağı vəzifəli şəxslərə özünüzün görmək istədiyiniz hörməti edin;

  • fikirlərinizi “seçilmək” üzərində cəmləşdirməyin;

  • mövcud korporativ mədəniyyətə uyğunlaşmaq üçün cəhdlər etməyi dərk etmək lazımdır, lakin bu sizin şəxsi prinsip və baxışlarınızdan imtina etmək mənasına gəlməməlidir;

  • öz biliklərinizi və nailiyyətlərinizi mümkün olan hər yerdə qeyd etmək lazımdır. Yalançı təvəzökarlıq, hörmət qazanmağınıza və irəliləmənizə imkan verməyəcəkdir.

  • işinizdə müttəfiq olacaq, yüksək vəzifədə olan və sizi dəstəkləyəcək həmkar və əməkdaşlar tapmaq;

  • sizə qarşı ədalətsizlik edilərsə özünüzü müdafiəyə etməyə hazır olmaq.



Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin